Kayıtlar

Aralık, 2022 tarihine ait yayınlar gösteriliyor

AZAD QARADƏRƏLİ MEYİT NAMAZI HEKAYƏ

Resim
                                        AZAD  QARADƏRƏLİ                                            MEYİT  NAMAZI                                                                                                  hekayə            “Yadındamı, Ramiz, dedim ki, biz bu dünyaya müvəqqəti gəlmişik... Yalvardım, düşdüm ayağına, dedim, amanın bir günüdü, gəl,  daşı tök ətəyinnən, belə namərdlik eləmə... Bəs sən nə dedin?.. Dayan,  salavat çevirirlər, qoy mən də salavat çevirim. Sonra...”             Hamı kimi o da sağ əlini üzünə aparıb “Allahın, məsəlli əla Məhəmməd və ali Məhəmmədin gül camalına salavat” dedi və yenə qayıtdı öz aləmunə.             “Hə, Ramiz, sən  ayağında par-par parıldayan  təptəzə  ayaqqabına heyfin gəlmədən  təpiklə ağzımın üstündən vurdun, dişlərim doldu qarnıma, qan bürüdü ağzımı... Dedim cəhənnəmə ki! Yenə süründüm sənin ayaqlarına tərəf. Dedim bir də vurasan, iki də vurasan, bəlkə hirsin soyuya, bizim ailədən əl çəkəsən...             Ay Ramiz, axı