Kayıtlar

Aralık, 2020 tarihine ait yayınlar gösteriliyor

AZAD QARADƏRƏLİ KOMADAN SONRA hekayə

Resim
                                   AZAD QARADƏRƏLİ                                          KOMADAN   SONRA                                                  hekayə                          Vətən müharibəsi zamanı itkin düşən, sonradan sağ olduğu üzə çıxan qazilərə həsr olunur*                     Qaranlıq idı. Gözünü açmaq istədi, olmadı. Torpaqmıydı, ya nəydisə, gözünə doldu. Əvvəl elə bildi ki, ölüb, dəfn ediblər. Məəttəl qaldı ki, nə təhər dəfn ediblər ki, gözünə torpaq tökülür? Axı əhlədin üstünə piltə döşəyib, hətta beton tökürlər?             Sonra ağlına gəldi ki, bəlkə öləndə adətə görə, ölünün gözünə ən yaxını torpaq tökür axı, bunu da dəfn edəndə torpaqmı atıblar?..             Amma yox, torpaq şırıldayıb kəsdi. Gözünü bərk-bərk yumdu ki, torpaq dolmasın. Ağlına ilk gələn o oldu ki, əlini qaldırıb, gözünə tökülən torpağı təmizləsin ki, bəlkə bir şey görə bildi. Sağ qolunu tərpətmək istədi, bacarmadı. Qol meyid kimi yanında qalmışdı. Sol qolu is

AZAD QARADƏRƏLİ QƏRİB DÖYÜŞÇÜ hekayə

Resim
                          AZAD QARADƏRƏLİ                        QƏRİB DÖYÜŞÇÜ                                          hekayə                                                     Vətən Müharibəsi şəhidi Xaqani Məmmədovun xatirəsinə                  Kəndin başının üstündə təpəsi göyə dirənən Qaraquzey dağı. Solunda su dərəsi, sağında Arxaşan dərə. Ondan bir qədər irəlidə kəndin qəbiristanı. Yuxarıda – dağın sinəsində kəndimizin yeni tikilmiş məktəb binası, aşağıda damları şiferli evlərimiz. Kəndin qabağında əzəmətli Qaladaşı, onunla üzbəüz Yarımyaylaq təpəsi... Və mənbəyini qarlı dağlardan alan, böyük Çinar meşəsindən keçib gələrək kəndin qarşısından şırhaşırla axan Bəsid çayı...             “Rəssamın” əlindən buraxılıb kətanda topa-topa izlər – qaratikan kolları – qoyan fırça Su dərəsinin başında iri armud ağacına çevrilib...               ...Göl. Hər gün bir damcı quruyan və ölü kimi can verən... Hər dəfə burdan ötəndə maşını saxlatdırıb can üstə olan bu suya

AZAD QARADƏRƏLİ "ƏLLİDƏN BİR KƏM" (romandan parça)

Resim
              AZAD QARADƏRƏLİ  "ƏLLİDƏN BİR KƏM"  (romandan parça)  İMİRİN ROMANI             Qeyd Dəftərindəki yazının davamı:             “Artıq institutda işləyirəm. Ən çox oturub-durduğum adam Raildir. Sağ olsun, Məsud Əlioğluya məni o tuşlatdı. İkinci görüşümüz zamanı bu böyük zəka sahibi gözlərimi tamam açdı. Həm şeirlərimi, həm məqaləmi oxuyub maraqlı mülahizələr söylədi. Əsl tənqidi fikri mən onda gördüm. İsmayıl Şıxlını indi başa düşdüm: o mənə qıymamış, fikirlərini ehtiyatla demişdi ki, ürkməyim. Amma Məsud müəllim mənə daha kəskin fikirlər söylədi. Əsl poeziyanın bəşəri dəyərlərə söykəndiyini, həm də bədii söz vasitəsilə yarandığını dedi. Sonra o gedib qapını qıfılla bağladı. Pəncərə tərəfə boylanıb dedi:             -Məni sevindirdin. Düzü, belə gözləmirdim. Çox irəli getmisən. Amma gərək biləsən: ədəbi yaradıcılıq da, elmi ədəbiyyatşünaslıq da yalnız həqiqət suyu ilə yoğrulanda pak, təmiz və müqəddəs olur. Bizdə “çimmək” kimi bir bəsit söz var, amma o sözün