Kayıtlar

Temmuz, 2020 tarihine ait yayınlar gösteriliyor

ZAMANIN VƏ MƏKANIN KİÇİLTDİKLƏRİ

Resim
                          AZAD QARADƏRƏLİ               ZAMANIN VƏ MƏKANIN KİÇİLTDİKLƏRİ               (Gənc qələm Orxan İsmayılın mətnləri üzərinə yay gəzişmələri)                                                                                                                                 Korona virus səbəbilə istilərdən baş götürüb sərin bir yerə gedə bilmədiyim üçün demək olar ki, həm yazı-pozu, həm mütaliə sarıdan işlərim sıfır nöqtəsindədir. Yalnız son dərəcə vacib bildiyim nələrəsə kompüterdə baxa bilirəm, o da 10-15 dəqiqə. Bir də internetdə telefonla qurdalanmaq...             Üstəgəl məlum 14 iyul hadisələri, ondan sonra baş verən qeyri-müəyyənliklər...             “Erməni doktorun gündəlikləri...” romanımın çapa hazırlığı dizaynerin qolunun sınması ilə düyünə düşdü. Rusiyada çapa hazırlanan “Moloçnıe reki” (“Süd gölü”) hekayələr kitabımın çapı altı-yeddi aydır acı bağırsaq kimi uzanmaqda. Türkiyədən gözlədiyim xəbər də bu istilər kimi gəlib özünü yetirə

TƏRƏQQİ

Resim
                                    AZAD QARADƏRƏLİ                                                 TƏRƏQQİ                                 (Bir daha renessans həsrəti barədə)                                                                                                                                                               Bilənlər bilir ki, mən ağlım kəsəndən renessans aşiqiyəm. Bu adda iki kitabım* da çap olunub. Xalqımın, ölkəmin və hələ dövlət olub dövlətlərə tam qoşula bilməkdə əziyyət çəkən gənc dövlətimin onunla (oxu: rebessansla) qol-boyun olmasını nə qədər istəyirəm. Biz bir dəfə bunun lap beş addımlığında olmuşduq: 1918-20-ci ilərdə!             Nə yazıqlar ki, bizi istəməyənlər və elə renessansı da istəməyənlər o zamankı gənc dövlətimizi renessans qarışıq beşiyində boğdular. Və 70 il rusların əmri ilə “şaqat” elədik, amma “Bir addım irəli iki addım geri” yazan kişinin və onun bığlı həmfikirinin əli ilə bir addım irəli atsaq da, on addım dünyadan ge

SEKSİ SEÇKİ

Resim
                   AZAD QARADƏRƏLİ                         SEKSİ SEÇKİ               (“Seçki hekayələri” silsiləsindən)                                                                                                                                      ...-Bıy, ə Valeh?! Ə, səni xoş gördük , ə!..             Gözlərinə inanmadı. O idi. Düz üç il sevdiyi, Bakının küçələrini qol-qola gəzdiyi, dodaq-dodağa öpüşdüyü, ilk və son eşqi olan o qız... Belə baxanda az dəyişmişdi. Bir az kökəlmiş, bir az da gözlərində xəfif   kədər kölgəsi görünən (bəlkə ona belə gəlmişdi) Pəri... Qızların ən gözəli. Pərilərin ən sevimlisi... Onun eşqinin sultanı... Pəri...             Hər gün Pəriyə bir şeir yazardı...             Qəribədir ki, onun şairliyi-zadı yoxuydu. Elə ki, Pəriyə vuruldu (bu, birinci kursun sonlarında baş verdi), bir də gördü ki, oturub şeir yazır...             Yaddaşı da yönnü deyildi, amma qıza yazdığı şeirləri əzbər bilirdi...             Birini fakültədə hamı ə

Testdən keçməyən millətin ağısı

Resim
                                AZAD QARADƏRƏLİ Testdən keçməyən millətin ağısı ("Demokratiya ağıları" kitabından)                   hekayə                                                                                                                                                                  Ağıl gücə çevrilər, güc ağıla çevrilə bilməz.                                                                                                                                       Fərabi                                                                Bizim yerlər dağətəyi idi. Göy gurultusu, sel, dolu dağlardan başlayanda bizə tozanağı çatır. Yəni sakit yerlərdi buralar. Bu sakitlik adamlarımıza da yansıyıb. Hələm-hələm özlərindən çıxmazlar. Dözümlüdürlər. Min dallarına, hara desən, apararlar. Bir şərtlə: onları qanmaz yerinə qoyma... Allah eləməmiş, bunu hiss eləsələr, xəşil daşar...          O da yer-yurdumuz kimi sakit təbiətli adam idi. Başını aşağı  salıb d