Kayıtlar

Ağustos, 2022 tarihine ait yayınlar gösteriliyor
Resim
  AZAD QARADƏRƏLİ   BİR ŞAİR, BİR ŞEİR – “Ey həmdəmim, səni qanə qərq eylər...” (Molla Vəli Vidadimi, Mirzə Vəli Baharlımı?)       “Bir şair, bir şeir” rubrikamızda   bu dəfə Molla Vəli Vidadidən və onun bir şeirindən bəhs edəcəyik. Əlbəttə, Vidadinin digər şeirləri də var ki, onların da zamanına görə əhəmiyyəti danılmazdır. Zira şairin “Ey həmdəmim, səni qanə qərq eylər” mətləli qoşması daha çox diqqəti cəlb edir. Hələ gənclik illərindən sevdiyim bu qoşma şairin dövrə, zamana münasibətini ifadə etmək baxımından maraqlıdır:   Ey hәmdәmim, sәni qanә qәrq elәr, Gәl tәrpәtmә yaralanmış könlümü. Ayrı düşmüş vәtәnindәn, elindәn, Hәmdәrdindәn aralanmış könlümü.      Şeirin sonrakı misralarında şairin bədbin əhvalı-ruhiyyəsi oxucuya sirayət etsə də, adam sanki misralardakı şeiriyyətin gözəlliyindən, təbiiliyindən və müasirliyindən sanki vəcdə gəlir və zamanla iç-içə olur. Digər şeirlərində “xəstə” ifadəsini tez-tez işlədən şair burada ənənəsinə sadiq qalır; zamanın onu

AZAD QARADƏRƏLİ KAMİLLİYİN ZİRVƏSİNDƏ

Resim
                             AZAD QARADƏRƏLİ                        KAMİLLİYİN ZİRVƏSİNDƏ               (Ustad alim, görkəmli dilçi, İstanbul Aydın universitetinin professoru Kamil Vəli Nərimanoğlunun anadan olmasının 75 illiyi münasibəti ilə)                   İnsan anadan, atadan bəzi hazır genlərlə həyata atılsa da, qalanı həyatda qazandığıdır. Məlum alimin ağ lövhə nəzəriyyəsi tam olmasa da, əsasən doğrudur. Biz kənd uşaqları doğularkən ailədən, məktəbdən və universitetlərdən aldıqlarımızla o ağ lövhəmizi zənginləşdirmədikmi? Hətta biz Bakıya gələnə qədər hələ kamilləşmənin heç ilk basamağında deyildik. Bizə kamillik şərbətini içirən müəllimlərimiz, ustadlarımız oldu. O kamil insanlardan biri haqqında söz açmaq istəyirəm...             ...Kənddə müəllim işləyidim. Elə tətil olan kimi Bakıya qaçır, redaksiyalara gedir, hekayələrimi, bəzən də məqalələrimi qəzet-jurnallara təqdim edir, cavab gözləyirdim. Artıq bir tutacaq yerim vardı: ustad Sabir Əhmədli mənə “Ədəbiy

AZAD QARADƏRƏLİ MÖVLUD MÖVLUD DEYİNCƏ...

Resim
                                                                         AZAD QARADƏRƏLİ                                       MÖVLUD MÖVLUD DEYİNCƏ...                           (Yuxu ilə gerçəklik arasında yazılan ağrılı bir esse)               Bu gecə (12.08.2022) Mövlud yuxuma girmişdi. Bir xeyli danışdıq, mübahisə etdik. Nəsə təzə bir şey oxumuş kimiydi və deyəsən, onun oxuduğunu mən oxumamışdım, ya nə idisə, mən daha çox susuram, o danışr. Öz-özümə düşünürəm ki, gərək, əvvəlcədən telefonun diktafonunu açaydım, danışdıqlarını yazaydım... Nəsə, sonra bizdən (guya bizdə imişik) durub, Mövludgilə gedirik. (Əcəba, haradır Mpvludgil?)          Və bu vaxt oyanıram. Gözümü yumuram ki, bəlkə, Mövludu yenə görəm. Heyhat... Yuxu bircə anda göyə sovrulur Mövludun özü kimi...         Və bir xeyli fikirləşirəm ki, əcaba, biz nədən danışırdıq? Heç nə yadımda qalmayıb. Tək qalan odur ki, Mövludun oxuduğu əsəri mən oxumamışdım...         Və bir də görürəm ki, kompüteri açıb

AZAD QARADƏRƏLİ QADINI POEZİYA

Resim
                                      AZAD QARADƏRƏLİ                                          QADINI POEZİYA                           (Xanım şair Elnaz Eyvazın bir şeirin oxusundan tökülənlər)                 Mən poeziyada qadını baxış, qadını duyum, qadını nəfəs tərəfdarıyam. Qadın şairin (yazmışam, yenə təkrar edirəm, mən şairə sözünü işlətməyin   tərəfdarı deyiləm – dilimizdə və bütün türk dillərində cins kateqoriyası yoxdur, amma bu o demək deyil ki, qadınla kişi arasında sərhəd olmamalıdır, bu cizgi var və bunu əsla keçmək olmaz, həyatda da, şeirdə də) yazdığı şeiri müəllifini tanımadan təyin etmək mümkün olmalıdır. Qadının geyimi, siması, bədəni, hüsnü, ruhu fərqli olduğu kimi şeiri də fərqli olmalıdır. Mən bu fərqi Məhsəti Gəncəvidə də duymuşam, Anna Axmatovada da, Sevinc Elsevərdə də, Bahar Zamanında da... elə bu sət i rləri mənə yazdıran sevdiyim xanım şair Elnaz Eyvazda da...             Elnaz xanım haqqında bir neçə dəfə yazmışam. Bir esse və bir neçə ya