Kayıtlar

Ekim, 2021 tarihine ait yayınlar gösteriliyor

AZAD QARADƏRƏLİ ZƏNGƏZUR AĞACLARI hekayə

Resim
                                                              AZAD  QARADƏRƏLİ                                                        ZƏNGƏZUR AĞACLARI                                                       Bakının Böyükşor gölü   yaxınlığındakı saqqız ağacına sayqı ilə                Ağac ki var, bu dünyanın özüdü. Hər yox olan ağacla dünya bir az da daralır. Dardı onsuz da.             Mənim kölgəm bir ev misalıdır. Amma sərhədsiz, divarsız ev. Burda insan da dincələr, quş da yuva qurar, itlər də uzanıb ləhləyər, gecələr tülkü-çaqqal da dibimdə gecələyər.             Mənim dibimdə kitab da oxuyublar. Bir dəfə bir oğlan kölgəmdə uzanıb oxudu və birdən kitaba baxıb-baxıb qayıtdı:”Bir çayı eyni yerdən iki dəfə keçmək olmaz.”             Bu cümlə qaldı qulağımda. Amma bu şəkildə:”Bir ağaca bir torpaqda iki dəfə bitmək olmaz...”             Amma olarmış...             Hətta üç dəfə!             Bu nə deməkidir?             Hövsələniz olsun, bir azdan hamısını bilə

AZAD QARADƏRƏLİ “LAÇIN DƏHLİZİ” ORATORİYASI Hekayə

Resim
                                  AZAD QARADƏRƏLİ                          “ LAÇIN DƏHLİZİ” ORATORİYASI                                      Hekayə                                                    Sarı Aşığın urufuna, İlham Qəhrəmanın sözünə-hərfinə !                   Allah buranı kəsməsin...             Naşükürlük kimi çıxmasın, buranın adamlarını qədirbilməzlikdə günahlandırmaq kimi olmasın, maa Laçınnan başqa hər yer cəhənnəmdi. İçi Bakıqarışıq...             Qardaş, azalıb otuz il olsun, burdayıq, gör bircə yol dodağım qaçıb, ay toba!. (İçənnən-içənə gülmüşəm də, hırıldamışam da, toyda oynamışam da... o heç, o sayılmır... İçmək ki var, bizi, bəkə də indiyəcən ölməyə qoymayan odu. O zəhrimar olmasa, dərd bizi bürər, bükər, yumağa döndərər... İçənnən- içənə biz də dönüb adam olurux, üzümüzə adamlıq suratı qonur... Yoxsa çoxdan qırılmışdıx...) Düzdü ye, buranın adamlarınnan da yaxşı dolanıram, Laçınnan çıxanda üç camışım vardı, indi yeddidi. İnək də he