Kayıtlar

Kasım, 2023 tarihine ait yayınlar gösteriliyor

AZAD QARADƏRƏLİ SELİNTİ hekayə-pritça

Resim
                              AZAD QARADƏRƏLİ                                           SELİNTİ                                      hekayə-pritça                                                                                Qələm dostum Vaqif Osmanlıya               Hər yaz daşan çay kəndin lap qabağında bir kişi meyidini vurub kənara çıxartmışdı. Uzaqdan gedib baxanlar olmuş, amma kimliyini ayırd edə bilməmişdilər. Yuxarıda, çayın sağ-solundakı kəndlərə, bu yerli camaatın dilində deyildiyi kimi salıq salmışdılar, meyidə yiyə duran olmamışdı. Adamın pal-paltarlı meyidi qurbağa çəmlərinə, çayın axıtdığı ot-əncərə sarınıb selinti kimi çayın qırağında qalmışdı. Sağ çiyni üstdə uzanmış meyidin yarı hissəsi, o cümlədən ayaqları çay qumunun altında qalmışdı. Gödək saçından, təxminən bir həftə əvvəl qırxıldığı bilinən üzündən onun kişi cinsinə aid olduğunu bilmək olurdu.             Görənlər korona virus səbəbilə meyidə yaxın düşməyə cəsarət etmir, görməzliyə, eşitməzliyə