Kayıtlar

Ocak, 2022 tarihine ait yayınlar gösteriliyor

AZAD QARADƏRƏLİ ALPAN KÖMÜRÇÜLƏRİ Hekayə

Resim
                               AZAD QARADƏRƏLİ                                     ALPAN KÖMÜRÇÜLƏRİ                                             Hekayə                                                                                             Məhsəti üçün                   İnsan doğulduğu yerə oxşayar.              Biz buraların adamıyıq. Buralar bizim yerimizdir.             Bax, suca ilan kimi uzanan asfalt yoldan bu dağların şüşünəcən bizim Qaraqaya kəndinin ərazisidir. Dağların sinəsində, meşələrin qoynunda, ayıların, canavarların çəngində, kömürçülərin çiynində dayanan kənd. Babadağın sıldırımlarından tökülən qaya parçaları yollarımızı pis günə qoysa da, sel suları, dolu, qar əkinimizi, mal-davarımızı tələf etsə də, üzümüzə salıb bu dağlarda yaşamışıq min illərdir... Adı kimi günümüzü də qaraldıb buralar. Yayda kəndimizə Bakıdan dincəlməyə gələnnər elə bilirlər ki, biz burda kefdəyik. Day demirlər ki, elə il görmüşük – getsin, gəlməsin - səkkiz ay qış

AZAD QARADƏRƏLİ MÖVZU VƏTƏNDİRSƏ... (Bir serial haqqında qeydlərim)

Resim
                                 AZAD QARADƏRƏLİ         MÖVZU VƏTƏNDİRSƏ...               (Bir serial haqqında qeydlərim)               Türkiyənin Kanal D televiziyasında yayımlanan “Vatanım sensin” serialının bir neçə seriyasını izləsəm də, işlərimin çoxluğu bu seriala diqqət ayırmağıma imkan vermədi.             ARB televiziyasının bu serialı bizim dildə səsləndirməsi   və yaxın çevrəmdə olan vətənpərvər insanların   bu çoxseriyalı izləməyimi şiddətlə tövsüyə etmələrinə baxmayaraq bir yazı-pozu adamı kimi yorğunluq və son zamanlar məni üstələyən yaş   problemi yenə vaz keçməmə səbəb oldu. Amma...             Bir gün təsadüfən serialın hansısa seriyasını sonacan izləyəndən sonra anladım ki, serialın bəhs etdiyi dönəm - Türkiyənin ölüm-qalım zamanı və bu mühüm mərhələdən   bəhs edən   bu “əsər” (bəli, mən bu serialı məhz bir əsər hesab edirəm!), neçə seriya olur-olsun baxılmağa layiqdir. Elə buna görə də ARB televiziyasının bu serialın dublyajını yarımçıq kəsib yerinə