Kayıtlar

Eylül, 2021 tarihine ait yayınlar gösteriliyor

AZAD QARADƏRƏLİ UÇUQLAMA Hekayə

Resim
                                     AZAD QARADƏRƏLİ                                            UÇUQLAMA                                                Hekayə                                                                                                                                                                  Şair dostum Əhməd Oğuzun xatirəsinə                 “Hankı yara sağalmadı k i? Hankı sınıq bitmədi ki? Hankı uçuq tikilmədi ki?”             Anamın hər gün mənə dediyi sözlərdir. Eynimin açılmadığını görüb yazıq arvad toxtaqlıq verir mənə. Sonra mən də onun dediklərini uşaq cibinə şirni-konfet yığan kimi cülbəndimə yığır, özümlə getdiyim yerlərə - işə, iclasa, tədbirə-zada aparır, qanım qaralanda yadıma salıb özüm özümə toxtaqlıq vermək üçün təkrarlayıram. “Hankı yara sağalmadı ki? Hankı sınıq bitmədi ki? Hankı uçuq tikilmədi ki?”             Anama bax, sən allah! Elə bil Səməd Vurğun kimi danışır. Hə də, o da hankı yazmışdı axı. “Hankı səmtə, hank