Kayıtlar

Temmuz, 2023 tarihine ait yayınlar gösteriliyor

AZAD QARADƏRƏLİ DEKEDANSMI, RENESSANSMI?

Resim
                        AZAD QARADƏRƏLİ                      DEKEDANSMI, RENESSANSMI?                (Renessans həsrəti silsiləsindən)                   Yeni naturalizm ədəbi cərəyanını bir ədəbiyyat adamı kimi elan edəndə qələm adamları tərəfindən elə də ilgi çəkmədi. Bilirsiniz niyə? Ondan ki, bizim toplum düşüncə adamlarının deyil, vəzifə sahiblərinin yanında olmağı, onların dediyini eşitməyi, qaldırdığı məsələləri (məsələ olmasa da olar, adi bir şüarı, yaxud çəkisi olmayan kəlməni, deyimi və s.) diqqətdə saxlamağı sevər. Mənim kimi adi bir qələm adamının sözünə isə ən yaxşı halda başını yelləməklə cavab verər.             Başlığa fikir verdinizmi? XIX əsrin sonlarının qoxusu gəlir, eləmi? Hətta bir az da geri gedə bilərik. Renessansa doğru – geriyə. Qəribədir, deyilmi? Bəşəriyyət renessans axtarırsa, geriyə boylanacaq... İrəlidə tərəqqi var, zira bu dağıtmağa, məhv etməyə, bəşəriyyətçün özü boyda bir məzar qazmağa xidmət edir... Hə, hə! Bu gün Türk dünyasının lide