Kayıtlar

Ekim, 2022 tarihine ait yayınlar gösteriliyor

AZAD QARADƏRƏLİ HALALLIQ ("Məndən sonra" memuar romandan parça)

Resim
                             AZAD QARADƏRƏLİ                                       HALALLIQ                           (“Məndən sonra” memuar romanından)                 Aldərə kəndi və bu kəndin məktəbi bizim tərəflərdə bir sehrli məkan timsalındaydı. Kim oranı bitirmişdisə, ona başqa gözlə baxır, bir növ bizdə deyilən kimi göys ötürürdülər. (Bu, anamın ifadələrindəndir. Yəqin ki, “köks ötürmək” deyiminin təhrif olunmuş, yaxud yerli dialektdə deyiliş forması idi.) Məsələn, Filankəs Harvardda oxuyub, Bəhmənkəs Kembrici bitirib anlamında…             Bu kəndin məşhur direktoru Səfərəli müəllim də bir ayrı əfsanə qəhrəmanı kimi xatırlanardı.             İş elə gətirdi ki, bir dəfə bu mif qəhrəmanı ilə görüşdüm. Və aşağıdakı yazı belə yarandı. (Həmin yazını bir qədər ixtisarla təqdim edirəm.)                                                            ***               ... Direktor umuz un qızı bizim məktəbi bitirdikdən sonra Aldərədəki orta məktəbə oxumağa getdi

AZAD QARADƏRƏLİ CƏLAL BƏRGÜŞAD, SİYRİLMƏMİŞ QILINC VƏ SAİRƏ...

Resim
                          AZAD QARADƏRƏLİ                    CƏLAL BƏRGÜŞAD, SİYRİLMƏMİŞ QILINC VƏ SAİRƏ                           (“Məndən sonra” memuar romandan parça)               Çöpədərə kənd orta məktəbində direktor işləyirəm. Gənc olsam da, məktəbdə işləri yaxşı qura bilmişəm. Çatışmayan sinif otaqlarını tikdirməyim (məndən əvvəlki   direktorun haqqını vermək gərək – rəhmətlik Söhrab müəllim məktəbi yaxşı idarə edirdi və mən elə idarəetməni məhz ondan öyrənmişdim), məktəbdə nizam-intizamı bərpa etməyim, yaxşı oxuyanların sayının artması, rayon və respublika səviyyəli   tədbirlərdə çıxışlarım, burda işləyərkən ilk kitabımın (“Dumduru su” hekayələr toplusu) çıxması   mənə olan etimadı artırmışdı.             Belə bir vaxtda rayona yeni təyin olunmuş birinci katib məni raykoma işləməyə dəvət edir. (Bu barədə bir neçə dəfə yazmışam, ona görə qısa keçəcəm.) “Bilik” cəmiyyətinin məsul katibi olsam da, raykomun plenum üzvü kimi, həm də idarəmin raykomun binasında yerləşm

AZAD QARADƏRƏLİ CƏBRAYIL Kİ CƏBRAYIL!

Resim
            AZAD QARADƏRƏLİ         CƏBRAYIL Kİ CƏBRAYIL!         ("Məndən sonra" memuar romanından parça)             Bizim  Qaradərəyə yaxın-uzaq kəndələrdən biri                                       BARTAZ   idi. Bu kənddə cəmi iki-üç dəfə olmuşdum. Amma yaddaşımda dərin iz buraxmışdı. Çox dərin…                         Əvvala, ana babamın bu kəndlə qohumluq əlaqələri vardı. İndi adlarını unutduğum o qohumlarla hərdən Mincivanda, rayon mərkəzində görüşər, dərdləşərdik. İkincisi, ağır müharibə illərində bu kənddən iki nəfər cavan ana babamın inəyini oğurlayıb, aparıb kəsmiş, satmışdılar. Kişi nə qədər şikayət etsə də, nəticəsi olmamışdı. Və eşidəndə ki, Mircəfər Bağırov Zəngilandan qatarla keçəcək, Mincivanda poçt müdiri işləyən İzzət dayının köməkliyi ilə qatardaca Mircəfərin qəbuluna düşmüş, başına gələnləri danışmışdı. O gündən sonra həmin iki adam həbs olunmuş, babamın inəyinin pulu da ödənmişdi.             Nəbinin Bozatı bu kəndin ilxısından   çıxmışdı və bu ba