Kayıtlar

Ocak, 2024 tarihine ait yayınlar gösteriliyor

AZAD QARADƏRƏLİ QALXMAYIN, MƏHKƏMƏ GƏLİR! hekayə 20 Yanvar hadisələri zamanı itkin düşmüş hakim Şövkət Ağayevin xatirəsinə

Resim
                                         AZAD QARADƏRƏLİ                                 QALXMAYIN, MƏHKƏMƏ GƏLİR!                                              hekayə                                                                                            20 Yanvar hadisələri zamanı itkin düşmüş hakim Şövkət Ağayevin xatirəsinə                 -Qalxın, məhkəmə gəlir!             Hamı qalxsa da, orta cərgədə əyləşmiş iki gənc qalxmadı. Hamı, o cümlədən artıq yerlərini tutmaqda olan hakim və iclasçılar da təəccüblə onlara baxdılar. Bunu görən gənclərdən biri cəld ayağa qalxıb bağıra-bağıra dedi:             -Bu gün-sabah rus ordusu Bakıya girəcək. Siz isə hələ də burada saxta ittihamla həbs olunan bir gənci məhkəmə önünə çıxardırsınız. Məhkəmə qarşısına çıxarılası biriləri varsa, o da sizlərsiniz! Rüşvətxor, xalqının cibinə girən, rus boyunduruğundan azad olmaq istəməyən müftəxor məmurlar! Biz tələb edirik: bu məhkəmə komediyası dərhal dayandırılsın, hamı Azadlıq

AZAD QARADƏRƏLİ “GÖYLƏR YERƏ BAXANDA SƏMA PƏNCƏRƏSİNDƏN...”

Resim
                          AZAD QARADƏRƏLİ             “GÖYLƏR YERƏ BAXANDA SƏMA PƏNCƏRƏSİNDƏN...”               (Kazım Və Kazımoviçin bir düjün şeiri üzərinə asi-kifir düşüncələr)                  Müşfiq haqqında bir essem var : “Qırıldı bir zərif şüşə içində...” adlanır...             Mən Müşfiqi o yazıda “sinif yoldaşım”, yaxud tələbə yoldaşım, yaxud “dərnək yoldaşım” kimi xarakterizə etmişəm... Hə də, axı o qocalmadı... qocala bilmədi... qocalmağa qoymadılar... elə həmişəbahar gülü kimi həmişəcavan qaldı... Lorka kimi... Eldar Baxış kimi...             Mən gənclərdən çox yazmışam. Özü də hamının qəbul etdiyi, əl üstündə gəzən, göz bəbəklərindən deyil... hələ az adamın tanıdığı, tanımadığı, tanımaq istəmədiyi gənclərdən...             “Yazı”da da belələrinin hələ maya tutmamış yazılarını verərdim. Amma bilirdim ki, qırılmağa qoymasan, tez mayalanacaq, bərkiyəcək, pərvazlanacaq, uçacaq...             Hə... Uçuşdu yazı. İllah da poeziya...             Bir imza var

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

Resim
                                AZAD QARADƏRƏLİ                      RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ                                                                Əziz dostum Vaqif İslamoğlunun doğum gününə                 Demək başlıqdakı “nişanə” kəlməsindən başlayım bu mübarək yazını.              Ana babam Məmmədqulu dayısı Qaçaq Fərzalının buyruqçusu, indiki dillə desək, mobil telefonu olub. Kimə bir söz çatdırmaq, sirr-sirpic yetirmək lazımmış, bacısı oğlunu ora göndərərmiş, özü də payi-piyada, ayaqla.   Niyə? Ondan ki, belə diqqət çəkməzmiş...             Bir dəfə   Qaradağdan bir nəfərdən göy-ala bir parça qırığı göndərib. Bu “məktubu” babam iki dəqiqəyə “oxuyub:”Bacım qızı Şamamanın “hə”sini verin, cehizliyini gələndə gətirəcəm... bu göy-ala   parçanı gətirən adamdan dediyim amanatı göndər, gətirsin.”             Bax, yuxarıda yazdıqlarım Fərzalının nişanəsəi idi. Babam Məmmədqulu da qaçağın qan bağı nişanəsi imiş...             ...Rəsulzadə və Elçibəy haq