Kayıtlar

Şubat, 2022 tarihine ait yayınlar gösteriliyor

AZAD QARADƏRƏLİ NARIN POEZİYA ÜZÜ

Resim
                                                    AZAD QARADƏRƏLİ                                      NARIN POEZİYA ÜZÜ               (Gənc dostum Səxavət Sahilin “Nar” silsiləsi haqqında qısa qeydlər)                 Heyvanı, armudu, almanı qonaq otağına qoyardıq ki, ətri yayılsın. Şamamanı da elə. Narı isə gözə yaxın yerdən budağıqarışıq asardıq... narın görünüşə xeyri var deyərdi nənəm...             Narı gərək elə yeyəsən ki, dənələri yerə düşməsin – bunu da babam deyərdi.             Sehrli bilmişdim narı. Bir də ona müqəddəs meyvə kimi baxmışam həmişə. “Xəstə könlü nar istər” deyiminə görəmi, ya bu qızılı dənələri ilə sehrli qutuya bənzəyən meyvənin dad-tamına heyarnlığımdanmydı, xalamgilin böyük nar bağında gəzməyin məndə yaratdığı xoş auradanmı gəlirdi... ya ölü düşəndə gedib nar bağından iki ədəd nar çubuğu kəsərək mərhumun kəfəninin altından “qoltuq ağacı” qoymalarındanmı qaynaqlanırdı?..             Bilmirəm.              Bir bildiyim var ki, nara

AZAD QARADƏRƏLİNİN YENİ KİTABININ TƏQDİMATI OLACAQ

Resim
                      AZAD QARADƏRƏLİNİN YENİ KİTABI NIN TƏQDİMATI OLACAQ                 27 fevral 2022-ci il tarixdə, saat 14.00-da Misra kitab kafesində - Lev Tolstoy, 156 (Torqovı küçəyə yaxın, Şaurma-1 restoranının yanı) - y azıçı Azad Qaradərəlinin “Erməni doktorun gündəliyi və Qarabağın qara hekayətləri” romanı nın   təqdimatı olacaq .            Əsərin süjeti bir Suriya ermənisi olan doktor Avanes Minasyanın Qarabağda döyüşlərdə olması, həkim kimi çalışması, soydaşlarımıza qarşı qanlı cinayətlərə ortaq olaraq orqan mafiyasının əlində alətə çevrilməsi və bütün bu gördüklərini qələmə aldığı gündəlik əsasında qurulmuşdur. Gündəlikdə döyüşçülərimizin Qarabağdakı uğurlu əməliyyatları, xəyanət nəticəsində erməni ordusunun revanşı, rayonlarımızın, eləcə də Şuşa, Laçın, Qubadlı və Zəngilanın saatbasaat işğalı təsvir edilmişdir.             Müəllif   İstanbulda bir yayın evində olarkən təsadüfən əlyazması halında olan bu gündəliyin izinə düşür və hər şey də bundan sonra başla

“KUMA-MANIÇ ÇÖKƏKLİYİ ROMANI İKİNCİ DƏFƏ NƏŞR OLUNDU

Resim
           “KUMA-MANIÇ ÇÖKƏKLİYİ ROMANI İKİNCİ DƏFƏ NƏŞR OLUNDU          Yazıçı Azad Qaradərəlinin “Kuma-Manıç çökəkliyi” romanı Mücrü nəşriyyatında ikinci dəfə nəşr olunub. Əsər ilk dəfə “Yazı” dərgisində hissə-hissə, “XAN” nəşriyyatında isə kitab halında 2016-cı ildə çap edilmişdi. Müəllifin ilk   iri həcmli əsəri olan “Günəş tutulan yerdə” və “Şəhərcik” romanları ilə “Kuma-Manıç çökəkliyi”nin arasında müəyyən məzmun və   süjet “qohumluğu” olsa da, bu əsər,   hadisələrə nüfuz   etmək, klassik romançılıqla modern roman məktəbinin sintezini verə bilmək baxımından daha maraqlıdır. “İtirilmiş nəsil” olan 80-90-cı illər gəncliyinin taleyindən və həm də bir zamanlar itkin olan torpaqlarımızdan bəhs edən romanda hadisələr Birinci Qarabağ müharibəsinin fonunda cərəyan etsə də, döyüş səhnələri yox kimidir. Simvolik Lalar kəndi kimi bu döyüş səhnələrinin yoxluğu da, əslində bir çox yoxluqlardan bizi hali edir. Roman 2019-cu ildə İstanbul “Kaynak” yayınları “Boyalıkuş”da “Petrol tarlaları

AZAD QARADƏRƏLİ ƏSGƏR ÇƏKMƏLƏRİ Hekayə

Resim
                       AZAD QARADƏRƏLİ                                                    ƏSGƏR ÇƏKMƏLƏRİ                                      Hekayə                                                                        Nəvəm Əliyə, ana dili ilə bərabər, ingiliscəni də öyrənən bütün   uşaqlara                                                                                                 ***                                                                                                 Amerikada yaşayan Vətən Müharibəsi qazisi                                                                                              Hüseyn Məmmədov müharibə bitəndən sonra                                                                                           Amerikaya   geri dönərkən döyüş zamanı geydiyi                                                                                          əsgər çəkmələrini də özü ilə aparıb.