Kayıtlar

Haziran, 2021 tarihine ait yayınlar gösteriliyor

Azad Qaradərəli AKADEMİKİN PİŞİYİ, YAXUD PİŞİKLƏRİN QƏTLİAMI hekayə

Resim
                               AZAD QARADƏRƏLİ      AKADEMİKİN  PİŞİYİ, YAXUD  PİŞİKLƏRİN QƏTLİAMI                                       hekayə                                                                                                                                                           “Qan yoxdu” hekayəsinin müəllifi, dostum  Ahmet Yıldıza                                                                                              ***                                                   Çökən zülmət  qaranlıqdan vəslin nurun alın dərhal,                                                    Hicran dəmi gecədirsə, bir səhərdir onda vüsal .                                                                                                        Səbahəddin Yəhya Sührəverdi             Akademik sehirbaz idi.       Uşaqlıqda əmisi həm kəndirbazlıq edərdi, həm pəhlivandı, həm də sehirbazlıqla məşqul olardı. Atası erkən öldüyündən onu da yanına almış, öz pe

AZAD QARADƏRƏLİ VERGİ ALLAHIN, DƏRD ÖZÜNÜNKÜ İDİ (Şair İsfəndiyar Əhmədlinin qırx mərasiminə bir ağız ağı)

Resim
                                           AZAD QARADƏRƏLİ               VERGİ   ALLAHIN, DƏRD ÖZÜNÜNKÜ İDİ                   (Şair İsfəndiyar Əhmədlinin qırx mərasiminə bir ağız ağı)               Dost itkisi həmişə ağır olub – o dost həm də seçilənlərdən olanda.             Hə, İsfəndiyar seçilənlərdəndi. Tanrı onu seçmiş, çiyninə şairlik kimi ağır bir missiya qoymuşdu.             Amma dərd də vermişdi – qaçqın-köçkün olmaq, sevib-sevilə bilməmək, ailə mərhəmliyindən uzaq qalmaq, ağır xəstəliklərlə qol-boyun olmaq...             Amma dərdləri özününkü idi...             İsfəndiyar, həqiqətən vergili idi. Şeir yazmaq qədər asan bir şey yoxuydu onunçün. Amma fiziki məhdudiyyətləri bəzi adamlarda onun yazdıqlarına deyil, xarici görünüşünə görə qiymət veməyə səbəb olurdu deyin, onun şairliyini təsdiqi də bir xeyli ləngimişdi. İki kəlməni dalbadal yaza bilməyən, məhlə uşaqları kimi qeybət etməyi sevənlər şairi necə anlasınlar ki?!.            Amma İsfəndiyar təkcə vergi