Kayıtlar

Mart, 2023 tarihine ait yayınlar gösteriliyor

AZAD QARADƏRƏLİ ŞƏHİD TOYU Hekayə

Resim
                      AZAD QARADƏRƏLİ                            ŞƏHİD TOYU                                  Hekayə                                                                                Gənclik dostum Oktyabr İskəndərova                             Yavaş-yavaş yasa gələnlər, sonra qonum-qonşu çəkilib getdi, hökümət adamının da, jurnalistin də ayağı qapıdan kəsildi, ortada oğul dərdi boyda amansız bir boşluq qaldı. Rasim o amansızdan qorunmaq üçün vurnuxdu, çölə çıxdı, içəri girdi, həyətdə büzüşüb oturdu, təzə başladığı siqaretin tüstüsünü sinəsinə çəkdi, arvadı Zivər kimi neçə vaxtır səsi batmış traktorunun başına fırlandı, amma o boşluğu dolduracaq heç nə gözünə görünmədi. Və birdən yadına nəsə düşüdü, büzüşdüyü yerdən qalxdı, gəlib əli qoynunda məhəccərə söykəli qalan Zivərin qənşərində dayandı:             -...Oğluma toy eliyəcəm...             -Rasim, qurbanın olum... Belə eləmə... Yoxsa, ikimiz də havalanacıyıx... – Qadın dra-dra quşu kimi cığı

AZAD QARADƏRƏLİ KÖNÜL DƏFTƏRİ (“Məndən sonra” memuar romandan)

Resim
                                                      AZAD QARADƏRƏLİ                                                                                                                        KÖNÜL DƏFTƏRİ                                      (“Məndən sonra” memuar romandan)          Radioda işləyəndə Bakının və respublikanın rayonlarındakı məktəblərdə olur, uşaq verilişləri hazırlayardım. Belə məktəblərdən biri də paytaxtın Pirşağa qəsəbəsinə yaxın ərazində yerləşən, sakinləri əsasən Qərbi Azərbaycan camaatı olan adsız bir kəndin məktəbi idi. 188 saylı bu məktəb həm də axarlı-baxarlı bir yerdə, yaşıllıqlar içərisində yerləşirdi. Məktəbdə rastlaşdığım bir hal sonralar aşağıdakı yazının yazılmasına (əslində sözügedən kitaba ön söz kimi qələmə alınmışdı) və bir şeirlər kitabının mənim redaktorluğumla çapına səbəb oldu. Onda anladım ki, həyatda olmayan adamın kitabını hazırlamaq kimi ağır bir yükün altına çiyin vermək qədər çətin iş yoxmuş...                                      

AZAD QARADƏRƏLİ QUDSAL GÖRƏV

Resim
                    AZAD QARADƏRƏLİ                       QUDSAL GÖRƏV             (Alı Rəhimoğlunun “Azərbaycan dilinin Zəngilan şivələri” kitabı haqqında bir neçə söz)                 Dostum, mərhum jurnalist Məhəmməd Baharlının 75 illik yubileyi qeyd olunun gün tədbir zamanı zəngilanlı məktəb direktoru Alı Rəhimov mənə bir kitab verdi. Orada imkan olmadığından kitabla tanış ola bilmədim. Yalnız bu günlərdə həmin kitaba nəzər salası oldum: Alı Rəhimoğlu (Əliyev) “Azərbaycan dilinin Zəngilan şivələri sözlüyü”, Elm və təhsil nəşriyyatı, 2019.             Deyim ki, kitabı ötəri gözdən keçirdikdən sonra anladım ki, ciddi işdir və belə ciddi işlərə ötəri tanışlıq günah olar. Nəhayət, lap bu günlərdə 190 səhifəlik kitabla məşqul olmağa vaxt ayırdım. Dilçilik institutunun beş əməkdaşının, xüsusilə professor Kamil Bəşirovun redaktoru və rəyçiləri olduğu bu qiymətli toplu Zəngilan şivələrini tam da olmasa (bu tam ifadəsi heç zaman doğru deyil, ona görə ki, belə bir iş qeyri-mümk

AZAD QARADƏRƏLİ ŞERİMİZİN TƏRLANI

Resim
                       AZAD QARADƏRƏLİ                     ŞERİMİZİN TƏRLANI            (Şair Tərlanın şeirləri üzərini təzad dolu gəzişmələr)               Şair var ki, haqqında yaza bilmirsən, amma şeirlərini həsrətlə gözləyirsən. Su içən kimi, yer şumlayan kimi, musiqi dinləyən kimi oxuyursan o şeirləri. Və hərdən sənə elə gəlir ki, bunlar şeir deyil, almadı, nardı, üzümdü... götürüb yemək istəyirsən və bir də ayılırsan ki, bunlar şeir imiş...             Gənclik dostum, can-qan sirdaşım Rahid Ulusel mənim haqqımda yazmışdı ki, dostumun yazıları haqqında ha istəsəm də, ürəkdən gələn yazılar yaza bilmirəm... Və əlavə etmişdi ki, az qala “Hophopnamə”sini tam əzbər bilsəm də, Sabir haqqında da yaza bilmirəm...             Yəni, sənə doğma, yaxın olan imzadan yazmaq qədər müşkül şey yox.             Bu doğmalıq, yaxınlıq deyəndə kimlərsə kafedə araq içməyi, kimlərsə illərlə bir-birini tanımağı, kimlərsə... heç üzünü görmədiyin, salam-kalamın olmayan bir şairi yarpaqlı, çiç