Kayıtlar

Kasım, 2022 tarihine ait yayınlar gösteriliyor

AZAD QARADƏRƏLİ BAHARLI ADINI İMZASINDA YAŞADAN

Resim
                                           AZAD QARADƏRƏLİ                          BAHARLI ADINI İMZASINDA YAŞADAN                           (“Məndən sonra” memuar romanından parça)               Baharlının   ən layiqli adamlarından biri görkəmli jurnalis Məhəmməd Baharlı idi. Məhəmməd müəllim, şübhəsiz ki, bir sıra keyfiyyətləri ilə tanınırdı. Onun maraqı, özünəxas şeirləri, hekayələri, elmi araşdırmaları vardı. Lakin onun əsas peşəsi, sevdiyi işi jurnalistika idi. Bu zəhmətkeş jurnalist universitetin jurnalistika fakültəsini bitirdikdən sonra Zəngilanda çıxan “Kənd həyatı” qəzetində müxbir kimi çalışdıqdan sonra bir sıra mətbu orqanlarda işləmiş, sonralarsa “Azərbaycan müəllimi” kimi nüfuzlu bir qəzetdə baş redaktor olmuşdu. Ömrünün son çağlarında isə əvvəllər məsul katib olduğu “Azərbaycan məktəbi” dərgisinin Azərbaycan dili və ədəbiyyat əlavəsində baş redaktor kimi çalışırdı.             Məhəmməd müəllimlə qohum olsaq da, o mənə təkcə qohum kimi deyil, bir təcrübəli qə

AZAD QARADƏRƏLİ XALQ ŞAİRİNİN ÖLÜMÜ hekayə

Resim
                     AZAD QARADƏRƏLİ                          XALQ   ŞAİRİNİN ÖLÜMÜ                                   h ekayə                                                 Millət və Vətən mövzusu yeməli mövzudur...                                                                                         (Yazıçının cib dəftərindən)                   Qulağı batsa da, sərf eləyən söz olanda eşidirdi. Dili topuq çalırdı, amma kürsüyə çıxdımı, saxlamaq olmurdu. Gözü pis görürdü, di gəl ki, yetmişində əməliyyat olandan sonra gözlüyü atmışdı. Azı üç ayda bir dəfə həkim nəzarətindən keçirdi... Arvadı zarafatla deyirdi ki, oğlumuz maşınını təzədən yığdıran kimi kişi özünü iynədən sapacan təzələdib.             İri qulaqları, yalnız ayağının altını görən fındıq boyda gözləri, həmişə önə əyilməyə hazır yastı başı, bu yastı başın tükü tökülmüş yerlərinə və sifətinə səpələnmiş qəribə xalları... qarnına qoyduğu qısa dili adamı həmişə bütün qovğalardan sağ çıxartmış, uzunömürlü etmiş,