Kayıtlar

Eylül, 2023 tarihine ait yayınlar gösteriliyor

AZAD QARADƏRƏLİ ÜZEYİR BƏYİN GÜNÜ

Resim
                               AZAD QARADƏRƏLİ                      ÜZEYİR BƏYİN GÜNÜ!                                      (Üzeyir bəyin doğum gününə)                 APİ deyilən kolzozçu institutunda verilən bilik tezliklə mənə azlıq etməyə başladı. Ona görə kolxozçu institutu deyirəm ki, bizim təhsil aldığımız illər (1972-76) o ali məktəbdə rüşvətin tüğyan elədiyi çağlar idi və burada dərs deyən müəllimlərin əlindəki mühazirə dəftərləri on illər əvvəllərdə yazdıqları və üstündə heç bir dəyişiklik edilməyən, müxtəlif illərdə oxuyan tələbələrə söylənən, daha doğrusu üzündən oxunan taftalogiya idi. Hətta bizdən əvvəl oxuyan tələbələr bizə söz atar, şutq edərdilər: “Yenə ... müəllim rəngi saralmış dəftərindən eyni cümlələri oxuyur sizinçün?!”             Belə bir vaxtda eşitdim ki, o vaxtkı ADU-da (o vaxt hələ belə adlanırdı, adını dəyişib BDU etməmişdilər, üstəlik, böyük Rəsulzadənin adını verib, sonra da almamışdılar) Asif Ata bir dərnəkmi, ya nəsə yaradıb və müxtəlif ali

AZAD QARADƏRƏLİ PROFESSORUN ƏXLAQ KRİTERİYASI (Bir professorun söhbəti üzərinə yazılanlar)

Resim
                          AZAD QARADƏRƏLİ                   PROFESSORUN ƏXLAQ KRİTERİYASI                             (Bir professorun söhbəti üzərinə yazılanlar)                                                                                                    Nədəndir bənizin heç olmur duru,                                                                        Savılıb bostanın olubdur quru*,                                                                        O zaman ki sənə....................                                                                        Gözlərin çanaqdan çıxar ağlarsan.                                                                                        (Vaqiflə Vidadinin deyişməsindən)                                                              Bu yazını allahın xoş olmayan bir zamnaında yazıram – azı üç il görüşmədiyim bir yaxın qələm dostumu pis gündə gördüm (qocalıb əldən düşmüşdü, üstəlik tək yaşayırdı və ən pisi də

AZAD QARADƏRƏLİ "AY AT MİNƏN BƏXTƏVƏR..." ("Ən böyük adam" romanımın çap variantına düşməyən hekayətlərdən)

Resim
                                     “AY ATA MİNƏN BƏXTƏVƏR...”                      ("Ən böyük adam" romanımın çap variantına düşməyən hekayətlərdən)               Xalamgilin bir yabısı vardı. Əvvəllər xalamın qaynı Bolu baxmışdı ona, sonra ailə qurub Mincivana köçdüyündən at mənim umuduma qaldı. Hələ yaşını doldurmamış bu üçyaşar  yabının yorğa yerişi vardı və qaranəfəs olunca çapardı. Di gəl ki, kefi istədimi, yolun ortasında qoşa şıllağa qalxar, üstündəkini yerə çırpmayınca dayanmazdı. Əvvəllər mən qorxar, özümü tez yerə atardım. Elə ki, bir az atın hal-xasiyyətinə öyrəşdim, yəhərin qaşından bərk-bərk yapışar, yıxılmamağa çalışardım. At da şıllaqlamaqdan yorular, yoluna davam edərdi. Bir növ atla bir-birimizə isinişirdik yavaş-yavaş...             Sentyabr gələndə mən artıq Mincivandakı orta məktəbə oxumağa getdim. Atın örüyünün dəyişilməsi, suvarılması işlərinə bir müddət anam baxmalı oldu. Atın axmaq xasiyyətini bildiyindən minəyə qorxar, yedəyində aparardı.