Kayıtlar

Şubat, 2023 tarihine ait yayınlar gösteriliyor

MƏHƏMMƏD BAHARLININ 75 İLLİK YUBİLEYİ QEYD EDİLƏCƏK

Resim
                 MƏHƏMMƏD BAHARLININ 75 İLLİK YUBİLEYİ QEYD EDİLƏCƏK               İstedadlı jurnalist, gözəl qələm sahibi, bacarıqlı mətbuat xadimi  Məhəmməd Baharlının 75 yaşı tamam olur. Jurnalist fəaliyyətinə  “Azərbaycan gəncləri” qəzetində sıravi müxbir kimi başlayan mərhum M.Baharlı o zamanın məşhur nəşrləri olan “Azərbaycan məktəbi”, “Kənd həyatı”, “Gənclik”, “Molodost” dərgilərinin məsul katibi, “Təhsil” və “Azərbaycan müəllimi” qəzetlərinin baş redaktoru işləmişdir. Xüsusilə, “Azərbaycan müəllimi” qəzeti bu bacarıqlı jurnalistin peşəkarlığının və rəhbər işçi məharətinin üzə çıxmasında müstəsna rol oynamışdır.             Həyatı təhsillə, pedoqoji mətbuatla sıx bağlı olan Məhəmməd müəllim   2002-ci ildən dünyasını dəyişənə qədər Təhsil Nazirliyinin elmi-metodik jurnalı olan "Azərbaycan dili və ədəbiyyatı tədrisi"nin baş redaktoru vəzifəsində çalışmışdır.             Gözəl jurnalist olmaqla bərabər, o həm də ədəbiyyat sahəsində də qələmini sınamış, hekayələri,

AZAD QARADƏRƏLİ VİDA MƏKTUBU hekayə

Resim
                                     AZAD QARADƏRƏLİ                                             VİDA MƏKTUBU                                                      Hekayə                                                                              Tələbələrimə - sayqı və sevgilərlə                   “Salam, ustad.             Bilirəm ki, “ustad” sözündən xoşunuz gəlmir, amma Sizə başqa adla müraciət edə bilmirəm. Axı Siz biz gənclərin həqiqi ustadı, kumiri olmusunuz.             Yox, bunlar hər gün, hər yerdə rast gəldiyimiz gəlişigözəl yaltaqlıq, yalaqlıq üçün deyilmiş sözlər deyil. Axı Sizə yarınmaq üçün bir səbəb də yoxdur – vəzifəniz yox, deputat deyilsiniz... O ki qaldı haqqımızda yazdığınız o gəzəl esselərə, Siz bunları onsuz da edirsiniz – kimsədən “sağ ol” gözləmədən; hətta tanımadığınız, üzünü belə görmədiyiniz gənclərin yazıları haqqında könlünüzdən keçənləri yazıya çevirməyə ərinmirsiniz. Hətta və yenə hətta gənclər tanıyıram ki, Siz onların haqqın

AZAD QARADƏRƏLİ YARIMÇIQ ÖMRÜN BÜTÖVLƏŞMƏSİ...

Resim
                        AZAD QARADƏRƏLİ               YARIMÇIQ ÖMRÜN BÜTÖVLƏŞMƏSİ...               (Qəhraman Maraşda zəlzələ zamanı faciəli surətdə həlak olan                       gənc tərcüməşi Əbdülqadir Özkanın xatirəsinə)               Dostum Əlabbas deyəndə ki, Qəhrəman Maraşda zəlzələ zamanı həlak olan Azərbaycan sevdalısı Əbdülqadir Özkan haqqında xatirələr kitabı hazırlanır, sənin də bir sözün varsa, yaz, göndər Aslana, düzü, bir xeyli fikrə getdim. Əcaba, mən o gənc səsin sahibini necə tanımışam? Yadımda çılğın səsi ilə qalan o gənclə ilk tanışlığımız necə olub?              Mən heç Əbdülqadiri görmədim ki?!.               Təxminən üç il əvvlin söhbətidir. Yəni, pandemiya hələ kök atıb bitməmişdi. (Cücərməsin heç!) Bir gün feysbukda messencerdən mənə yazdı:”Müəllim, burda bir jurnal hazırlanır, Azərbaycan ədəbiyyatına aid, sizin də bir məqalənizi orda görmək istəyirik...”             Sonra nələrsə yazışdıq və mən hansısa məqaləmi elə həmin səhifədən gönd

AZAD QARADƏRƏLİ ŞEKSPİR MƏNİM TALEYİMDƏ avtobioqeafik esse

Resim
                AZAD QARADƏRƏLİ                  ŞEKSPİR MƏNİM TALEYİMDƏ               (“Məndən sonra” memuar romandan parça)           “Sekspir dövlət qulluqçüsu olub?” adlı bu yazı “Burda kişi var?” (Bakı, Zero, 2013) hekayələr kitabıma ön söz şəklində yazılmışdı. Sonralar üç cildlik “Renessans həsrəti”nin birinci cildində də çap olundu. Yerinə rahat oturduğu üçün bəzi əlavələrimlə bu kitaba da salası oldum.                                                                                                                                 (Müəllif)                                                            (Avtobioqrafik esse)               Qələmim təzə-təzə bərkiyirdi. Yəni hekayələrim və məqalələrim respublika mətbuatında artıq rahat çap olunurdu.       Amma məni yandıran o idi ki, rayonumuzda çıxan qəzet mənim yazılarımı çap etməkdən imtina edirdi. Bu da məni əməlli-başlı püsdən-təvərədən çıxardırdı. Belə bir vaxtda dostum Eldar Baxış şair Əhəd Muxtarla bizə