Kayıtlar

Ocak, 2021 tarihine ait yayınlar gösteriliyor

AZAD QARADƏRƏLİ ŞƏRƏF TOXUMLARI hekayə

Resim
                                     AZAD QARADƏRƏLİ                                  ŞƏRƏF TOXUMLARI                                            hekayə                                                                                      Gəldin də, niçin pəmbə buludlar kimi axdın,                                                                                  Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın...                                                                                                                                    H.Cavid                                                                    Vətən Müharibəsi şəhidi Rövşən İsmayılovun xatirəsinə                     “İnsanın üzü bərk olar.”             Nənəmnən eşitmişdim bu kəlməni. Düşünürdüm ki, yəqin adamın üzünə nə qədər vursan, əzilməz, qanamaz, yaralanmaz. Amma bir dəfə ayrı şey gördüm...             Kəndimizə gələn yad bir oğlanı kəndin cavan-çoluğu tökülüşüb o ki var çı

AZAD QARADƏRƏLİ SEVGİLİM VƏTƏN radio-povest

Resim
                                AZAD QARADƏRƏLİ                                    SEVGİLİM   VƏTƏN                                                          radio-povest  (davamı)                                                            Vətən   Müharibəsinin yeganə   qadın şəhidi Arəstə Baxışovanın xatirəsinə                                 PROLOQ                   Hər yan od tutub yanır. Odlu güllələr göyü yandırır, orda durmur, düşdüyü yeri də qana çalxayır, torpağı xəndəyə, ağacı oduna, insanı ətə çevirir. Yanıq iyi, qan qoxusu, insan iniltisi, kəsilmiş qollar, qopmuş ayaqlar, para-pırtıq olmuş insan bədənləri, bağırsağı çölə tökülən, əli ilə onu içinə yığıb irəli yerimək istəyən gənc əsgər və bunların fonunda ilahi bir səs: “Qardaş, sağsan?”             Kor olduğunu zənn edən əsgərin gözləri bu zərif səsdən açılar kimi olur və onu görüb zarıyır:”Bacı... köməy elə...”             Səslər artır, çoxalır. Biri son kərə “bacı”