Kayıtlar

Nisan, 2023 tarihine ait yayınlar gösteriliyor

AZAD QARADƏRƏLİ YAZIÇI MƏQSƏD NURUN RƏSSAMLIĞI

Resim
                                         AZAD QARADƏRƏLİ                        YAZIÇI MƏQSƏD NURUN RƏSSAMLIĞI*             (Yazıçının yeni kitabının çapdan çıxması münasibəti ilə prozası üzərinə gəzişmələr)           Kimi yazını olduğu kimi hərfbəhərf yazır. Məsələn, quşun göydə uçmasını ikicə söznən verir, yəni belə: QUŞ UÇDU.       Kimi yazının şəklini çəkir bir fotoqraf sayaq: QUŞ QANADLARINI AÇMIŞ VƏZİYYƏTDƏ HAVADADIR.       Kimi də quşun uçmuş halının rəsmini çəkir: QUŞUN QANADLARININ RƏNGİ, DİMDİYİNİN SƏRTLİYİ, KİÇİK GÖZLƏRİNİN İTİLİYİ, KƏKİLİNİN UZUN GÖDƏKLİYİ (bununla onun fərikliyini, xoruzluğunu də bilmək olour), CAYNAQLARININ İLGİNCLİYİ, HƏLƏ QUŞUN İÇİNDƏN KEÇƏNLƏR, O BİRİ QUŞLARIN DAHA UZAĞA UÇMASINI QISQANMASI və sairə və ilaxır təsvir olunur bir rəssam sayaq...        Birincidə yazıçı daha çox xəbərçidir, yəni yazıçıdan çox repartyor-jurnalistdir. Nə yazıq ki, bizdə bunların sayı daha çoxdur.         İkincidə yazıçı daha çox fotoqrafdır, fotoqraf-repa

AZAD QARADƏRƏLİ ŞƏHİDLİK MƏRTƏBƏSİ (Tələbə yoldaşımız Sabir Əhmədovun xatirəsinə)

Resim
                            AZAD QARADƏRƏLİ                        ŞƏHİDLİK MƏRTƏBƏSİ               (Tələbə yoldaşımız, şəhid qardaşımız Sabir Əhmədovun xatirəsinə)                           1972-76-cı illərdə keçmiş V.İ.Lenin adına APİ-nin (indiki ADPU) dil-ədəbiyyat fakültəsinin 82-ci qrup tələbəsi olan bizlər qarşıda necə bir təlatümlü dövrün olacağını heç ağlımıza da gətirməzdik. Sov.İKP tarixindən, elmi kommunizmdən, siyasi iqtisaddan dərs deyən müəllimlərimizin at oynatdığı zamanlardan 20-25 il ötməmiş SSRİ dağıldı və o qəddar müəllimlərin tarixi də, kommunizmi də künfəkün oldu. Bizlər isə hərəmiz bir rayonda, yaxud Bakının hansısa məktəblərində müəllim işləyir, balalarımıza dilimizi, ədəbiyyatımızı öyrədirdik.               Qrup yoldaşlarımızdan biri şamaxılı   Sabir haqqında ayrıca danışmalıyam. Əhmədov   Sabir Ağaqardaş oğlu 1954-cü ildə Şamaxının Əngəxaran kəndində doğulmuşdu. Bir il yataqxanada bir otaqda qalmışdıq. Yaxşı qarmon çalmağı vardı. Elə bu qarm
Resim
                                                  AZAD QARADƏRƏLİ                       ONUN SƏLİS QƏLƏMİ             (Ustad ədəbiyyatşünas Vaqif Yusiflinin 75 yaşına)               Vaqif Yusifli tanıdığım o adamlardandır ki, nə vaxt, harada, hansı şəraitdə tanış olduğum qəti yadıma gəlmir. Elə bil ki, bütün zamanlara bu adam mövcud olub, qələmini döşünə sancıb, ədəbiyyatımızın yorulmaz cəfakeşi kimi uçuq-söküyümüzü yamayıb, çatışmayanı tənqid etmək əvəzinə, bir az da suvaqdan, maladan vurub, hələ yorulmayıb, rəng də çəkib. Klassiklərdən də yazıb, müasirlərdən də, yubliyardan da, gənclərdən də. Tanınmayanları tanıdıb, üzü kəsməyib, üzə salıb, üz qızardıb palazını xalı yerinə işə verənlərin də sözünü deyib bəzən. Bu yerdə haqlı tənqid də olunub, min sözündən birini bilməyənlər guya yıxıb sürüyüblər onu... Elə mən özüm də ürəyimdə, bəzən aşkarda qınamışam Vaqifi...             Vaqif isə usanmayıb, yorulmayıb, bezməyib yaxşlıq etməyindən. Tənqidçi sözü onun boyuna biçilməsə də

AZAD QARADƏRƏLİ GÖY ÜZÜNÜN ŞAİRİ (Böyük şairimiz Vaqif Bayatlı Odərin 75 yaşına)

Resim
                    AZAD QARADƏRƏLİ                         GÖY ÜZÜNÜN ŞAİRİ               (Böyük şairimiz Vaqif Bayatlı Odərin 75 yaşına)               Əgər bizim dövrün ədəbiyyat adamlarının onluq siyahısını tərtib edəsi olsam, yəqin ki, ilk üçlüyü belə göstərəcəkdim: 1.Sabir Əhmədli 2.Eldar Baxış 3.Vaqif Bayatlı Odər...             Birinci yerin müəllifi müəllimim və ustadım olduğu üçün deyil, sənətinə və insanlığına yüksək dəyər verdiyim üçün oradadır. İkincisi isə ailə dostum və baş redaktorum olduğundan deyil, zəmanəsinin qüdrətli şairi və millətinin oyanması üçün aşırı çaba sərf etdiyi üçün oraya layiqdir.             Çox heyf ki, xalqımız hələ də ağır günündə yanında olan ədibinin deyil, yaltaq, qorxaq, kreslo düşkünü olan xalq-malq yazıçılarının yanındadır. M.F.Axundovu beş-üç adam gizlicə dəfn etmişdi, Zərdabi çərlədilmişdi, Sabir vərəmldiləmişdi, Mirzə Cəlil daim yanında tapança gəzdirməyə məcbur edilmişdi, Cavidlə Yusif Vəziri isə mutantlaşmış xalqın gözü

AZAD QARADƏRƏLİ YOL VƏ YOLSUZLUQ

Resim
                                            AZAD QARADƏRƏLİ                                YOL VƏ YOLSUZLUQ               (Bir vaxtlar Azərbaycanda istedadlı şair kimi tanınan, sonradan PKK üzvü olduğu iddia              edilən Həjar Şamiloğlu haqqında bilinən və bilinməyənlər üzərinə yazılanlar.)                 Həyatımın bütün dövrlərində sözün düzünü demək   və yazmaq kimi bir əndişəm olub: düz danışdığıma görə və danışdığımı yazdığıma görə adamlar məndən qaçıblar. Yəni yaltaqların, yalançıların vəzifə pillələri ilə irəlilədiyini bilə-bilə haqqın yanında olmuşam ki, bu da əksər hallarda qarşımda baryer yaradıb. Zira o baryerləri yaradanlar özləri bilmədən inkişafıma kömək ediblər. Gərək ki, Napaleonun sözüdür: tale qarşıma əngəllər çıxardır – görünür məndən böyük adam düzəltmək istəyir...             İstər 70-ci illərdə Bakıda işlədiyim və oxuduğum zamanlarda, istərsə də rayonda işləyə-işləyə Bakıya gəlib-getdiyim zamanlarda, lap elə məcburi köçkünlük   dövründ