Kayıtlar

Haziran, 2022 tarihine ait yayınlar gösteriliyor

AZAD QARADƏRƏLİ LORKA VƏ ELDAR BAXIŞ (Esse, tam versiya.)

Resim
                AZAD QARADƏRƏLİ             FEDERİKO QARSİYA LORKA VƏ ELDAR BAXIŞ –                        birini güllələdilər, o birini zəhərlədilər.                                      (Gülləli, zəhərli bir esse)                 1.               Tələbə vaxtı, gərək ki, birinci kursun ortalarında eşitmişdim Lorka haqqında.             Bir də onu eşitmişdim ki, Lorkanı İspaniyada Aydanamar bulağının yanında faşistlər güllələmişdilər – o bulaqdan adamlar hələ indi də su içməyə qorxurlar – şair qanı qarışmış deyə...             Eldarı isə bir az əvvəl, zavodda fəhlə işləyəndə uzaqdan-uzağa tanımışdım – zavodu yataqxanasına bir dəstə şair görüşə gəlmişdi və yataqxananın birinci mərtəbəsindəki nisbətən geniş foyedə baş tutan o görüşdə digər şairlər nə etdi, nə etmədi, bilmirəm, amma uzun, arıq bir gənc olan   Eldar orada bir şeir oxudu, bir şeir oxudu ki, hamının alqışına səbəb oldu – hətta yataqxanamızdakı ruslar, tatarlar belə az-maz anladıqları dildə oxunan şe