Kayıtlar

Mart, 2022 tarihine ait yayınlar gösteriliyor

AZAD QARADƏRƏLİ QALXMAYIN, MƏHKƏMƏ GƏLİR! Hekayə

Resim
                          AZAD QARADƏRƏLİ                        QALXMAYIN, MƏHKƏMƏ GƏLİR!                                        Hekayə                                                                                        20 Yanvar hadisələri zamanı itkin düşmüş hakim Şövkət Ağayevin xatirəsinə                 -Qalxın, məhkəmə gəlir!             Hamı qalxsa da, orta cərgədə əyləşmiş iki gənc qalxmadı. Hamı, o cümlədən artıq yerlərini tutmaqda olan hakim və iclasçılar da təəccüblə onlara baxdılar. Bunu görən gənclərdən biri cəld ayağa qalxıb bağıra-bağıra dedi:             -Bu gün-sabah rus ordusu Bakıya girəcək. Siz isə hələ də burada saxta ittihamla həbs olunan bir gənci məhkəmə önünə çıxardırsınız. Məhkəmə qarşısına çıxarılası biriləri varsa, o da sizlərsiniz! Rüşvətxor, xalqının cibinə girən, rus boyunduruğundan azad olmaq istəməyən müftəxor məmurlar! Biz tələb edirik: bu məhkəmə komediyası dərhal dayandırılsın, hamı Azadlıq meydanına yollansın! Əks təqdirdə...

AZAD QARADƏRƏLİ “RÜBƏND” ARXASINDAKI İSMİ-PÜNHAN

Resim
                                                   AZAD QARADƏRƏLİ               “RÜBƏND” ARXASINDAKI İSMİ-PÜNHAN,          yaxud Şəhla Nihanın nihan mətnləri haqqında yazmaq istədiklərim                 Mənim bir yazar, yaxud onun mətnləri haqqında yazmağım üçün bir motivasiya lazım: ya gərək adamı uzun illərcə tanıyım, yazı-pozusu gözümün önündə olsun, ya da gərək o, heç bilmədiyim biri olsun, zira bir kəlməsi, bir cümləsi, bir mətni, yaxud bir kitabı yolumu onun üstünə gətirsin...             Gördüyünüz kimi belə yazı tərzinin ikisi də çətindir. Gözünün önündəki su kimi aydın birinin sözlərindən yazmaq elə suyun özündən yazmaq qədər müşküldür. Heç tanımadığın birinin sözünü ağzına almaq da elə...             O mahnıda necə deyilirdi?             “İsmi Pünhan niyə...”             ......................................             Alatoran yayın evində görmüşdüm Şəhla xanımı. Kitabını mənə bağışlayanda üstündəki Şəhla Nihan adını görüb diksinmişdim. Qardaşım, hər

AZAD QARADƏRƏLİ ONUN SARI BƏNİZİ HEKAYƏ

Resim
                                                                           AZAD QARADƏRƏLİ                                      ONUN SARI BƏNİZİ                                                  hekayə                                                                                    Bir ukraynalı uşaq Ukraynadan təxliyə olunanlara                                                                                qoşularaq ağlaya-ağlaya   Polşaya gəlib çıxmışdı...                                                                                                               İnternet xəbərlərindən                 Yol bitmir ki. Atasız yol belə uzun olurmuş. Anasız lap uzun. Qabaqda gedən qadın uşağının ayağını ovxalayanda mənim də ayağım ana əli istədi. Özüm ovxaladı, olmadı. Ana əli istəyirmiş. Hardan alım ananı? Putinin faşistləri öldürdülər. Atam da anamı dəfn edəndən sonra məni şəhərdən çıxan adamlara qoşub, özü döyüşməyə getdi. Qəhr olsun uşağlığı. Mən axı niyə

"KUMA-MANIÇ ÇÖKƏKLİYİ" ROMANINI ƏSKİ ƏLİFBA İLƏ OXUYA BİLƏRSİNİZ!

  "KUMA-MANIÇ ÇÖKƏKLİYİ" ROMANINI ƏSKİ ƏLİFBA İLƏ OXUYA BİLƏRSİNİZ! Əziz oxucular!  Bildiyiniz kimi Azad Qaradərəlinin "Kuma-Manıç çökəkliyi" romanı "Yazı" dərgisində ilk dəfə hissə-hissə çap olunduqdan sonra 2016-cı ildə Xan nəşriyyatında kitab halında çap olunmuşdu. Sonra əsər İstanbulda 2019-cu ildə "Petrol tarlaları" adıyla yayımlandı. Lap bu günlərdə roman Mücrü nəşriyyatında ikinci dəfə nəşr olundu. Patalel olaraq Güney Azərbaycanın Urmiyə şəhərində də romanın əski əlifba ilə çapına hazırlıq gedirdi. Lakin təəssüf ki, senzura əsərin nəşrinə icazə vermədi. Ona görə də məcbur olub əsərin əski əlifba ilə PDF variantını bir neçə saytda yayımlamağa qərar verdik. Biri aşağıdakı link vasitəsi ilə oxuculara çatdırılmışdır: https://www.uplooder.net/files/88fe94084512438f8c9fdf9ff5dec86d/KUMA-M-eski-elifba-ile.pdf.html?fbclid=IwAR0ehxnclIU-IY8GBJIQ_xc_3YTMJaXNyHljZJZwGNjoTUewZa7f2--TgO8 Digər bir sayt - turuz.com da əsərin PDF variantına səhifəsində