Kayıtlar

Ağustos, 2020 tarihine ait yayınlar gösteriliyor

AKADEMİKİN PİŞİYİ, YAXUD PİŞİKLƏRİN QƏTLİAMI

Resim
   AZAD  QARADƏRƏLİ                       AKADEMİKİN   PİŞİYİ, YAXUD   PİŞİKLƏRİN QƏTLİAMI                                                   hekayə                                                   “Qan yoxdu” hekayəsinin müəllifi, dostum  Ahmet Yıldıza                                                                                              ***                                                           Çökən zülmət  qaranlıqdan vəslin nurun alın dərhal,                                                          Hicran dəmi gecədirsə, bir səhərdir onda vüsal .                                                                                                              Səbahəddin Yəhya Sührəverdi             Akademik sehirbaz idi.       Uşaqlıqda əmisi həm kəndirbazlıq edərdi, həm pəhlivandı, həm də sehirbazlıqla məşqul olardı. Atası erkən öldüyündən onu da yanına almış, öz peşəsini   qardaşı oğluna da öyrətmişdi ki, evə çörəkpulu gətirsin. O çağacan ki, uşaq

DƏVƏ ÜMİDİ

Resim
                               AZAD   QARADƏRƏLİ                                      DƏVƏ   ÜMİDİ                                             Hekayə                                                                                                    Professor   Adil Qeybullaya                   Sonuncu səfərdən sonra qəti qərara gəldi: Bozu bu dəfə mütləq azad edəcək.             Dəvələrin “azad edilməsi” onların bir otlaqda yalqız buraxılması anlamına gəlirdi. Özü də bura elə bir yer olmalıydı ki, yaşadıqları məmləkətdən aralı olsun ki, dəvə karvanın iyini alıb geri dönə bilməsun. Bu, əslində dəvənin ölümə tərk edilməsi idi.             Səbəbsə sadə: uzun illər karvanın ən güclü, ən etibarlı dəvələrindən olan Bozun enerjisi tükənirdi, gücü azalırdı, nəfəsi çatmırdı. Bunlar cəhənnəmə, susuzluğa tafanası heç qalmamışdı. Neçə dəfə olmuşdu ki, sarban Bozun yükünü karvanın o biri üzvlərinə paylaşdırmışdı.   Faydası olmurdu. O, karvanın ayağını çəkir, hətta yüksüz b

YETİM QIZIN HEKAYƏTİ

Resim
                                           AZAD QARADƏRƏLİ                                      YETİM QIZIN HEKAYƏTİ                                      (“Seçki hekayələri” silisləsindən)                                                                                                                            Yetim qız idi. Atası öləndə üç yaşı vardı. Anasını isə heç xatırlamırdı. O doğulanda zahılıqdan pozulmuş, bir ilin tamamında işıqlı dünyaya əlvida demişdi. Elə xəstə idi ki, heç balasını əmizdirə də bilmədi. Yazıq nənəsi onu yumurta sarısı ilə mayalamış, sonra on üç il əvvəl ailə qursa da, uşaqları olmayan qardaşı oğlunun arvadının qucağına qoyub demişdi:             -Mərcan, mən qocalmışam. Bu tifilin anası da bu gün, sabahlıqdı. Bədbəxt balam heç  gün görmədi allahın altında. Götür bu uşağı, saxla, böyüt, əli iş tutar, yardımçın olar...             Sonra uşağı Mərcanın köynəyindən keçirmiş, qıçının arasına salıb çıxartmış, bir növ quzunu  yad qoyuna teləyən

BURSANIN SƏSİ

Resim
                AZAD QARADƏRƏLİ                   BURSANIN SƏSİ                                       hekayə                                                   1918-ci ildə Qafqaz İslam ordusunun tərkibind   Azərbaycanda                                            bolşevik-daşnak ünsürlərinə   qarşı döyüşdə həlak olanların xatirəsinə                     Səksən yaşlarında   bir   qoca   dizini qatlayıb oturmuşdu partiyanın   qəbul otağındakı qara müşəmbəli   stulda.   Neçə gündü gəlib-gedirdi, amma   sədri tapa bilmirdi. Sədrin – məşhur şairin qəbuluna   düşə bilməməsinə səbəb onun xaricdə olması idi. Nəhayət, sədr gəldi və qəbul otağındakıların hamısı onu görən kimi ayağa qalxdılar. Qoca da qalxmağa cəhd elədi, amma sdrin gözü onu aldı və düz üstünə yeriyib   ayağa qalxmasına imkan vermədi. (Sədr bu qırğıgöz qocanın   bəzi   yaltaq qocalar kimi   tez   qalxıb onun qabağına yüyürmədiyini, sadəcə   aldığı tərbiyəyə rəğmən   yüngülcə   qalxmaqla   ehtiramını bildirdi