Kayıtlar

Eylül, 2022 tarihine ait yayınlar gösteriliyor

AZAD QARADƏRƏLİ MİLYONLARLA TİRAJLA YAYILAN ŞEİR

Resim
                          AZAD QARADƏRƏLİ                 MİLYONLARLA TİRAJLA YAYILAN ŞEİR         ("Bir şair, bir şeir" rubrikasında Eldar Baxışın "Zori Balayana məktub" şeirindən söz açırıq)        Bir şeir təsəvvür edin. Bütün ölkə əlində qələm o şeirin üzünü köçürür. Yazır, o birinə ötürür, o başqasına verir və bu şeir bütün ölkə boyu yayılır. Söhbət təlatümlü 1988-ci ildən gedir. O üzü köçürülən şeir isə Eldar Baxışın “Zori Balayana məktub” şeiri idi. Bədnam Sovet mətbuatının Azərbaycan carçıları o şeiri çap eləməkdən imtina etmişdilər və xalq qələmə sarılaraq o şeirin üzünü köçürdür, yayırdı. (Yalnız 1988-ci ilin sonlarında Eldarın “Deyə bilmədiyim sözlər” kitabında o şeir çap olundu.) O vaxtlar, bəlkə də, bu şeir üç-dörd milyon tirajla əl yazısı ilə yayılmışdı!        Şəxsən, mən o şeirin üzünü düz üç dəfə köçürmüşdüm. Niyə, ona görə ki, yaza bilməyənlər vardı və xahiş edirdilər ki, onlarçün də köçürdüm...       Eşidirsiniz? Bir şairin bir şeiri milyon

AZAD QARADƏRƏLİ ÇAYIN ALTINDAKI LABRİNT (uzun hekayə)

Resim
       AZAD QARADƏRƏLİ   ÇAYIN ALTINDAKI  LABİRİNT                      (uzun hekayə)                                                                                                                                       “ İ dealist düşüncədə millət böyük bir ruhdur, ruhun törədicisidir;                                                            deməli, o parçalana bilməz. Millətimiz   yalnız ərazi                                                                                                     baxımından parçalanıb.”                                                                                                           Ə.Elçibəy                                                                                                MÜƏLLİF                 Onunla Ankarada, Sincan istasyonundakı* kafelərin birində təsadüfən rastlaşdım. Üzü divara tərəf oturmuşdu və siqaretini tüstülədə-tüstülədə qarşısındakı parçdan pivəsini qurtumlayırdı. Mən də pivə içirdim və onu