Kayıtlar

Eylül, 2020 tarihine ait yayınlar gösteriliyor

AZAD QARADƏRƏLİ Təzə pul

Resim
                                                    AZAD QARADƏRƏLİ                                                    Təzə pul                               (“Dünyanın ən böyük adamı” silsiləsindən)               Beş yaşım olardı. Hərfləri və rəqəmləri tanısam da, hələ məktəbə getmirdim.             Uşaqlarla aralıqda futbol oynayırdıq. Bu vaxt bir dəstə gənc   də ora gəldi və əllərindəki   şaqq-şaqq şaqqıldayan təptəzə pulları bir-birilərinə göstərdilər. Biri bir az oturub bizə baxan yaşlı kişiyə dedi:             -Bax, əmi, bu gün maaşımızı təzə pulla verdilər!..             Hamı meydana yığışıb yeni pula tamaşa etməyə başladı. Mən dabanlarımı ha qaldırsam da, təkcə üstündə 1 rəqəmi yazılan pulu gördüm. Qalanlarını isə görə bilmədim. Deyilənlərdən eşitdim ki, üçlük yaşıl, beşlik göy rəngdəymiş. Lap sonralar öyrəndim ki, onluq da qırmızı imiş.              Axşam ağlamsına-ağlamsına dedim:             -Dəmiryolçular təzə pul gətirmişdilər... O qədər adam yığışmışdı

HƏMİŞƏRİLƏR MƏHƏLLƏSİNDƏ

Resim
                                                                         AZAD QARADƏRƏLİ                         HƏMİŞƏRİLƏR MƏHƏLLƏSİNDƏ                                                  hekayə                                                                           Urmiyəli qələm dostum yazıçı, naşir Məhəmməd Sophdelə                     “Bura bir az dərə-təpədir, gərək yeriyəndə ayağının altına baxasan, yoxsa ayağın pərtdimi, gurulguppaz gedəcəksən selav aşağı. (Bir çoxları kimi biz də bura əyalətdən – Zəngəzur tərəflərdən gəlmişik. Selav bizlərdə sel tutan yerə deyərdilər, hardansa gəldi ağlıma.) Mən də yaşlı adamam, ayağımı ehmal qoyuram bu kəpirli daş-qayanın üstünə. Bir az qabaqda görüşəcəyim adam da elə mənim kimi yaşlıdır. Dünən oğlu ilə gəlmişdi mənimlə danışmağa. Söhbətimiz yarımçıq qaldı - ev sahibini tapa bilmədilər.             Bakının bu qəsəbəsi yığma futbol komandası kimidir. Ölkənin hər rayonundan adama ras gələrsən. Hətta ayrıca

AZAD QARADƏRƏLİNİN KİTABI RUS DİLİNDƏ ÇAP ÖLUNUB

Resim
                            AZAD QARADƏRƏLİNİN KİTABI RUS DİLİNDƏ ÇAP ÖLUNUB                   Yazıçı Azad Qaradərəlinin “Moloçnıe reki” (“Süd gölü”)hekayələr kitabı işıq üzü görüb. Kitab Ridero beynəlxalq nəşriyyatının (Polşa) Rusiya filialında çapdan çıxıb. Kitabda doqquz hekayə və bir uzun hekayə (“Özündən əmin bəy və Avropa gözəli Vanda xanım”) və müəllif haqqında qısa məlumat yer alıb.                 Kitabın annotasiya hissəsində yazılanlardan: “Писатель Азад Гарадерeли — автор более десяти романов, однако он более известен как искусный рассказчик. В Баку издано около десяти сборников его рассказов. Кроме того, произведения автора переведены на русский, турецкий, английский и польский языки. Герои А. Гарадарели — его современники. В то же время, в таких своих произведениях, таких как «Уверенный в себе Эмин Бек и европейская красавица Ванда ханум» он обращается к историческим вопросам.“                 Kitabın redaktoru Yelizaveta Lavrişevadır.                    Hekayələr

Adil Yılmaz (Ankara) UÇMAK YARALAR QANADIN UCLARIN

Resim
      Adil Yılmaz (Ankara)   UÇMAK   YARALAR   QANADIN   UCLARIN                                                                             Azad Qaradərəlinin “Petrol tarlaları”* romanını oxuyarkən       uçmaq hardan gəldi ağlına, xəyallarım qanadlarımdır, Azad. qollarım əski bir zaman qövmü – indi buzlamış, bir dağı aşar kimiyəm nədən xizək sürməzlər burda nədən əyilib pıçıldayır qulağıma külək yalnız ölü ruhlara aid burası! sən gəl də çöz sirrini bu işin; xortlamasına əngəl deyil donması, bir təhdidin altındayam, evə də dönməliyəm, şaman, haydı çöz bu sirri, din dəyişdirmədən öncə üç kəz düşünmək nədir nə olacaq mənim bu halım? səkkiz milyon olduğunu söyləyirlər vacib shintonun* sirli varlıqları kəsmədən yolumu dönməliyəm evimə, qəti söz verdim özümə, Azad, bir dua tapdım, “lehinə danışmağa ölümsüz varlığın, dünyanın qaranlığında”, gəl, sən də amin de.   bilirəm, çökələkçi** qız gözləyir yolumun üstündə incir

ADİL YILMAZ (Ankara) UÇMAK ZAMAN KANATIR EN ESKİ UÇLARDA

Resim
  ADİL   YILMAZ (Ankara)   UÇMAK ZAMAN KANATIR EN ESKİ UÇLARDA   Azad Karaderelinin “Petrol tarlaları” romanını okuyarken.   Uçmak da nerden geldi böyle usuna, hayallerimdir kanatlarım benim Azad, kollarım eski bir zaman kavmi, buzla kaplı şimdi , bir dağın üstünden geçiyor gibiyim, neden kayak kaymıyor kimse burada, neden eğilip fısıldıyor kulağıma rüzgar, yalnız ölü ruhlara ait burası! Sen gel de çöz şimdi sırrını bu işin; hortlamasına engel değil donması, bir tehdidin altındayım, ivedi dönmeliyim Şaman evime, hadi çöz sırrını, din değiştirmeden önce üş kez düşünmek nedir ,ne olacak benim bu halim? sekiz milyon olduğunu söylüyorlar cabası, Shinto'nun gizemli varlıkları kesmeden çatallayan yolumu(!) dönmeli miyim evime , cabası söz verdim kendime Azad, bir dua buldum, "Lehine konuşmaya ölümsüz varlığın , dünyanın karanlığında", hadi "amin" de . biliyorum   çökelekçi   kız dönmemi bekliyor yolumun üstünde , in

SONUNCU QƏHRƏMAN

Resim
                                                        AZAD QARADƏRƏLİ                                      SONUNCU QƏHRƏMAN                                                    Hekayə                                                                          Qarabağ qazisi         Tofiq Yaqubluya                Ay çıxanda Onun gözləri Ay kimi nur saçır, özü  bilmədən ətrafındakıları da aylandırırdı. Hamı Ay kimi işıqlanır, bir-birini göydəki ulduzlar sayaq parlaq edirdi. Yerdəki adamlar göydəki ulduzlara dönüb bir-birinə rəng qatır, bir-birini tuturdular.             Ona bəzən Ayadam deyirdilər. Hətta biri and içirdi ki, Onun uzun bir nərdivanla Aydan düşüb gəldiyini gözləri ilə görüb. Və adamın   Aydan düşüb gəldiyinə hamı inanmışdı. O qədər demişdilər, O özü də şübhələnirdi ki, bəlkə elə   doğrudan da, Aydan gəlib haçansa.             Amma bir pis iş vardı ki, Ayın aydınlığında adamların ulduz olub parıldaması, gecənin süd kimi ağ olması məmləkətdə kimləris