Kayıtlar

Ekim, 2023 tarihine ait yayınlar gösteriliyor

AZAD QARADƏRƏLİ KRIM... QIRIM... hekayə

Resim
                              AZAD QARADƏRƏLİ                                 KRIM... QIRIM...                                     hekayə                              Bəkir Çobanzadənin xatirəsinə, professor İsmayıl Kazımovun vergülünə, nöqtəsinə                   Bərk sazaq əsir. Adamın iliyinə işləyən alaqarannıq sazağı. Səsi özündən qorxuludur. Telefon dirəklərindəki məftillərə qoşulub daha qorxunc səs çıxardır. Kinoçu Familin özü sürdüyü maşınla hərdən kəndimizə gətirdiyi əsir düşərgəsi haqqında filmin havası var bu çöllükdə. Nənəmin hənirtisi olmasa, havalanaram.             Bir dərəni enib, təpə yuxarı qalxan kimi təzə vahimə də qoşulur sazağın azğın səsinə: çaqqallar qarşıdakı dərədən elə ulaşırlar ki, elə bil sazağın telefon dirəklərinin simlərində “çaldıqları havadan” uçunduğumu bilib şövqə gəlir, daha qaramat səslə vaqqıldaşırlar.             Belə yerdə əlac hənirdir, səsdir. Gərək danışasan. Lap öz-özünə də olsa danışasan ki, səsin sənə həyan ola. Tə