Kayıtlar

Mart, 2021 tarihine ait yayınlar gösteriliyor

AZAD QARADƏRƏLİ GƏNC DOSTUM ƏLİ EYNƏLİYEVİN BİR HEKAYƏSİNİ OXUYARKƏN YAZILANLAR (ESSE)

Resim
              AZAD QARADƏRƏLİ               GƏNC   DOSTUM ƏLİ EYNƏLİYEVİN BİR             HEKAYƏSİNİ OXUYARKƏN YAZILANLAR               Salam, Əli bəy.       Mən də sən yaşda olanda (“sən” deməyimdən inciməzsən yəqin)   yazdıqlarımı   başı çıxan birinin oxumasını   çox istəmişəm. Amma ilk vaxtlarda belə bir adam mövcud deyildi. Yaxud, yazılarımı verdiyim redaksiyalarda ya oxumur, ya da oxuyub fikir bildirmirdilər. Tərslikdən rayon yerində yaşayırdım və bu işimi ikiqat çətinləşdirirdi. Qısası, deməyim odur ki, yazı yazmaqdan başqa onu oxuyub fikir bildirən birinin olması çox vacibdir.       Bunları niyə yazdım? İstədim biləsən ki, hamımız eyni yolu keçmişik.       Mən böyük Sabir Əhmədliyə rast gələndən sonra bu əndişəmə son qoyuldu. O, həm yazılarımı oxuyub fikir bildirir, həm də o vaxtın yeganə ədəbiyyat qəzeti sayılan “Ədəbiyyat və incəsənət” (indiki “Ədəbiyyat qəzeti”) qəzetində çapına kömək edirdi...        Dərgidəki (“Mücrü”, 1-ci say) hekayəni oxudum. Əvvə

AZAD QARADƏRƏLİ HEYSİYYƏT hekayə

Resim
                                               AZAD QARADƏRƏLİ                                                          HEYSİYYƏT                                                                                                hekayə                                                      Vətən Müharibəsi şəhidi leytenant Teymur Abbasovun xatirəsinə                   Zəif payız günəşi arabir təbiəti isidir, uzaqlarda atılan top və tank mərmilərinin zəhmli səsinnən qorxubmuş kimi qayıdıb buludda gizlənir, ürəksiz uşaq əlinə bənzəyən   titrək şüalarını qalın buludlara tərəf uzadıb onları aralayaraq işığını yenidən ətrafa yarmağa çalışırdı.            Birinci taqım dağın sinəsindəki kiçik meşəcikdə mövqe tutmuşdu. İkinci taqım isə bir qədər arxada, duman yatmış dərədə dayanıb öndəki taqımda olan komandirin əmrinə müntəzir idi. Aşağılardan qalxlb dağa doğru yeriyəcək dumanın onların dayandığı yeri bürüməsini gözləyirdilər ki, payız dümanına bürünüb meşəcikdən xeyli yux

AZAD QARADƏRƏLİ GÖZƏGÖRÜNMƏZLƏR Hekayə

Resim
                                 AZAD   QARADƏRƏLİ                                 GÖZƏGÖRÜNMƏZLƏR                                      Hekayə                ( Vətən Müharibəsi şəhidi kapitan Elçin İsmayılovun xatirəsinə)                                                              “Dərviş, gələcək həyatın ölüm anına qədər insana əyan olması –                                                         böyük səadət, sərhədsiz işıqdı! İnsanlar bu barədə heç nə bilmirlər.                                                      Əgər bilsəydilər, o işığı gecə-gündüz axtarar, onu görməyə                                                      çalışardılar ki, ölümlərinnən sonra qayıdacaqları məkanı tanısınlar.   “                                                                                                       Əziz əd-din ibn Məhəmməd Nəsəfi                         Bura qədim dərviş təkkəsinə oxşayır. Şəhərin tünlüyünnən uzaq, rayonlara gedən yolu