Kayıtlar

Ekim, 2020 tarihine ait yayınlar gösteriliyor

AZAD KARADERELİ BURSANIN SESİ

Resim
 AZAD KARADERELİ                                   Bursanın   sesi                                                 öykü                                                     1918 yılında Kafkas İslam Ordusu’nun bünyesinde Azerbaycan’da                                                    Bolşevik Taşnak çetelerine karşı   savaşta şehit olanların aziz hatırasına       Seksen yaşlarında bir ihtiyar, parti başkanın makam kapısının önünde dizilmiş bekleme sandalyelerinden birinde sabırla oturuyordu. Kaç gündür sürekli gelip gidiyordu ama bir türlü başkanı makamında ziyaret edemiyordu. Nedeniyse başkanın, yani ünlü şairin yurtdışında olmasıydı. Sonunda başkan geldi ve makam odasının kapısına yığılmış herkes onu görünce ayağa kalktı. İhtiyar da kalkmaya yeltendi ama başkan hemen onu farketti ve yanına gelerek kalkmasına dahi izin vermedi. (Başkan onun bazı yalaka ihtiyarlar gibi hemencecik oturduğu yerden kalkıp koşmadığını, sadece aldığı terbiyeye göre hafifçe yerinden doğ

Azad Qaradərəli "ŞƏHƏRCİK" romanından parça

Resim
 AZAD QARADƏRƏLİ ("ŞƏHƏRCİK" ROMANINDAN PARÇA)                                 QAÇQIN   YATAQXANASINDA                                        Maşını Təhsil Nazirliyinin yaxınlğındakı tikintisi yarımçıq qalmış binanın qabağında saxladı. Bura düz on altı il əvvəl gəlmişdi. Qohumlarının bir çoxu qaçqın düşəndən sonra küçələrdə qalmışdı. Onları yerləşdirən, qarşılarına çıxan kimsə yox idi. Kim harada gəldi, necə gəldi məskunlaşırdı. Bu işdə qaçqınların Bakıda nisbətən babat vəzifədə olan yerliləri, qohumları köməklik göstərirdilər. Ağaquluyev onda idarə rəisi idi. Ona yaxın tikinti idarəsini birləşdirib trest, daha sonra isə birlik yaratmışdılar. Onun pulunu balta kəsmirdi. Bakıda Rəsul Quliyevdən sonra ən pullu adam sayılırdı. Amma o qazandığının yarıdan çoxunu orduya silah almağa, daha sonra əlsiz-ayaqsıza, lap axırda da qaçqınlara xərcləyirdi.             Qaçqınlar dəstəsi gəlməyə başlayanda o maşınlarıyla, fəhlələriylə, puluyla onların pişvazına çıxdı. Amma tezliklə

AZAD QARADƏRƏLİ HƏR GÜN ÜZÜNÜ TƏRAŞ EDƏN KİŞİ

Resim
                          AZAD   QARADƏRƏLİ                           HƏR GÜN ÜZÜNÜ TƏRAŞ EDƏN KİŞİ                                      hekayə                                                            Ədəbiyyatşünas Maral Yaqubovaya              Yaşı o qədər çox deyildi. Altmışını yenicə adlamışdı. Hətta oğul-uşaq, dost-tanış zorla yığışıb ona yubileyfason bir şey keçirəndə güzgüyə baxıb düşünmüşdü:”Dostlarımın içində səksəni adlayan da var, amma mənnən yaxşı görünürlər. Noldu maa birdən-birə? Hortumum sallanıb, üzüm qırışıb, saçım heç də tay... Bizim nəsil 50-də ağbaş olur... Yerişimdə də bir harmoniya pozuqluğu var... Özü də axır vaxtlar tam ləvcəylə danışmağa başlamışam... Bu da qocalıq əlamətidir... Atam 69-da, anam 68-də getdilər. Görünür, mən də...” Dalısını gətirmədi. Elə bil özünün dediyindən özü də qorxdu...             ...Ermənistanın yeni baş nazirinin andiçmə mərasimini Şuşada keçirməsi, bu qədim şəhərimizdə   yallı gedərək bizi təhqir etməsi   onun heysiy