Kayıtlar

Nisan, 2024 tarihine ait yayınlar gösteriliyor

AZAD QARADƏRƏLİ AĞAYANA ADAMIN YETMİŞİ (Şair dostum Ağacəfər Həsənlinin yubileyinə dost sözü)

Resim
                                         AZAD QARADƏRƏLİ                                    AĞAYANA ADAMIN YETMİŞİ               (Şair dostum Ağacəfər Həsənlinin yubileyinə dost sözü)                     Bilənlər bilir ki, hər adamla bağrım badaş olmaz. Onu da bilirlər ki, boğazdan yuxarı tərif-filan da mənlik deyil. Bir adam haqqında xoş söz demişəmsə, onda özümdən nəsə tapmışam. İllah da o adam söz adamı ola...             Ağacəfər Həsənlidən danışacaqdım axı...             Adamın adı ki, özünə yaraşmadı, apar qaytar. Vallah, billah, Dədə Qorqud kişi adammış, sadəcə biz ona sonacan nəvəlik eləmədik. Gərək adımızı heç olmasa, otuzdan sonra qoyaydılar...             Tək-tək adamlar gördüm ki, adı özünə yaraşır, özü də adına.             Şair dostum Ağacəfər Həsənli bu dünyada ağayana yaşayanlardandır. Elə özü kimi sözü də heç o mərtəbədən düşmədi. Bax belə:               İstidən pörtmüş səhra             dəyişmir narın qumunu,             çöllərin xam torp

AZAD QARADƏRƏLİ TƏBİƏTİN QİSASI, YAXUD HÜMBƏTALI UÇAN QAYA

Resim
                                  AZAD QARADƏRƏLİ                          TƏBİƏTİN QİSASI, YAXUD HÜMBƏTALI UÇAN QAYA                         (Yeni naturalizmə doğru – renessans həsrəti silisiləsindən)                 İllərdir həm bədii yazılarımda, həm esselərimdə ədəbi naturalizmdən bəhs edir, naturallığın, təbiiliyin, doğallığın həm həyatda, həm ədəbiyyatda dəyəri haqqında mülahizələrimi oxucularla bölüşür, fikir mübadiləsi aparıram. (Saytlarda və “Renessans həsrəti” üç cildlik kitablarımda bu barədə kifayət qədər yazı tapa bilərsiniz.) Bu qənaətdəyəm ki, insan oğlu ta qədim zamanlardan, yəni təbiətlə üz-üzə qaldığı andan onun zərbələrinə düçar olmuş, bunun qarşılığında özünü müdafiədən çox hücum vəziyyəti alaraq təbiətə zərbə vurmuş, onu həm heyvani, həm bitki örtüyü, həm də su və havadan məhrum etməklə nələr etdiyinin fərqində olmamış və bugünkü təbii fəlakətin astanasına gəlib çatmışdır...             Son romanlarımda və esselərimdə tez-tez vurğuladığım bir fikir

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə

Resim
                    AZAD QARADƏRƏLİ                   PULKƏSƏN PROFESSORUN HƏBSİ                                      hekayə                                                              Dünya şöhrətli iqtisadçı alim Qubad İbadoğlunun*                                                               həbsindən sonra nə edəcəyimi bilmədim. Hətta bir etiraz                                                               dolu müraciət də yazdım. Lakin həmin müraciəti göndəriyim                                                                      saytlar “yox” dedilər. Yenə fikirləşməkdə ikən qəfil yadıma                                                                düşdü ki, mən yazıçıyam və oturub bu hekayəni yazdım.                                                                                                                         Müəllif                           Professor hər il dünyanın bir qabaqcıl ölkəsinin ən ən nüfuzlu universitetdə dərs deyirdi. Elə ki

AZAD QARADƏRƏLİ BƏLLİ NƏQQAŞIN NAXIŞLARI (Anar Həbiboğlu poeziyasının boyuna biçilmiş esse)

Resim
                             AZAD QARADƏRƏLİ                         BƏLLİ NƏQQAŞIN NAXIŞLARI             (Anar Həbiboğlu poeziyasının boyuna biçilmiş esse)               Şeir ki var, təhlilə yatmayan, təfsir olunması mümkünsüz, bir az da ilahi vəhy biçimli nəsnədir ki, onu ancaq yeddinci duyğu üzvünlə duymaq, isti havada soyuq bulaq suyu içərcəsinə başına çəkmək, üzünü sənə bel bağlamayan   sevdiyinin sinəsinə qoyub imkansızcasına yuxuya dalmaq, ölüm adlı kəmfürsətin heç vaxt belə yaxın olmadığı anda acı şərbətini dadmaq... kimidir...             Anar Həbiboğlu adlı şair olub. Şeirlərini oxuya-oxuya dizlərimə döyür, vaysınır, belə incə ruhlu şairi tez itirməyimizə yanır, üstəlik onu vaxtında tanımadığıma heyfsilənir (bu söz heç yerinə düşmədi), göyüm-göyüm göynəyirəm...   Yaşaya bilmədim mən də hamıtək, Bu namərd ürəyim qoymadı mənə. Bu axşam özümü asmaq istədim, Doğmalar bir kəndir qıymadı mənə.   Biri çörək verdi, biri su verdi, Biri gözlərindən bir cüt göz

AZAD QARADƏRƏLİ LƏTİFİN LƏTİFLİYİ VƏ SƏRTLİYİ

Resim
                                       AZAD QARADƏRƏLİ                                    LƏTİFİN LƏTİFLİYİ VƏ SƏRTLİYİ                 Tarixin qəribə işləkləri var. İşə bax ki, dünənəcən səni çap etməkdən imtina edən rayon qəzetinə bir gün redaktor müavini təyin olunursan. Və bu təyinat yuxarıdan – birinci katib səviyyəsində olduğundan səni Oranın adamı hesab edirlər. Səslərini çıxarda bilməsələr də, altdan-altdan  narazılıqları sezirəm. Amma tezliklə hər şey aydın olur. Coşquyla başlayan hərəkat dalğası bir coşqun çay kimi selintiləri üzə çıxardır və kimin kim olduğu bilinir. Məlum olur ki, mən Oranın adamı deyil, elə Buranın adamıymışam. Bunu ilk etiraf edənlərdən biri sonradan aramızda möhkəm dostluq bağı yaranan gənc jurnalist Lətif Babayev olur...             Lətif və digər iş yoldaşlarımızla aramızda gözəgörünməz tellə mübhəm bir yaxınlıq yaranıq. Qəzetin ab-havasını dəyişirik. Yerlərdən aldığımız maraqlı məktubları istinasız çap edirik. “Çinar” adlı ədəbi birlik y