Kayıtlar

Kasım, 2020 tarihine ait yayınlar gösteriliyor

AZAD QARADƏRƏLİ XƏNDƏK hekayə

Resim
                                      AZAD QARADƏRƏLİ                                           XƏNDƏK                                                           hekayə                                                                                                                                                                                  Tovuzlu İlham doktora                     Tovuz hadisələrindən* sonra allahın gözəl günündə yolum Tovuzun lap böyründə yerləşən bir kəndə düşdü. Niyə düşdü, necə düşdü, qoy bu məndə qalsın. Amma ki...             Ev sahibləri, insafən bizi gözəl qarşılamışdı. Yemək-içmək süfrəsi kəmfürsət virus qorxusunu da üstələmişdi. Gətir-götürdən sonra lazım olan işimizi görüb, havaya çıxmaq istədik. Saf dağ havasını doyunca udmaq, udmaq keçirdi könlümdən...             Həyətdə bir xeyli gəzinəndən sonra ev sahibinin oğlunun təklifi marağımı çəkdi: “Evimizin arxasında əsgərlər xəndək qazıblar, baxmaq istəyirsiniz?”            

AZAD QARADƏRƏLİ TORPAĞA QAN TÖKÜLƏNDƏ VƏTƏN OLUR (hekayə-monoloq)

Resim
                                                   AZAD QARADƏRƏLİ                      TORPAĞA QAN TÖKÜLƏNDƏ VƏTƏN  OLUR                                             (hekayə-monoloq)                                          Vətən Müharibəsi şəhidi Cavid Həsənovun xatirəsinə                                     Mən sizdən ayrıldım, amma gülə-gülə.             Yadınızdadır? İlk dəfə hərbi hissədə görüşəndə məndən soruşmuşdunuz ki, niyə hər zaman gülürsən?             Cavab vermişdim ki, biz bu dünyaya gələndə nə ailəmizi, nə vətənimizi, nə milliyyətmizi özümüz seçməmişik. Bu bizə həm gendən gələn kodla ötürülüb, həm də anamızın südü ilə aşılanıb... Və... Bir də demişdim ki, biz bu dünyada müvəqqətiyik. Çiçək kimi, böcək kimi. Onlardan fərqimiz odur ki, biz daha çox yaşayırıq, 70, 80, hətta 90, 100 il də. Onlarsa bəzən bir saat, bəzən bir gün, lap uzağı iki-üç gün... Amma bizim 100 illə onların bir saatı arasındakı fərqi kim ölçüb axı? Kim deyə bilər ki, onl

AZAD QARADƏRƏLİ ŞUŞA ADLI QIZCIĞAZ

Resim
    AZAD QARADƏRƏLİ   ŞUŞA ADLI QIZCIĞAZ              Hekayə                                                                    Şuşanın dağları başı dumanlı,                                                            Qırmızı koftalı, yaşıl tumanlı...                                                                          ( Xalq mahnısından )                   92-ci ilin buludlu günü idi. May gəlsə də, sazaq adamın iliyinə işləyirdi. Təhsil şöbəsindən hansısa sənədi almaq üçün rayon mərkəzinə gəlmişdim. Avtovağzalda köhnə dostumla rastlaşdım. Onun üzü daha buludlu idi. Məni görəndə buludlar daha da sıxlaşdı.             -Nə olub? Çoxdandı görüşmürdük... İstədim səni Dağüstü parka yeyib-içməyə dəvət edim... Sən isə...             O heç dediklərimi eşitmirdi. Üzündəki anlaşılmaz ifadə axır ki, oxundu:             -Şuşa bu gün işğal olunub... Qaçqın karvanı Ağalı-Məmmədbəyli səmtindən yollara düzülüb...             -Nə?! – Bundan başqa söz tapa bi