Kayıtlar

Nisan, 2022 tarihine ait yayınlar gösteriliyor

AZAD QARADƏRƏLİ FİKİR BÖLÜŞMƏK CİNAYƏTLƏRİN ƏN YÜNGÜLÜ KİMİ

Resim
                                  AZAD QARADƏRƏLİ                   FİKİR BÖLÜŞMƏK CİNAYƏTLƏRİN ƏN YÜNGÜLÜ KİMİ               (Nicatla Nəcəfin “Fikir cinayəti” (1-2-ci hissə) kitabları üzərinə)                                          Ağlın səsi gur deyil, ancaq inadkardır və eşidilməyənəcən də susmaz                                                                                                                                   Ziqmund Freyd                   İlk insanın ilk kəlməsi, yəqin ki, monoloq idi. Tanrıya, anaya, sevgiliyə öykü şəklində söyləyiş.             Zaman keçdikcə insan dialoqa ehtiyac duydu. Bu artıq fikir bölüşmək idi. İnsan sevgilisi ilə, dostu ilə danışığa girəndə anladı ki, bu halda o daha güclü olur və o zamandan insan oğlu dialoqu ən böyük fikir birliyi hesab edir. Səs vəhşi insanın ovunu asanlaşdırmışdısa, söz onu vəhşi kökündən ayırdı. Qarşı tərəfin fikrini bilmək isə insanı ictimailəşdirdi.                                        

AZAD QARADƏRƏLİ ŞAİR, ARAŞDIRMAÇI FƏRİD HÜSEYNİN BİR YAZISININ YAZDIRDIĞI SƏTİRLƏR

Resim
    AZAD QARADƏRƏLİ   ŞAİR, ARAŞDIRMAÇI FƏRİD HÜSEYNİN BİR YAZISININ YAZDIRDIĞI SƏTİRLƏR          Fərid Hüseynin Eldar Baxışın “Gecənin bir aləmi” şeiri haqqında qeydlərini oxuyub, xeyli təəccübləndim. Bu təhlildən çox şairin şairlə güləşməsinə - söz güləşinə bənzəyirdi. Təbii, Eldar çox cüssəli idi, təbii Eldar enlikürək idi, təbii Eldarın arxası hələm-hələm yer görməzdi...       Düşündüm ki, Fərid niyə belə edib? Cavabım bir qədər fərqli yozula bilər: Fərid Eldarın söz sehrindən çıxmaq istəyib. Qorxub, üşənib Eldardan. Axundov Füzulini necə tənqid etmişdisə, Cabbarlı Cavidə necə ilişmişdisə, Tolstoy Şekspirə necə ağız büzmüşdüsə, Fərid də   Eldara elə ilişmək istəyib... Eldarın ÜRƏKlə NƏFsi dəyişik saldığını düşünür və deyir ki, insanı hansısa qadının dalınca ürək yox nəfs çəkir...       Ay Fərid, ay qağa, Eldarın şeirindəki qadın “hansısa qadın deyildi axı”! Dostum Fərid, yazırsan ki, güzgü yoxdusa, dodaqdakı uçuğu necə görmək olar? Ay sənin saqqalın ağarsın! Sənin

AZAD QARADƏRƏLİ "ÜZÜM" TABURU HEKAYƏ

Resim
                              AZAD QARADƏRƏLİ                           “ÜZÜM” TABURU                                      Hekayə                                                    Ukrayna prezidentinin müşaviri Aleksey Arestoviç 44 günlüg Vətən                                                  Müharibəmizdən, Şuşa əməliyyatından danışaraq ordumuzun qələbə                                               taktikasından öz müharibələrində də yararlandıqlarından bəhs edib.                                                                                                     İnternet xəbərlərindən                   Gecə metronun yaylı qapıları bağlananda ağzını qızın qulağına söykədi:”Səni çox sevirəm, bilirsən. Kiyev qədər... Amma bu sözü deyə bilmək üçün...”             Düşmən bombasının gurultusu səsi batıran kimi sözünün ardı eşidilməz oldu. Qırılmış səsinin əvəzindən qolları danışdı – qadının boynuna dolandı.             Qəhər onu boğdu.Yeni doğulmuş, üç