Kayıtlar

Mayıs, 2020 tarihine ait yayınlar gösteriliyor

SABİR ƏHMƏDLİ HAQQINDA KİTAB

Resim
                       ƏBƏDİYYƏTİN MÜBARƏK, USTAD!                                              Ön söz əvəzi                                                   2020-ci il yaddaşlarda dünyanı sarsıdan covid-19 pandemiyasının tüğyan etdiyi il kimi qalacaq. Amma bu təbiət hadisəsi olaraq belədir. 2020-ci il bir çox cəhətlərinə görə həm də işıq və ümid ili kimi də insanlığın ədəbi düşüncə tarixinə həkk olunacaq. Bu ümidin və işığın daşıyıcıları isə hər xalqın ədəbiyyat və mədəniyyət tarixindəki əvəzsiz sənətkarlardır. Bu bizim üçün ilk növbədə böyük Azərbaycan ədibi Sabir Əhmədlinin 90 illik yubileyi ilə xarakterizə oluna bilər. Böyük ustad ədəbiyyatımıza bir romançı kimi daxil oldu. Eyni zamanda onu həqiqət axtarışçısı kimi də dəyərləndirmək olar.         2020-ci il, Azərbaycanda Sabir Əhmədli ili elan olunmalı idi. Dediyimiz kimi, bu il onun   yubiley ilidir. Amma bunu görməzdən gəldilər. Sabir Əhmədliyə yaraşan sözü yenə onun ailəsi, tələbələri, bir də bu günkü ədəbi gəncli

ÖZÜNDƏN ƏMİN BƏY VƏ AVROPA GÖZƏLİ VANDA XANIM

Resim
AZAD QARADƏRƏLİ         ÖZÜNDƏN ƏMİN   BƏY VƏ AVROPA                  GÖZƏLİ   VANDA XANIM                                                                                                                         uzun   hekayə                                                                         Tarixçi alim Mövsüm Əliyevin* ruhuna salam olsun!                         Baş yazı                MÜƏLLİF                         Murdarüşüdən** aprel sazağı adamları karıxdırıb. Metrodan çıxan kimi yaxa-bacalarını möhkəm bağlayıb ora-bura qaçışırlar.             Bir az yuxarıda Bakı Dövlət Universitetinin qarşısında baş daşına oxşayan bitili bir daş. Gəlib-gedənin   toxunub-sürtünməsindən   o qədər   ağnayıb-köhnəlib ki, elə bil min il əvvəlin bitilisidir. Daşda kiril əlifbası ilə yazı: "Бурада Азәрбајҹан халгынын бөјүк мүтәфәккири, Азәрбајҹан Демократик Республикасынын баниси Мәһәммәд Әмин Рәсулзадәнин бүстү гојулҹаг"***             Gənc o