AZAD QARADƏRƏLİNİN ƏSƏRLƏRİNİN 15-ci CİLDİ ÇAPDAN ÇIXMIŞDIR
AZAD QARADƏRƏLİNİN ƏSƏRLƏRİNİN 15-Cİ CİLDİ ÇAPDAN ÇIXMIŞDIR Yazıçı Azad Qaradərəlinin əsərlərinin 15-ci cildi çapdan çıxmışdır. Bu cildə müəllifin “Bir qazinin yarımçıq gündəliyi”, “Baş nazirin frakı” romanları və səkkiz hekayəsi daxil edilmişdir. Cilddə yer alan hər iki roman müəllifin son illərdə qələmə aldığı əsərlərdəndir. Onu da deyək ki, romanlar sosial şəbəkədə - “Bir qazinin yarımçıq gündəliyi” yazıldıqdan az sonra edebiyyat.az saytında yayımlanmış, “Baş nazirin frakı” isə müəllifin şəxsi bloqu qaradereli.blogspot.com-da - oxucalara çatdırılmaqdadır. “Bir qazinin yarımçıq gündəliyi” adlı roman 44 günlük Vətən Müharibəsinin qazisi, dinc dövrdə Dövlət Sərhəd Xidmətinin zabiti kimi çalışmış gəncin ...