AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB Çox hörmətli Akif Aşırlı “Lalələr” mahnısının 1918-ci ildə Azərbaycana gəlmiş Qafqaz İslam Ordusunun əsgərlərinə ithaf olunmasını “uydurma” adlandırır və bunu heç bir fakt və dəlilə əsaslanmadan təkzib edir. (Necə ki, bu “uydurma”nı “uysuranlar” heç bir fakt və dəlil olmadan “uydurmuşdular.”) Ki, şeirin müəllifi Aslan Aslanov qatı kommunist idi və o zamankı türk əsgərlərinin baş geyimi belə deyil, belə idi və sair və ilaxır... Məsələ burasındadır ki, 200 ilə yaxındır ki, biz Şimali Azərbaycanda yaşayan türklərə min cür uydurma hoqqalar sırıyıblar. O 200 ilin axırıncı 70 ilini isə tamam yalan və uydurma içində yaşadıq. Baxın, xalq adından bizə nə necə bir “bayatı” sırıyırdılar: ...