Kayıtlar

Ağustos, 2024 tarihine ait yayınlar gösteriliyor

AZAD QARADƏRƏLİ CÜLYETTANIN SAĞ DÖŞÜNƏ TOXUNMAQ” ROMANINDAN PARÇA (Deyim kimi fikirlər)

Resim
  AZAD QARADƏRƏLİ “CÜLYETTANIN SAĞ DÖŞÜNƏ TOXUNMAQ” ROMANINDAN PARÇA                           (Deyim kimi fikirlər)                “ -Mən bu dünyada haqqın və ədalətin yanında çox az adam gördüm... Amma gördüm.          -Sözün, illah da düz sözün qiyməti, doğrudan da yoxmuş. Kimisi üçün bu əskiklik, kimisi üçün isə ən böyük qiymət anlamındadır.          -Kitab oxuyanları hörmətli gördüm – kitabdan aldıqları bilgilər onların hörmətini birə min artırmışdı.          -Yaltaqlıq səndən uzaqdadırsa,   ona bulaşmamısansa, qorxulu deyil. Elə ki, yaltaqlandın, sonundur – rəzil olacaqsan. Hamı bunu səndən umacaq.          -Şirə ölüm deməkdir. Həşarat şirəyə batanda öldüyü kimi, insan da haram...

AZAD QARADRƏLİ FƏDAKARLIQ (yarım esse)

Resim
                AZAD QARADRƏLİ               FƏDAKARLIQ             (Qurban getmək, fəda olmaq haqqında yarım essenin yeni variantı)             "Mərhəmət" adlı essem var. Bu böyük anlayışı rəssam Pəri Miniatürün bir əsəri üzərinə çözməyə çalışmışdım. Hara qədər alınıb, oxucu bilər.             Mərhəmətlə xurcuntayı olan bir anlayış da var: fədakarlıq. Xurcuntayı dedim də, zatən xurcuna sığışa bilsələr, fədakarlıq mərhəməti üstələyər, ağır basar. Yəni, fədəkarlıq mərhəmətdən də üstün anlayışdır. Biz fədəkarlığı kimdən və yaxud nədən öyrəndik?                Hər şeyin örnəyi təbiətdir. Biz təbiəti yamsılayaraq (Aristotel) sənət yaratmadıqmı?   ...