Kayıtlar

Aralık, 2025 tarihine ait yayınlar gösteriliyor

AZAD QARADƏRƏLİ AĞDAMA SƏFƏR

Resim
                       AZAD QARADƏRƏLİ                      AĞDAMA SƏFƏR             1976-cı ilin payızı idi. Zəngilanın Sobu adlı kəndinə müəllim işləməyə göndərilmişdim. Dağlar qoynunda yerləşən bu kəndə bizim Qaradərədən azı 8-9 kilometr məsafə vardı. At almaqdan başqa yol yox idi. At aldım, amma yəhəri yox idi. Bütün rayonu gəzsəm də, tapılmadı. Hamı məsləhət gördü ki, Ağdama gedim. Orada "ilan başı" da taparsan dedilər.        Necə getmək barədə düşünürdüm ki, qonşumuz dəyirmançı Hüseynqulu dayının yeni dəyirman daşı üçün Ağdama getməyə hazırlaşdığı xəbəri gəldi. Kolxozun yük maşınına məni də götürdülər. Yolda Hüseynqulu dayı dedi ki, bazarda ehtiyatlı ol, pulunu cibindən çəkərlər...         Bir dəllalın köməyi ilə bazarın aşağı başında yəh...

AZAD QARADƏRƏLİ BABAMIN, NƏNƏMİN ƏLİFBA İSLAHATI (əlifbamız və milli kimlik məsələləri)

Resim
                          AZAD QARADƏRƏLİ                  BABAMIN, NƏNƏMİN ƏLİFBA İSLAHATI                        (Əlifbamız və milli kimlik məsələləri)               ...Ana babam Məmmədqulu qol çəkəndə “məmi” yzardı və məni gülmək tutardı; deyərdim ki, ay dədə, “tət” yazmısan (kiril əlifbasında “m” kiçik “t” işarəsini bildirirdi, babamın 30-cu illərdə öyrəndiyi latın əlifbasında isə “em” səsini bildirir), sonra da bu nədi birin üstünə nöqtə qoymusan? Nənəm İzafə də “izafe” yazardı və onların bu qəribə hərflərinə uşaq ağlımla doyunca gülər, səhvlərini tutardım öz aləmimdə... (Demək, zaman 60-70-ci illər idi və biz indiki əlifba ilə deyil, rusların işlətdiyi kiril əlifbası ilə yazıb-oxuyardıq. Babamla nənəm də qol çəkəndə məhz ayrı hərflərlə ya...