AZAD QARADƏRƏLİ HƏR GÜN ÜZÜNÜ TƏRAŞ EDƏN KİŞİ
AZAD
QARADƏRƏLİ
HƏR
GÜN ÜZÜNÜ TƏRAŞ EDƏN KİŞİ
hekayə
Ədəbiyyatşünas Maral Yaqubovaya
...Ermənistanın
yeni baş nazirinin andiçmə mərasimini Şuşada keçirməsi, bu qədim şəhərimizdə yallı gedərək bizi təhqir etməsi onun heysiyyətinə toxunmuş, bir neçə gün dəli
kimi gəzmişdi.
Daha
sonra həmin erməni baş naziri çıxış edərək demişdi ki, mən Azərbaycan xalqı
kimi qorxaq xalq görməmişəm. Onlar (yəni biz) dünya ölkələrinə yalvarırlar ki, torpaqlarının
qaytarılmasında onlara yardımçı olsunlar... sonra isə o bizi belə aşağılayırdı:
hünəriniz var, gəlin, torpaqlarınızı özünüz azad edin...
Bu
söhbətdən sonra isə onun psixi durumu lap kritik olmuşdu. Heç kimlə ünsiyyətə
girmir, ailədəkiləri heç nədən acılayır, ona zəng edənlərlə də hirs-hikkəylə
danışırdı.
İşə
gedəndə üzünü qırxmır, əyin-başına fikir vermir, ən pisi isə pandemiya dövrü
olmağına baxmayaraq ağzına ağızdıq da taxmırdı. Buna görə onu avtobusdan düşürdən
sürücülərlə, polis işçiləri ilə dalaşır, hətta bəzən əlbəyaxa olurdu...
Çox
mədəni insan olan bu kişi bu bir neçə ayın içində əməlli-başlı dəyişmiş, idarəolunmaz
biri olmuş, hətta zahirən qocalmış, əvvəlki görkəmini itirərək tanınmaz hala
düşmüşdü.
Övladlarının
təkidinə baxmayaraq həkimə getmir, buraxdığı siqaretin acığını içkidən çıxırmış
kimi, hər gün ən azı iki qədəh içki içirdi...
“Belə
getsə atamızı itirəcəyik” deyib dərd çəkən qızları gizlicə ağlayır, əlləri heç
yerə çatmırdı.
Qəflətən
elə hadisə baş verdi
ki................................................................................................
***
Payız
yenicə girmişdi. Havalar soyusa da, yalınqat geyimdə üşüyən İsmi kişi iyirmi il
əvvəl Maştağadakı qəbiristanların birində dəfn etdiyi anasının məzarını ziyarət
etdikdən sonra geri qyıdırdı. Qəbir üstə gül qoymuş, oradakı mollaya Yasin
oxutmuş, sonra hönkürüb ağlamış, anası ilə dərdləşərək demişdi:”Ana, deyəsən, sənin
qəbrinə yurddan torpaq gətirib səpmək mənə də qismət olmayacaq... Torpaq getdi
e, ay ana. Təbriz kimi, Dərbənd kimi, İrəvan kimi...”
Avtobusa
minəndə telefonu çaldı. Qızının nigaran səsi eşidildi:”Ay ata, hardasan?! Niyə
telefonu bağlamışdın?!”
“Nənənin
məzarənı ziyarət edirdim, ona görə bağlamışdım... Molla Yasin oxuyurdu...”
“Ata,
sənə xoş xəbərim var e, inanılmaz xəbər!”
“...”
“Ata,
ordumuz Qarabağda bütün cəbhə boyu hücuma keçib! Bir neçə kəndimiz azad
edilib!..”
“Hə,
nolsun? O ili də belə oldu... Bir-iki kənd, bir yüksəsklik...”
“Yox,
ay at! Bu dəfə ayrı cür olacaq! Baxarsan!..”
***
“Mənim
payızlıq kostyumumu ütələyin!”
“O
üstü bağlı ayaqqabım vardı e, hanı tapa bilmirəm?!”
“Saatımı
hara qoymusunuz?! Bu evdə niyə heç nə yerində deyil axı?..”
“Üzqırxanımı
tapa bilmirəm...”
Bu
dəfə arvadı dözmədi, dodaqaltı gülümsünüb dedi:
“A
kişi, noolub axı, dünən qırxdın də üzüu?”
“Özüu
yox, üzünü!.. Sən axı müəlliməsən, ziyalısan, ləhcəylə danışmaq olmaz...Qırxdım,
qırxdım də!.. İndi hər gün qırxacağam... Mən ziyalıyam... Vətənin belə xoş
günündə üzü tğklü ola bilmərəm... Bir də...”
“Nə
bir də?” – arvadının sualını eşitməməzliyə vurdu və payızlıq kostyumunu,
üstübağlı ayaqqabısını qısıqıvraq geyinib evdən çıxdı.
İşə
gedəcəyi avtobusa minənəcən fikir aparmışdı onu.
“Bu
gedişlə, ildırımsürətli müharibə olacaq, inşallah!.. Artıq türk PUA-ları da qan
eləyir... Dədəm demişdi də: əzəl Rum, axır Rum. Türkiyə bizim ölən yerimizdir...
İnşallah, belə getsə, bir ayacan bizim rayon da alınar... Arvadın sualına bax,
səni allah! Niyə hər gün üzünü qırxırsan?! Heç gör dəxli var?! Bəlkə qəfildən
çağırdılar ki, Zəngilan azad edildi, gəlin minin maşına gedirik!.. Onda mən, o
rayonun ziyalısı ora üzütüklümü gedəcəyəm?! Mənə ayıb olmazmı?..”
49
saylı avtobusun həyəcan dolu çağrış səsi onu fikirdən ayırdı. İsmi müəllimi yaxşı tanıyan sürücü əlini kabinədən yelləyib
bağırdı:
“Müəllim,
gəl e, gəl! Düşməni iti qvan kimi qavajıyıx! Gedəciyih yurdumuza!.. Daha qaşqın
demiyəcəhlər bizə...”
Sürücü
qəhərlənib ağladı. İsmi müəllim də doluxsundu. İstədi desin ki, “qavajıyıx”
yox, “qovacıyıq” de, amma gülümsünüb sözünü uddu. Avtobusun yan güzgüsündə təmiz
təraş olunmuş üzünə baxıb içdən sevindi. Elə bil üzündəki qırışlar itmişdi.
06.10.2020
Yorumlar
Yorum Gönder