AZAD QARADƏRƏLİ Mən Cəbrandan dönmərəm
AZAD QARADƏRƏLİ Mən Cəbrandan dönmərəm (Yazıda C.X.Cəbranın “Şərq-Qərb” nəşriyyatında 2009-cu ildə çap olunmuş “Sükutun poeziyası” kitabından istifadə olunub) Mən ucqar bir kənddə doğulmuşam. Orada mədəniyyət adına tək bircə ibtidai məktəb vardı ki, onun da müəllimi atam idi. Vəssəlam. Nə kitabxana, nə klub, nə uşaq bağçası... Amma min kitaba dəyən sözlər bilən nənəm vardı ki, onun da sözləri məni yazı-pozu adamına çevirdi. Amma yalançı, bayağı və qafiyəpərdaz şair də edə bilərdi. Qanımın arasına orta məktəbi oxuduğum Mincivan qəsəbəsi girdi. Burada hər axşam film verilən kino-teatr, bir neçə məktəb, kitabxana və böyük bazar vardı. Üstəlik, burada ruslar, ermənilər də yaşayırdı. Burdan Bakıya, Yerevana, hətta Təbrizə qatarlar keçirdi... Bu dəmiryolçular qəsəbəsi b...