Kayıtlar

Mayıs, 2023 tarihine ait yayınlar gösteriliyor

AZAD QARADƏRƏLİ “BULAQ”DAN GƏLƏN MƏLUQƏ XANIM

Resim
                                 AZAD QARADƏRƏLİ                         “BULAQ”DAN GƏLƏN MƏLUQƏ XANIM                 (Görkəmli aktrisa Məhluqə Sadıqovanın portret cizgiləri)               Arı beçə verir və ana arı qutudan çıxıb qonur uca bir ağacın hündür budağına, bütün arılar daraşır o ana arının ətrafına, vız-vız vızıldayaraq aləmi başlarına götürürlər. Hesab edin ki, o ana arı radiodur və biz yazı-pozu adamları onun ətrafına yığışaraq vız-vız vızıldayır,   bütün ölkəni bizi dinləməyə məcbur edirik...             Eldar Baxışın dəvəti ilə radioda işləməyim həyatımın ən yaddaqalan anlarından...

AZAD QARADƏRƏLİ DİLİMİZİN SÖZ QATINDAN

Resim
                      AZAD QARADƏRƏLİ                      DİLİMİZİN SÖZ QATINDAN                (Aşırı sözünün ucundan tutub çözələdim)                Dilimiz o qədər çoxqatlıdır ki, adam onun qatlarına enəndə qorxur. Labrint kimi çəkir səni və azacağından üşürgələnirsən.             Bu qatlara hərdən özüm girirəm yazı əsnasında, çəkib aparır məni. Hərdən də təhrik edirlər, səni ora girməyə məcbur edirlər...             Bu yaxınlarda Naxçıvandakı kitab sərgisi ilə bağlı birinin yazısında “aşırı yağmur yaırdı” cümləsi işlənmişdi. Bir xanım guya çoxbilmişlik edərək o saat reaksiya verdi ki, aşırı nədir, dilimizdə belə söz yoxdur, fasiləsiz yazın və sair... ...

AZAD QARADƏRƏLİ AVDININ ŞAİRLİYİ

Resim
                                     AZAD QARADƏRƏLİ                           AVDININ ŞAİRLİYİ                       (Dostum Avdı Qoşqarın 65 yaşına zarafatyana bir yazı)               Avdı Qoşqar haqqında bir neçə qatar sözüm var ki, burada yazmasam, ürəyim soyumaz. Nədən ki, Avdı ilə çox dərələr aşmışıq, çox gizlinlər çözmüşük, çox mətləblər qarışdırmışıq...             Avdı ilk baxışdan bir qədər kəntöy adam təsiri bağışlayar. Üzü göyə baxıb demisini tüstülədən, ağ-qara buludlardan nicat uman, yerin bağrından möcüzə gözləyən qocafəndi kənd adamı...

AZAD QARADƏRƏLİ DİLİMİZİN SÖZ QATINDAN

Resim
                      AZAD QARADƏRƏLİ                       DİLİMİZİN SÖZ QATINDAN               (Bir sözün ucundan tutub çözələməsindən doğan yazı)                 Bir dost mənim xahişimlə külliyyatımın bir neçə cildi ilə eyni vaxtda buraxılması nəzərdə tutulan haqqımda yazılanlar bircildliyinə iri həcmli bir məqalə yazmışdı. (Başqalarının belə şeyləri gizlətməsi, yaxud xahiş etdiyi dosta bərk-bərk tapşırması ki, “bunu sənə dediyimi ayrı adam bilməsin”-filan kimi şeylər mənə yaddır. Mən həyatımda nə varsa, onu indiyəcən olduğu kimi yazmışam. Yazmadıqlarımı da “Məndən sonra” memuarımda yazmaqdayam. Hətta “Yazı” dərgisini buraxanda dostlarla bu kimi yazılara   görə...