AZAD QARADƏRƏLİ DEKEDANSMI, RENESSANSMI?
AZAD QARADƏRƏLİ
DEKEDANSMI, RENESSANSMI?
(Renessans həsrəti silsiləsindən)
Yeni
naturalizm ədəbi cərəyanını bir ədəbiyyat adamı kimi elan edəndə qələm adamları
tərəfindən elə də ilgi çəkmədi. Bilirsiniz niyə? Ondan ki, bizim toplum düşüncə
adamlarının deyil, vəzifə sahiblərinin yanında olmağı, onların dediyini eşitməyi,
qaldırdığı məsələləri (məsələ olmasa da olar, adi bir şüarı, yaxud çəkisi
olmayan kəlməni, deyimi və s.) diqqətdə saxlamağı sevər. Mənim kimi adi bir qələm
adamının sözünə isə ən yaxşı halda başını yelləməklə cavab verər.
Başlığa
fikir verdinizmi? XIX əsrin sonlarının qoxusu gəlir, eləmi? Hətta bir az da
geri gedə bilərik. Renessansa doğru – geriyə. Qəribədir, deyilmi? Bəşəriyyət
renessans axtarırsa, geriyə boylanacaq... İrəlidə tərəqqi var, zira bu
dağıtmağa, məhv etməyə, bəşəriyyətçün özü boyda bir məzar qazmağa xidmət
edir... Hə, hə! Bu gün Türk dünyasının lideri Türkiyə özünüqoruma instinkti ilə
güclü silahlanmaya rəvac verib. (Həm də özünün istehsal etdiyi silahlarla!) Və...
Və... Yalnız bundan sonra dünya onunla hesablaşmağa başlayıb...
Dahi
Eynşteyn zəncirvari reaksiyanı kəşf edəndə necə sevinməmişdisə, indiki alimlər
də hərbi-texnoloji uğurlarına görə sevinə bilmirlər. Çünki hər bir mənada
renessansın meyvələri dekadansa xidmət etmiş olur...
Başlığa
çıxardığımız sual bu mənada çox amansız görünür: dekadnsmı, renessansmı?! Tənəzzülmü,
intibahmı? Şöküşmü, qalxınmamı?
Latıncası
da, ərəbcəsi də, türkcəsi də eyni qorxunc anlamı daşımaqda...
Fərqindəsinizmi?
***
Nə
yazıqlar ki, ədəbiyyatda da vəziyyət eynidir.
Çox
sevdiyim şair Bayron bir türk düşmanı idi. Yunanlarla türklərin savaşında
açıqca Yunanıstanı müdafiə edirdi. Amma bu mənə onun billur kimi parlaq, günəş
kimi hərarətli misralarını sevməyə mane olmaz ki!
Gözəllik,
mənalısan, bu gün də, dünən də sən,
İlahi
gözəlliyin vəsfində, tərifində
Sözün
acizliyindən kim şikayət etməmiş,
Kim
sənə heyran qalıb, başını yellətməmiş?!
Yaxud
Əkrəm Əylisli...
Günümüzün
böyük ədibi “Daş yuxular” adlı antitürk bir mətn yazaraq hamımızı pərişan etdi.
Zira bu xoşagəlməz addım bizim onun “Mənim nəğməkar bibim”, “Ürək yaman
şeydir”, “Adamlar və ağaclar”, “Kür qırağının meşələri” kimi əsərləri sevməyimizə
mane olmaz.
Bu
misalları niyə çəkdim?
Yazıçılar
var ki, onların varlığı elə renessansdır. Məsələn, ustad Sabir Əhmədli. O
kişinin həm şəxsiyyəti, həm romanları bir renessans əsintisi idi. Və bizim bu
gün sinədolusu ədəbiyyat havası udmağımızın bir səbəbi də elə ustadın
romanlarıdır. “Dünyanın arşını”, “Yasaq edilmiş oyun”, “Toğana”...
“Yasaq
edilmiş oyun” Sabir müəllimin şah əsəridir və elə bilirəm ki, öz qiymətini
almayan ustadın bütün yaradıcılığı kimi bu əsəri də dünya səviyyəli əsər kimi
dünya oxucusuna çəkinmədən təqdim etmək olar...
***
20-ci
yüzilin ən böyük ədəbi cərəyanlarından biri olan futurizm keçmişin üstündən xətt
çəkməyə, yalnız yeni, şəhərləşmiş, sənayeləşmiş urbanizasiya ədəbiyyatı və incəsənəti
nümunələri yaratmağa hesablanmışdı ki, bunun ən bariz nümunələri İtalyada
meydana gəldi. Ardıncan faşizmə qucaq açan İtalya heç biməzdi ki, özülsüz,
köksüz futuristlər gün gələcək faşizmə, hətta kommunizmə mədhiyyə oxuyacaqlar!?
Futurizmin
manifestini yazan F.T.Marinetti bir gün faşizmin qatı təbliğatçısına çevrilmədimi?!.
Ən
gülməlisi bilirsiniz nə idi? Rus futuristləri Yelena Quro, Xlebnikov və ən ümdəsi
Mayakovski az sonra kommunist ideallarına könül verdilər.
Bu
misralarda isə hələ Vladimir Vladimiroviç futiristdir:
Polad
yarışının tanrısı,
kosmik
sərxoş avtomobil,
o əzabkeş dik dişlərdəki əyləclə
ey
möhtəşəm yapon döymə gözlü canavar...
Bizim
“futiristlər” isə heç futurizmin “f”ni bilmədən birbaşa proletkultçu-narsistə
çevrildilər və ilk atəşi də bağrından qopduqları ata-analarına, babalarına
açdılar:
Oxuma, tar, oxuma, tar,
Səni
sevmir proletar!
-yazan S.Rüstəm, əslində Müşfiqin “Tar” şeirinə
qarşı yazdığı bu qırmancla şairi vurur və ağzını açıb qurban gözləyən
repressiya maşınının ağzına itələdiyinin fərqində deyildi...
Az
sonra bir-birini didəcək faşizmlə kommunizm futurizmin azğın tələbələri kimi
dünyanı məhvə aparmaqda idi. Nə yaxşı ki, şəxsi düşmənçilikləri və dünya
ağalığı iddiası, üstəgəl qana hərislik bu iki qanlı “izm”in bir-birini məhv etməsi
ilə nəticələndi və dünya futurizmin zəhərli meyvələri olan faşizmlə kommunizmin
çəngindən xilas oldu.
Ədəbiyyat
bütün sənətlərin fövqündə olsa da, həm Sovet əsarətində, həm faşizm zamanında
bu iki müdhiş quruluşu mədh etməkdən çəkinmədi və kütlənin psixoz halından
yararlanaraq daha amansız yol tutdu:“Bəşərin vicdanı, eşqi, ürəyi, zehni, düşüncəsi,
fikri, diləyi, bütün yer üzünün xoş gələcəyi...” kommunist partiyasıdır deyən
bir şairə xalq necə inanmasın ki, onun adı Səməd Vurğundur və özünün “ideyasız”
şeirləri ilə qəlblərə yol tapmışkən indi də belə qatı faşist-kommunist şeiri ilə
beyinləri yumağa məhkumdur... Məhz məhkumdur... Məhkum... “Məhkum Şərqə” müəllifinin
isə zəhərlənmiş beyinlərə üz tutaraq yazdığı bu misralar ucubatından gənc
yaşında ürəyini partladacaqlar:
Ey
Şərq, sənin üstündə cahan çarpışıyorkən,
Aləm
səni bölməklə səadət bölüşürkən,
Övladın
əsarətdə, yazıq, can çəkişirkən,
Hala
da sükut etmədəsən, ey evi bərbad!
Kimdən,
əcaba, ummadasan dərdinə imdad?
Düz
yetmiş il DEKADANS üstümüzdə hökmran oldu. RENESSANS isə zülmət içində yox
olmadaydı. Məhz yox olmamışdı, olmadaydı... Əgər onun adı renessansdırsa, o yox
ola bilməz, müvəqqəti geri çəkilər ki, varlığını gizlində də olsa qoruya
bilsin. Bir də ürəklərdə qalmışdı o. Məhz onun yeri ürəklər idi ki, müstəqilliyimizin
ilk illərindəcə öz toxumlarını səpdi...
Amma...
Toxumu səpməklə iş bitməz ki. Onu sulamadın, vəhşilərdən qorumadın, boyunu sevmədin,
əsla bar verməz...
Hə,
RENESSANS bizdə də bitib göyərmədə... Zira ya bar verməz, ya da qotur meyvələri
çor vurmuş üzüm kimi könül bulandırar...
Bir
vaxtlar komsomol-futurist şairin yazdığı misralar ürək bulandıran kimi:
Minmişəm
velsobetə,
Sürmüşəm
selsovetə...
Dünya
özü də başı hayındadır. Orada da vəziyyət xoş deyil. Pul futbolda, marixuanada,
bir də silahlanmada ikən ədəbiyyat və incəsənət nə edə bilər?!
Vahid
bir zamanlar lap onluğa vurmuşdu:
Fərz
edək, əsrimizin həzrəti-Musası mənəm,
Bu
soxhasoxda nə icad edə billməm?!
Doğru.
Vəziyyət bizdə də, sizdə və onlarda da eynidir. Amma bizdə həmişə olduğu kimi
daha pisdir. Nəzərə alsaq ki, “pis” “daha pis”dən (DEKEDANSDAN) öndədir, gəlin
bir az yaxşıya çalan “pis”ə tərəf meyl edək ki, oradan “yaxşı”ya, oradan da RENESSASA
yol daha yaxındır...
Renessans
amanatı!
iyul
- 2023
Yorumlar
Yorum Gönder