AZAD QARADƏRƏLİ

 

                        

 

 

 

                                      AŞİQLƏR

           

\

 

 

                                                         

 

 

                                                  

 

                                                Müəllimim akademik Feyzulla Qasımzadənin  xatirəsinə

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                        Bakı – Şirvannəşr 2009

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                  Hər aşiq bir əsgərdir.

                       

                                                                Ovidi Nazon (Antik Roma şairi)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 

 

 

                                      QAPI

 

 

         Hər nəsnənin bir qapısı olduğu kimi, hər kitabın da bir başlanğıcı, qapısı olur. Buna giriş, başlanğıc, proloq, yaxud dibaçə deyirlər. Mən isə bu kitabın başlanğıcında “Qapı” yazdım. Nədən ki, hər qapını döyməzlər, hər qapıdan girməzlər. Ona görə ki, zaman-zaman adları bu kitabda anılan adamların qapısı bağlı qalıb. Mən ilk adamam ki, bu qapını açıram və bütün qapılara açılmaq arzusu ilə sizi bu qapıdan içəri girməyə dəvət edirəm.

            Qapılarınız xeyirliyə açılsın!

                    

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

               MƏHƏMMƏD BƏY AŞİQ ZƏNGİLANİ

                                       

 

Məhəmməd bəy Aşiq haqqında ən mükəmməl məlumatı Firudin bəy Köçərlinin «Azərbaycan ədəbiyyatı» (1 cild. Bakı 1978) kitabında əldə etmək olar. Firudin bəy kitabının «Məhəmməd bəy Cavanşir «Aşiq» təxəllüs» məqaləsində yazır: «Məhəmməd bəy vələdi-Behdud bəy Zəngilani «Aşiq» təxəllüs Aşıq Pərinin aşiqlərindən biridir. Ziyadə qeyrətli, vəfadar və sahibi – kamal bir vücud imiş. Dindar və haqq tərəfdarı olduğu üçün müasirləri arasında hörmət və izzəti çox imiş. Bununla belə, düşmənləri də az deyilmiş. Belə ki, Rus dövləti Qarabağ xanlığının bir çox nöqtələrini təbti-təsərrüfünə götürdükdən sonra Zəngəzur mahalını da zəbt etdi. Bu əsnada bəzi şurişlər o mahalda vüqura gəldi. Məhəmməd bəyin düşmənləri bu hadisədən nəfbərdar olub onu dövlət nəzərində müttəhim qıldılar və ricali-dövlət dəxi onun haqqında söylənilən iftira və böhtanları təhqiq etməmiş, onu vətənindən çıxarıb Ordubad şəhərinə göndərilməsinə əmr verdi və o məkanda miladi 1861-ci sənəsinə vəfat etmişdir».

Daha sonra müəllif qeyd edir: «Məhəmməd bəyin divanı olub-olmadığını deyə bilmərik, amma bir onu bilirəm ki, onun əsərləri həm öz dövründə, həm də özündən sonrakı zamanlarda məşhur olmuşdur. Nədən ki, zəmanəsinin Qasım bəy Zakir, Aşıq Pəri kimi tanınmış adamları onunla məktublaşır, fikir mübadiləsi edirdilər. Məhəmməd bəyin ən çox şer həsr etdiyi şəxs Aşıq Pəri idi». Yuxarıda Firudin bəyin kitabından misal gətirdiyim bir cümlə yəqin ki, gözlərinizdən qaçmayıb: «…Aşıq Pərinin aşiqlərindən biri…» Mən bilmirəm ki, Məhəmməd bəyin Aşiq Pəriylə münasibəti hansı çərçivədə olub, amma bir onu bilirəm ki, belə lətif şerləri ancaq sevdiyin adama həsr etmək olar:

           

                        Əhli-halı görmək istər əhli-hal,

                        Müzayiqə etmə, gər olsa macal.

                        Sənin tək dərdmənd olmayan mahal,

                        Görüm ki, dağılıb tar-mar ola.

Yox, şair mahalların dağılıb tar-mar olmasını istəməz, onun istəyi odu ki, kaş hər mahalda Pəri kimi əhli-hal ola. Beləsi olmayan yer yox kimi bir şeydir.

HAŞİYƏ:       Mən Məhəmməd bəy haqqında ilk ağıllı sözü tələbə vaxtı ikən eşitmişəm. Bizə XIX əsr Azərbaycan ədəbiyyatından dərs deyən görkəmli alim Feyzulla Qasımzadə hər mühazirəsində Məhəmməd bəyin adını çəkərdi. Bir gün üzünü auditoriyaya tutub dedi: -Burda zəngilanlı var?

Mən ayağa qalxdım. Mərhum alim barmağını silkələyib bir növ məni hədələdi: - Mən XIX əsr şairlərini bitdə-bitdə aramışam, axtarmışam, tədqiq eləmişəm. Amma onların ən gözəl nümayəndələrindən olan Aşiqi tam tədqiq eləməyə ömrüm çatmadı. Əgər söz adamı olacaqsansa, səndən xahiş edirəm, o kişini yaxşı-yaxşı öyrən, tədqiq elə. Əsərlərini topla, nəşr elətdirHəm hörmət qazanarsan, həm savab.

Böyük  alimin, bu cəfakeş insanın sözləri bütün ömrüm boyu məni izləyib. Mən özümə söz verdim ki, müəllimimin vəsiyyətinə mütləq əməl eləyim. Rayona tətilə qayıtdığım günlərdən başlayaraq Aşiq haqqında soraq almaq üçün qapılar döyməyə başladım. Amma yazıqlar ki, adamların başı pambığa, üzümə, Mərkəzi Komitənin min cür şüarlarına elə qarışmışdı ki, Aşiq haqqında mükəmməl bir şey öyrənə bilmirdim. Rayonda bir kişi vardı- Əhməd Bədəlzadə. Mən indi onu çox dumanlı xatırlayıram. Amma onu bilirəm ki, bu adam qəribə xasiyyətli şəxs idi, daim öz aləmində olan bu qoca öz-özünə zümzümə edər, dilinin altında özüyçün qəzəl vird etməyi sevərdi. Eşidib-bildiyi xəbərləri rayon qəzetində çap etdirərdi. Babam yerində olan bu kişidən Məhəmməd bəy haqqında soruşanda gülə-gülə dedi:

-Eşitmişəm. Qoçaq adam olub. Bəy olub. Şairliyi varmış. Absəməd bəyin atası, xalq düşməni Xosrov Cavanşirovun babası olub.

?! Xalq düşməni?! Diksinən kimi oldum. Hələ bir az da qorxdum. Necə yəni xalq düşməni? Bəs əgər nəvəsi xalq düşməni olubsa, niyə Feyzulla müəllim mənə belə təkidli təklif edirdi? Oxucu dost, yəqin təəccübləndin, eləmi? Hətta düşündün ki, bu təfəkkürdür? Məgər nəvəsi xalq düşməni olan adam haqqında yazmaq, demək olmazdımı? Bəli, o zaman olmazdı. İllah da mənim nəslim kimi komsomol təfəkküründə olasan. İçimdə mövcud rejimə nifrətlə böyüsəm , mən komsomolçu idim xalq düşməninin babası haqqında gərək ayrı cür düşünəydimİçimdə rejimə nifrət böyüsəm dedimyox, bu bir zamanlar Sovet bayrağına, Leninə şer yazan sovet şairlərinin indi müstəqilliyimizə, Məhəmməd Peyğəmbərə şer yazması məsələsi kimi deyil. Məsələ ondaydı ki, mənim babamın nənəmin dayısı, məşhur el qəhrəmanı Qaçaq Fərzalını, nənəmin əmisi Mirzə Əsədullanı bu rejim məhv eləmişdi. Ona görə rəhmətlik nənəm oturub-durub astadan deyərdi: «Görüm Stalini ordan da o yana getsin! Gorbagor neçə-neçə yurdu kor qoydu». Babam da astadan deyərdi: «Bəsdi, ay arvad, bəsdi. Bu uşağın yanında ağzına gələni danışma

Nənəm hərdən lap uzağa gedərdi: «Urus kopəyoğlu gəldi, gəlmədi, ağzımızın dadı qaçdıZəmimizin çörəyi, buğdamızın kürəyi əlimizdən alındıDinimiz, imanımız əldən getdi. Bircə Moskvanın dağıldığını görsəydim

Babam da onu danlayardı ki, yavaş danışAmma baxıb gördüm ki, elə babamın da ürəyincədi nənəmin dedikləri

, sözümün canı odur ki, «xalq düşməni» ifadəsinə görə mən o qədər xoflandım ki, daha Əhməd Bədəlzadədən heç vaxt heç soruşmadım. Başladım ayrı ünvanlara üz tutmağa.

Qonşumuzda Abbas adlı bir cavan oğlan vardı. Özü Baharlıdan  olsa da bizim kənddən qız aldığına görə bir müddət Qaradərədə  yaşadı. Özü bərk kitab azarkeşi, musiqi aşiqi idi. Arabir qarmon çalmağı, pəsdən oxumağı da vardı. Hələ mən orta məktəbdə oxuyanda o tellərini əlləri ilə daraqlayıb göy gözlərini yumar oxuyardı:

 

Qara gözlülərə möhtac olur könlüm qocaldıqca

 

Yadımda elə bircə bu misra qalmışdı. Elə bu misra bir müddət məni dəli eləməyə başladı. Bəs ardı necəydi? Ha elədimsə yadıma sala bilmədim ki, bilmədim. Bəs idi məni bu misraya aşiq eləyən? Məsələ ondaydı ki, bu misrayla başlayan qəzəlin müəllifi Əhməd  Bədəlzadənin, Abbasın, elə Zəngilanda hamının dediyi kimi Absəməd bəy idi. Zəngilanda Absəməd bəyi-Əbdüssəməd bəyi hamı tanıyırdı. Məhəmməd bəyi isə az tanıyırdılar, ya da heç tanımırdılar. Bəs eləməli?

Müəllimlikdən, məktəb direktorluğundan sonra növbəti yerim olan rayon qəzetində redaktor müavinliyim narahatlıqlarıma son qoydu. Rayonun ərazisini qarış-qarış gəzdikcə, rayonun ziyalılarıyla təmasda olduqca Məhəmməd bəy Aşiq, onun oğlu Əbdüssəməd bəy Aşiq, onun oğlu Xosrov Cavanşir haqqında məlumatlarım zənginləşdi. Xosrov Cavanşirin müəllim yoldaşları, şagirdləri ilə görüşdüm. «Xalq düşməni»nin kimliyi barədə daha çox məlumat toplamağa başladım anladım ki, mən bu nəsil barədə tam təsəvvürə malik olmaq üçün bu «açar»dan istifadə etməliyəm. Yəni uzaq keçmişə getmək üçün yaxın keçmişdən başlamalıyam. Beləcə, bu nöqtədənXosrov Cavanşirdən başlamağı qərara aldım. Bu işdə mənə Xosrov Cavanşirin adaşı, şair dostum Xosrov Natil çox kömək elədi. İkinci köməkçim isə Xosrov Cavanşirin qızı Elmira Cavanşirova olmuşdur. «Azərbaycan müəllimi» qəzetində atası haqqında məqaləmi oxuyandan sonra yaşadığı Bakı şəhərindən birbaşa Zəngilana gəlmişdi. Tanışlıqdan sonra atası, babası ulu babası barədə yeni məlumatlar danışdı məni bir az da həvəsləndirib getdi. Beləcə, bu böyük nəslin böyük dünyasına daxil olmağa başladım. Mən axtarışa Xosrov Cavanşirdən başlasam da təbii ki, kitab Məhəmməd bəy Aşiqlə açılmalıydı. Beləcə, kitabın ilk fəsli belə yarandı.

                                               *          *          *

1861-ci il. Bu tarix Rusiya deyilən bir ölkənin məkanında yaşayan adamlar üçün çox şey deyir. Ömrü boyu rus təhkimçilik əsarətinə lənət oxuyan, bu əsarətə qarşı nifrətlə şerlər yazan böyük Ukrayna şairi Taras Qirqoryeviç Şevçenko bu əsarətin ləğv olunması gününü səbirsizliklə gözləsə , bunu görməyinə bir addım qalmış gözlərini əbədi yumdu. Bundan bir az sonra çarın əmriylə həmin 1861-ci ildə təhkimçilik quruluşu ləğv edildi

Bu vaxtlar Azərbaycanın Ordubad deyilən bir şəhərində qoca bir şair üzü dədə yurdu Qarabağa, gözləri Zəngilan deyilən ana torpağına dikili halda qədim xalq mahnısını zümzümə edirdi:

                                   Ay ana, ana,

                                   Qal yana-yana.

                                   Gedirəm axı Zəngilana

Elə bu misraları təzəcə zümzümə eləyib qurtarmışdı ki, vaxtdan bəri başladığı yeni əsərini tamamlamaq üçün sanki kökləndiyini hiss elədi. Yox, bu əsər şairin sevgi məhəbbət dolu qəzəllərindən, qoşma gəraylılarından biri deyildi. Bu qoca şairin ömrünün son çağında qələmə aldığı «Tövbənamə»siydi. Sonralar Firudin bəy yazacaq: «Mərhum Məhəmməd bəyin bu «Tövbənamə»si onun bərgüzidə əsərlərindən birisidir».

Əsər bu misralarla başlayırdı:

 

                        Ey xudaya, sənə əyandır ki, vəfadaram mən,

                        Tutduğum işləri yad edib ağlaram mən.

                        Leyk bu nəfsin əlindən həmvəqt zaram mən,

                        Əliboş, üzüqara, bəndeyi-biaram mən.

                        Hər tənbeh edəsən, ona səzəvaram mən,

                        Gəlmişəm dərgahinə, labüdü naçaram mən.

                        Rəhm qıl, bari-xudaya ki, günahkarəm mən,

                        Asiyü bədəməlü rüsiyəhü xaram mən.

 

Tövbə… «Tövbənamə»… Bu qəlbən böyük olan adamların Tanrı qarşısında, əlvida deməyə hazırlaşdıqları bu geniş gözəl dünya qarşısında son etiraflarıdır. Bu da bir həqiqətdir ki, hər  adam tövbə eləmək, etiraf  söyləmək gücünə malik deyil. Bununçün ən azı şair olmalısan. Məhəmməd bəy şair idi, üstəgəl bəy idi. «Bəy qəzəbi» deyilən ifadəyə  inansaq, ola bilsin ki, kiməsə, nəyəsə bəyin qəzəbi tuta bilərdi, yaxud bir alagöz sənəmin bəbəklərinin tilsiminə tuş gəlib günaha bata bilərdiƏgər buna günah demək mümkünsə. Şair ömrünün qürub çağında əlinə qələm götürüb öz tövbənaməsini yazırdı. Qəribəsi bu idi ki, qəzəllərini, qəsidə müxəmməslərini, qoşma gəraylılarını çox vaxt bədahətən söyləyən şairin bu son əsəri onun ən bitkin ən kamil əsəri olmalıydı. Ona görə misraları söz-söz düzürdü, zərgər dəqiqliyi ilə yonur, hamarlayırdı

 

                        Tövbə, ya rəbb, bu qədər bəd əməlimdən tövbə,

                        Məsiyyət rahinə həm get gəlimdən tövbə!

                        Hər xilaf olmuş isə sınmış əlimdən tövbə!

                        Dəxi onundan sonra məkrü dəğəlimdən tövbə!

                        Eylərəm sidq ilə mən piş əz ölümdən tövbə!

                        Hər xəta çıxmış isə bir dilimdən tövbə!

                        Rəhm qıl, bari-xudaya ki, günahkaram mən,

                        Asiyü bədəməlü rusiyəyü xarəm mən.

 

Şair son misranı yazıb məmnunluqla gözlərini yumdu. Gözü önünə ata yurdu Şuşa, Qarabağın bütöv Azərbaycanın sayılan kişilərindən olan böyük şair Qasım bəy Zakir bir sonsuz sayda şerlər həsr etdiyi özü gözəl, sözü gözəl Aşıq Pəri gəldi, Zakirin məşhur misralarını dili altda vird elədi:

 

                        Tanır məni məcmuyi-otuz iki Cavanşir,

                        Bir mərdi-xoşəxlaqəm həm sahibi-tədbir

 

Otuz ikilər, yaxud Cavanşir nəslindən olduğuyla fəxr edən Məhəmməd bəy ömrünün qürub çağında Zakiri təsadüfi xatırlamamışdı. Bu o Zakirdir ki, heç kimə baş əyməzdi, şerləri kimi özü vüqarlı yenilməz idi. Elə bu xüsusiyyət Cavanşirlərin hamısında vardı. Elə onun özündə . Bəlkə onların bu xüsusiyyəti idi başlarına bəla açan. Təqiblər, sürgünlərZakir Bakıya, Məhəmməd bəy Ordubada

Sonra gözü önünə Zəngilan gəldi, öz adıyla adlandırılacaq Məmmədbəyli kəndi gəldi. Oxçu çayının, Arazın kənarındakı, ormanlıqlarda, Bəsit çayının başlanğıcındakı Çinar meşələrində ov ovlaması, quş quşlaması yada düşdü. Sobunun dağlarında gördüyü bir el gözəli ona qoşduğu misralar bir daha onu gəncliyinə qaytardı. Mirzə Həsən Mirzəyə ünvanladığı həmin misralar beləydi:

 

                        Yenə asudə ikən uğradım bir şux zibayə,

                        Üzü gül, arizi mül, zülfü sünbül, çeşmi şəhlayə.

                        Üzü zahir, özü zahir, gözü can almağa mahir,

                        Görən bir baxışın verməz onun dünyəvi üqbayə

 

…1861-ci il idi. Ordubadın şəhər qəbiristanında bir qərib şairi  el adətincə dəfn edirdilər. Bu yurdun söz sərrafı olan adamları şairin dəfninə toplaşmışdılarÇox-çox sonralar Məmməd Səid Ordubadi hər dəfə doğma yurdu Ordubada gələrkən ata ocağına getməzdən əvvəl bu qərib məzarın üstə gələcək, şairin qəbri önünə çiçək dəstələri düzəcək

 

                                               *          *          *

Məhəmməd Bəy Aşiq haqqında Firudin Bəy Köçərlidən sonra ən geniş tədqiqatı mərhum akademik Feyzulla Qasımzadə aparıb. O, «XIX əsr Azərbaycan ədəbiyyatı tarixi» (Bakı, Maarif nəşriyyatı, 1966, səh. 50-51) kitabında yazırdı: «Zakirdən sonra Qarabağda Vaqif şer üslubunu davam etdirən şairlər içərisində əsas yeri Məhəmməd Bəy Aşiq tutur. O, 1776- ildə Zəngilan kəndində bəy ailəsində anadan olmuşdur. Atası Behbud bəy Qarabağda məşhur olan Cavanşir nəslindəndir. Buna görə obəzi mənbəələrdə Məhəmməd Bəy
Cavanşir Zəngilani ləqəbi ilə qeyd olunur».

Bir haşiyə. «Qarabağnamə»lərin əksəriyyətində Cavanşirlərin bu qolundan, yəni Məhəmməd bəy Aşiqin ata-babalarından, onların başına gələnlərdən bəhs olunur. Mirzə Camal Cavanşir Qarabaği (1773-1853- illərdə yaşamış İbrahim xanın vəziri olmuşdu) özünün «Qarabağın tarixi» əsərində yazır: «… İbrahim xan girov adı ilə şirin dilli, bacarıqlı bir şəxs olan Mirzə Vəli Baharlı ilə birlikdə əmisi oğlu Əbdüssəməd bəyi Ağa Məhəmməd Qacarın yanına göndərdi. Şah da onlara olduqca hörmət edib, öz yanında saxladıİbrahim xanla Qacarın arasını poza biləcək bəzi işlər üz verdi. Əbdüssəməd bəy Mirzə Vəli Baharlı ilə bir neçə nökərini götürərək Kirmandan qaçdılarAtlı piyadalar Qızıl Özən çayının kənarında yolun üstünü kəsib Əbdüssəməd bəylə vuruşdular. Əbdüssəməd bəy güllə ilə dizindən yaralandı. Onu yoldaşları ilə bərabər tutdularƏbdüssəməd bəy həmin yaradan orada vəfat etdi».

Əhməd bəy Cavanşirin, Mir Mehdi Xəzaninin, Rzaqulu bəy Mirzə Camal oğlunun, Mirzə Rəhim Fənanın, Baharlının (Mirzə Vəli Baharlının nəvəsi) «Qarabağnamə»lərində bu mövzuya toxunulmuşdur. Baharlı «Əhvalati-Qarabağ» əsərində yazır: «…Bir bu günə zülmlərə bizim familyamız binəva Mirzə Vəli giriftar olub. Sinninin çox vaxtında bigünah bitəqsir. Belə ki, İbrahim xan məsləhətdən ötrü Mirzə Vəli Baharlını öz əmisi oğlu Əbdüssəməd bəyi İran padşahının yanına göndərmişdi. Bir neçə ay Şiraz şəhərində padşahın yanında qalıblar. O vaxt paytaxt İranın Şiraz şəhəri imiş. Qərəz, İbrahim xan ilə İran dövləti arasında güftəgü var imiş, bilmirəm. Amma bu «Əhvalati-tarixi-Qarabağ»da  yazıblar: həmin İran dövləti bu fikrə düşübdür kiİbrahim xanın göndərdiyi elçilərin hər ikisini top ağzına qoydursun. Əbdüssəməd bəy belə tədbir edib ki, qaçsınlar. Mirzə Vəli razı olmayıb ki, qaçmaq nahaqdır. Səbr edək görək ki, işin axırı tövr olacaqdır. Əbdüssəməd bəy qəbul etməyib, iki nəfər nökərlər ilə qaçıblar. Elə ki, sabah olub, biçarə Mirzə Vəli babamı top ağzına qoyublar Əbdüssəməd bəy ələ düşməyib, qaçıbdır. Bu işi edəndən sonra peşiman olub. Əbdüssəməd bəy gəlib Apaz çayının o tərəfindən görüb bir ovçu bir dağ keçisi çiynində gedir. İstəyib o keçini ovçudan alıb kabab edələr. Ovçu çəkilib meşəyə. Güllə atıb Əbdüssəməd bəyi öldürüb nökərlər meyitin o tərəfdən götürüblər qalaya. İbrahim xan bu əhvalatdan çox təəssüf edib. Çünki o vaxt o qədər kamil adam yox imiş. Xana müqərrib olan adamlar İbrahim xanın iltifatı olanlar bunlar imiş: Molla Pənah, Mirzə Vəli Əbdüssəməd bəy Batmanqılınc Məhəmməd bəy. Qərəz, İbrahim xan Əbdüssəməd bəyin övladının barəsində pənahlıq edibdir ki, məlumdur. Mirzə Vəlinin iki nəfər oğlanların götürüb atalarının yerində təyin edibdir. Biri Mirzə Haşım birisi İbrahim bəy. Mirzə Haşım atasından artıq sahibi-kamal olmağa görə həmişə iltifatı olurmuş ləqəb ilə adlandırılıb Mirzə Haşım Zərrinqələm demişlər. Bunlara güzaran etməkdən ötrü Zəngəzur uyezdində Mehri mahalında neçə para kəndlər vagüzar edir, hansı ki, Baharlı, Qaragözlü Şapıqlı Çöpədərə neçə ildir, bədbəxtlik olub, dolaşır. Allah haqqa kömək etsin».

Baharlının qeyd etdiyi «İbrahim xan Əbdüssəməd bəyin övladlarının barəsində pənahlıq edibdir ki, məlumdur» deməsi, Əbdüssəməd bəyin qardaşı oğlanlarının Qarabağdakı, Zəngəzurdakı mülklərini verilməsini nəzərdə tutur. Vərəndə, Qağarza, Qaradağlı, Barabatın, Ağdülü, Kəbirli, Üçoğlan, Behbudbəyli, Ağadü, Rəbənd, Tərəkəmə (sonradan Məmmədbəyli) sair kəndlərə sahiblik etmələrini göstərmişdir. Məhəmməd bəy Vərəndə Kəbirli mahallarındakı mal mülkünü qardaşı Böyük bəyə bağışlayaraq Zəngilan kəndinə köçüb. Deməli, ustadımız Feyzulla Qasımzadənin Məhəmməd bəy haqqında «…Zəngilanda doğulmuşdur» fikrində bir qədər qeyri-dəqiqlik var. Çünki əmisi Əbdüssəməd bəy öldürüləndə artıq Məhəmməd bəy yeniyetmə oğlan idi. Deməli o, Zəngilanda doğula bilməzdi. Hər halda bu məsələnin gələcək gənc tədqiqatçıların öhdəsinə buraxıram.

Məhəmməd Bəy Aşiqi bir qədər əvvəl qeyd etdiyimiz kimi müasirləri çox yüksək qiymətləndirir, ona şer həsr edirdilər. Yaxın qohumu məsləkdaşı Qasım Bəy Zakirin ona çoxlu şer həsr etməsi, ona «əziza», «Zəngilanın sahibi», özünün «pənahı» deməsi, şerlərini isə «nəzmi-şəkərbar» adlandırması şairə onun irsinə verilən ən yüksək qiymətin ifadəsidir.

 

                        Nəzmi-şəkərbarın gəldi, yetişdi,

                        Ay Qasımın püştü, pənahı, Məmməd!

                        Əcəb tanıyıbsan  çərxi-bədkarı,

                        Pir olasan görüm, vallahı, Məmməd!

 

Məhəmməd Bəy zəmanəsinin seçilən şairlərindən olmaqla bərabər, mükəmməl təhsil görmüş, hərtərəfli biliyə malik bir ziyalı idi. Təsadüfi deyil ki, o, xətrini dünyalar qədər istədiyi, çoxlu sayda şerlər həsr etdiyi Aşıq Pərinin şerlərindəki naqisliyə dözə bilmir, onu ustalıqla tənqid etməkdən çəkinmirdi:

 

                        Qafiyə gərəkdir ola dilpəsənd,

                        ki, belə məxşuş ola dərdmənd.

                        Bilmirəm ki, sənə eyləyim rişxənd,

                        Yoxsa onu yazan mollaya, Pəri?!

 

Şair aşıq şeri üslubunda yazdığı qoşma gəraylılarında saf, təmiz eşqi tərənnüm edir. Gözəllərin təsvirinə həsr olunmuş şerləri bu baxımdan daha diqqətə layiqdir. Aşıq Pərinin vəsfinə həsr etdiyi qoşmalarda incə yumorla bahəm, dərin lirizm böyük səmimiyyət üstünlük təşkil edir. Məhəbbət mövzulu digər şerlərində isə sevən aşiqin əqidə bütövlüyü dönməzliyi xüsusi yer tutur:

                        Aşiq, yamandır, zəmanə,

                        Etibar olmaz xübanə.

                        Qoymuşam mərdi-mərdanə,

                        Bu başı meydana gəldim.

 

Şairin «Sevmişəm» rədifli qoşması onun ən lətif şerlərindəndir. Qoşmada təsvir olunan el gözəlini bütöv şəkildə görmək mümkündür. Əsəri oxuyan hər hansı bir rəssam  fırçasını götürüb hazır cizgilərlə bu gözəlin əksini asanlıqla yarada bilər:

 

                        Təzədən bir eşqə düşmüşəm yenə,

                        Ala gözlü bir şux gəlin sevmişəm.

                        Mina gərdənini, tər sinəsini,

                        Rəna qəddin, qulac qolun sevmişəm.

 

                        Qədrü qiymət bilən bir əsilzadə,

                        Namü nişanını demərəm yadə,

                        Sərasər əndamı oxşar şümşadə,

                        Nazik ayaqların, əlin sevmişəm.

 

                        Bəyənmişəm onun məcmui-karın,

                        Şövqündə var idim bir belə yarın.

                        Xoş ədasın, xoş rəftarü gövtarın,

                        Danışanda şirin dilin sevmişəm.

 

                        Görməmişəm belə zülfü dəhan tək,

                        Yüz min əsiri var, əlbəttə, mən tək,

                        Gülüstana düşmüş zağü zəğən tək,

                        Ay qabaqda siyah telin sevmişəm.

 

                        Mişki-kakilinin sərgəştəsiyəm,

                        Növgi-müjganının dil xəstəsiyəm,

                        Aşiqəm, zülfünün pabəstəsiyəm,

                        Uzun saçın, incə belin sevmişəm.

 

Məhəmməd Bəy Aşiq təkcə qoşma yazmaqla kifayətlənməmiş, böyük Füzulinin ardıcıllarından biri kimi qəzəl janrında da mükəmməl nümunələr yaratmışdır. Özü qəzəllərində ənənəvi təşbih epitetlər olsa da, təqlidçilik aludəçilik motivlərindən əsər-əlamət görünmür. Bir məsələ maraqlıdır ki, şairin qoşmaları gəraylıları kimi qəzəlləri bu gün başa düşdüyümüz, danışdığımız yazıb oxuduğumuz təmiz Azərbaycan türkcəsindədir. Ənənəvi təşbihləri nəzərə almasaq, indiki oxucu Aşiqin qəzəllərini heç bir lüğətin köməyi olmadan oxuyub başa düşə bilər. Bu baxımdan, şair həm öz dövrünün, həm özündən sonrakı dövrün bir çox qəzəlxanlarından seçilir. Özü bu qəzəllərdəki qafiyə rədif sistemi, qəribə bənzətmələr elə yerli-yerindədir ki, bunları ancaq kamil bir şairin yazdığını anlayırsan. «Yar xalına baxan gözdə qaradan qalmaz» kimi sərrast bir deyimi yalnız Məhəmməd Bəyin qəzəllərində tapa bilərsən! Yaxşısı budur gəlin həmin misranın qəzəlin daxilində necə özünə yer tapdığını bütöv qəzəldə görməyə çalışaq.

 

                        Necə kim ol sənəmin qəmzeyi-xunxarəsi var,

                        Dili-zarımda mənim qanlı ciyərparəsi var.

 

                        Dili-əşkimi mənim salma nəzərdən, ey göz,

                        Dut giranmayə onun səbəyi-səyyarəsi var.

 

                        Yar xalına baxan gözdə qaradan qalmaz,

                        Demə aşiq ona kim, gözlərinin qarəsi var.

 

                        Dami-təxsirə salır hər yetən azadələri,

                        Qaşü göz, zülfün əcəb qəmzeyi-məkkarəsi var.

 

                        Sanma bikarə məni şahi-hünərməndanəm,

                        Yığılıb başıma dəhrin nəki avarəsi var.

 

                        Rəngi zərdim yox, əcəb əşk ilə gülgünə dönüb,

                        Ciərimdə acı müjkan oxunun yarəsi var.

 

                        Küfrü zülfün sevəli kamil olub iymanım,

                        Kərçi bu rəmzlərin şerdə kəffarəsi var.

 

                        Bağlamış silsileyi-kakilə könlüm möhkəm,

                        Mən kimi yüz min onun Aşiqi-biçarəsi var.

 

Şerlərində güclü həyat eşqi duyulsa da, dövranın haqsızlıqları, zəmanənin sitəmləri şairin ictimai motivli şerlərində öz izini saxlamışdır. «Mat qalmışam bu dövranın işinə» deyən şair dövranın ziddiyətlərini belə təsvir edir:

 

                        Görərsən ki, gahi acı tox eylər,

                        Məhvəşlər zülfü tək azı çox eylər.

                        Bir ağız ucuya varı yox eylər

 

Şairin şerləri sənətkarlıq baxımından da maraqlıdır. Son dərəcə sadə, anlaşıqlı dillə yazan şairin sözlərin cinas düzümündən məharətlə istifadə etdiyini aşağıdakı misralarda görmək olar:

 

                        Qarşıda yaxşı pəri,

                        Tərlanın yaxşı pəri,

                        Mən Aşıqdan yaxşıyam,

                        Yaxşıdan yaxşı Pəri.

 

Bu bayatıda gözəl omonimlik-cinas yaradan şair (birinci pəri gözəl, ikinci pəri- qanad, üçüncü isə qız adı mənasında) həm ədəbiyyat tariximizdə sayqı sevgiylə anılan Sarı Aşıq onun sevgilisi Yaxşını da yad etmişdir.

Cəmi yüz il əvvəl bu torpaqlarda Anadoludan baş götürüb gələn, Qaraman nəslindən olan Sarıca NəbiSarı Aşıq saz çalıb, söz qoymuş, özünün lətif bayatılarını söyləmişdi. Mincivanın, Bürünnünün digər yer-yurd adlarımızın adını öz bayatılarında əbədiləşdirən Sarı Aşıq yazırdı:

 

                        Əzizim Mincivana,

                        Sən gəl Mincivana.

                        Yüz ilin köhnə dostun,

                        Vermərəm min cavana.

Yaxud;

                        Əzizim Birün dağa,

                        Sən gəl bürün dağa.

                        Necəsən bir ah çəkəm,

                        Salaram bir ün dağa.

 

Zəngilandakı Sarı Qışlaq, Sarıl, Sarallı Xəştab kəndlərinin adındakı Sarı adı bəlkə böyük el şairinin adından nişanə qalıb?

Yəqin ki, Məhəmməd bəy Sarı Aşığın əsərlərindən xəbərdar idi.

Şairin yaradıcılığında xalq deyim tərzi  çoxluq təşkil edir. «Salıbdı canına bir qara qayğu», «Könüldən könülə yollar görünür», «Səni tanrı məndən olma mükəddər». «Təzədən bir eşqə düşmüşəm yenə», «Yekə yerdən danışmağın az olsun», «Gözlərim hüsnünə heyran olubdur» sair kimi deyimlər bu qəbildəndir.

«Gahi Aşiq adımı, gah Məhəmməd qıldım» deyən şairin şerlərində bir hökmranlıq duyğusu da boy vermədədir. Bu da təsadüfi deyil. Azərbaycanda məşhur Cavanşir nəslindən olan şairin nəsil şəcərəsinin o biri Cavanşirlər kimi İbrahim xana, eləcə Qacarlar sülaləsinə gedib çıxdığını nəzərə alsaq, bunun niyə belə olduğunu anlamış olarıq. Zakirə, Cəfərqulu xana digərlərinə yazdığı məktublarında şair təkcə şair kimi deyil, həm hökmdar, bəy kimi çıxış edir. Maraqlısı budur ki, bəzən onun şerlərində erməni adlarına da rast gəlirik, fəqət həmin ermənilər nökər-naib qismində verilir. Elə Cəfərqulu xanın ona göndərdiyi qızılquşun fərsizliyini göstərən şerində şair Totvus, Mərkərə adlı ermənilərin onun qızılquşunu gəmişənlər olduğunu deyir. Ovun, əsasən kəkliyin üstünə hücuma keçməsi üçün tərlanın-qızılquşun həvəsləndirilməsi-gəmişləndirilməsi nəzərdə tutulur ki, bunu da ovçuların, daha doğrusu, nəcabətli nəsildən olanların yan-yörəsində fırlanan nökər-naib edərdi. Yaxşısı budur gəlin həmin şerə bütövlükdə nəzər salaq:

                        Başın üçün, sizin bazi-ənami,

                        On beş gündə alıb iki şikari.

                        Birisi yüz ovla üç qanad tutmuş,

                        Birisi bir yelpək  kəbki-yəsari.

 

                        Olmaz belə şəfqət, belə mərhəmət,

                        Canü dildən    gərək ha çəkək minnət,

                        Sərkar-alidə tapıb tərbiyət,

                        Onunçün bu qədər çoxdu  vüqarı.

 

                        Səhər gəmişərəm, axşam tutaram,

                        Vaxt olur ki, meşələrdə yataram,

                        Börkümü götürüb önnük tutaram,

                        Yad edərəm tez-tez pərvərdigarı.

 

                        Belə xana nüzul olmaz, belə qəm,

                        Çarə olmaz buna, neyləsə aləm,

                        Uçmadığı, almadığı cəhənnəm,

                        Çağıranda ələ gələydi barı.

 

                        Gərəkdir götürüb dərəbədərə,

                        Gəmişəydi bunu Totvos, Mərkərə,

                        rəvadır mənim kimi çakərə,

                        Bəxş edəsən belə tənbəl murdarı!

 

/Önnük-tərlanı ələ çağırmaq üçün əldə saxlanılan ət parçası, ölü toyuq/

Çar Rusiyasının «parçala-hökm sür» siyasəti böyük vüqarlı şair, dövrünün möhtəşəm şəxslərindən olan Məhəmməd bəyin taleyindən yan  keçmədi. İçində İbrahim xan qətiyyəti, Qacar dəyanəti, Cavanşir qeyrəti boy verən bir şəxsin Zəngəzurun bağrındaZəngilan kimi bir strateji nöqtədə hökmran olması ilə çar  nökərləri  heç cür razı ola bilməzdilər. Bir tərəfi yenicə tar-mar edilmiş Qarabağ xanlığı (Zəngəzur Zəngilan da daxil olmaqla bir vaxtlar Qarabağ xanlığına tabe idi), bir tərəf İran Türkiyə, o biri tərəf isə çoxlu sayda erməni köçürülmüş İrəvan xanlığı! Belə bir mühüm nöqtədə nüfuzlu bir bəyin, özü Allahına bəndəlik eləməyən bir hökmdarın hökmü fərma olması Rusiyanın siyasətinə zidd idi. İrəvan xanlığını da darmadağın etdikdən sonra bu torpaqlarda Azərbaycana, İrana, Türkiyəyə qarşı duracaq Rusiyaya müti bir xalqın oyuncaq dövlətini yaratmaq ideyasını gerçəkləşdirmək üçün Məhəmməd Bəy Cavanşiri mütləq aradan götürmək lazım idi. Ancaq tədbirli adam olan, eyni zamanda bütün Qarabağda şair kimi tanınan bu böyük insan çar cəlladlarının əlinə belə bir bəhanə düşməsinə yol vermirdi. Amma yazıqlar ki, insan özü öz taleyini yazmır. Bəzən sənin istək  arzularının əksinə düzüb-qoşulmuş, özgə, yad əllərlə yazılmış taleyi yaşamalı olursan. Bəlkə «Yük əyəndə daş qəribliyə düşər» deyimi buradan yaranıb? Beləcə, rus çəkmələrinin ağırlığından inləyən Azərbaycan torpağında yeni bir cinayət törədildi: həmyerlilərini haqq işi uğrunda mübarizə aparan, oturduğu torpağın hər qarışını göz bəbəyi kimi qoruyan, zərif şerləri ilə ürəkləri ovsunlayan Məhəmməd Bəy CavanşiriAşiqi sürgünə göndərdilər

yadıma babam  Məmmədqulu kişinin yaxın dostu olmuş, Zəngilanda  «polit otdel»in rəisi işləmiş Gəncinski düşdü. Nənəm süd bişirmək üçün ocaq qalayıbmış. Müharibə illərində isə axşam ocaq qalamaq yasaq imiş. Buna görə babamı tuturlar. Gəncinski babamla söhbət zamanı soruşur ki, səni tutacağam, gedəcəksən. De görüm yaşadığın bu illərdə nəyə heyfsilənirsən? Babam deyir ki, yoldaş Gəncinski, elə bir heyfsilənməli şey yoxdu, tək ona heyfsilənirəm ki, uşaq vaxtı bir alapaxta yuvasını dağıdıb balalarını götürmüşəm, kaş onu eləməyəydim. Gəncinski qayıdır ki, əşi, neçə uşağın var? Deyir, üç qızım var. Gəncinski açıb buraxır babamı deyir ki, mən sənin yuvanı dağıda bilmədim, get yaşa

                                               *          *          *

Azərbaycanda tarixən elə tayfalar olub ki, onlar Azərbaycan türklərinin təşəkkülündə böyük rol oynayıblar. Baharlılar, Padarlar, Cavanşirlər, Kəngərlilər, Kolanılar, Qarasanlılar, QaradolaqlarElə nəsillər, elə soyadlar da var ki, onlar həmişə böyük ziyalılar nəslinin yetişməsində əvəzsiz xidmət göstərmişlər. Makunskilər, Şuşinskilər, Şıxlinskilər, Şadlınskilər, GəncinskilərSoyadlarında «ski» olsa da, onlar milli mədəniyyətimizin inkişafına, təhsilimizin tərəqqisinə böyük töhfə verən ziyalı nəsilləri yetiriblər. Qərbi Azərbaycanın Kafan rayonunun Gığı kəndində Gəncəliyevlər kimi...

Oxucum! Məhəmməd Bəy haqqında söhbətimiz burda bitir. Yox, hələ bitir demək tezdir. Nədən ki, bir qədər sonra oxuduqlarının Məhəmməd Bəyə daha çox dəxli var. Çünki əgər şerləri onu şair kimi yaşadıbsa, övladları onun nəslinin davamçıları olubdur. Özü orası da fərəhlidir ki, istər oğlu, istərsə nəvəsi onun başını  aşağı edən tutmayıblar, bəlkə onun yolunu özünə layiq şəkildə davam etdiriblər. Buna görə Məhəmməd Bəyin oğlu Əbdüssəməd bəy Aşiq nəvəsi (Əbdüssəməd Bəyin oğlu) Xosrov Cavanşir barədə yazdıqlarım elə Məhəmməd Bəy haqqında bitməyən söhbətimizin davamıdır. Kitabın sonundakı «Əlavələr» bölməsində isə səni Məhəmməd Bəy Aşiqin əsərlərindən seçmələr gözləyirGələcəkdə isə, ömür vəfa eləsə səni ayrıca Məhəmməd Bəy Aşiq haqqında yazılası bir kitabı oxumağa dəvət edəcəyəmGörürsənmi, bu söhbət heç cür bitib-tükənənə oxşamır

Bir az əvvəl sürgündən danışmışdım. Zatən heç bu kişilərin başı sürgünlərdən, təqiblərdən səngidimi ki?! Onların ailə şəcərəsinə nəzər salmaq kifayətdir ki, hər şey aydın olsun. Qarabağ xanlığının qurucularından olan İbarhimxəlil ağa, onun oğlu Behbudəli ağa, onun oğlu Mirzalı bəy, onun oğlu Behbud bəy, onun oğlu Məhəmməd bəy, onun oğlu Əbdüssəməd bəy onun da oğlu Xosrov Cavanşir!

Məhəmməd bəy Naxçıvan hakimi, general-mayor Ehsan xan Kəngərlinin qızı Sona bəyimlə evlənmişdi. Zəngəzurda Ağadü, Rəbənd, Tərəkəmə (sonra Məmmədbəyli adlandı) kimi mülkləri vardı. Bu faktlar Ənvər Çingizoğlunun nəşr etdirdiyi «Məhəmməd bəy Aşiq. Şerlər» (2000) kitabında daha geniş işıqlandırılıb.

Oxucum! Sənin kimliyini bilmirəm, ancaq içində bir sual dolaşdığını görürəm: soruşmaq istəyirsən ki, bəs Məhəmməd Bəyin özü sürgün olunduqdan sonra onun malı-mülkü, torpaqları oldu? Bu çox kədərli söhbətdir, dostum, çox kədərli! Zaman-zaman Azərbaycan torpaqlarını kəsib doğrayan rus çarizmi, eləcə onun varisi olan Sovet imperiyası sonralar Azərbaycan torpaqlarında paytaxtı İrəvan şəhəri olmaqla Hayestan dövləti yaratdılar. (Mən «Ermənistan» dövləti deməyin əleyhinəyəm. Nədən ki, «Ermənistan» bu torpaqların, bu yerin biz türklər tərəfindən verilən adıdır. İndi bizim «erməni» adlandırdığımız gəlmələr özlərinə heç vaxt «erməni» deməyiblər. Onlar özlərinə «hay», Rusiyanın onlar üçün yaratdığı oyuncaq dövlətə isə «Hayestan» deyirlər.) Məhəmməd bəyin torpaqları olan Zəngəzurun Meğri mahalını da, Kafanı da həmin «Hayestan» dövlətinin torpaqlarına qatdılarBu azmış kimi, 1993- ildə Zəngilan rayonu da Hayestan tərəfindən işğal olunduBeləİstəsəm , istəməsəm söhbətimi kədərli notlarla qurtarıramYox, «qurtarıram» demək istəmirdimAxı bu söhbət qurtarmayıbEləysə, vərəqin o biri üzünü çevir

 

 

 

 

 

 

 

 

 

 

         ƏBDÜSSƏMƏD BƏY AŞİQ  ZƏNGİLANİ

 

 

 

 

Belə bir xalq deyimi var: «Oddan kül törəyər». Bu adi təbiət hadisəsinin  xalqın obrazlı şəkildə ifadəsindən başqa bir şey deyil. Amma bir nəsnəni unutmamaq gərək: hər külə adi kül kimi baxmazlar. Ola bilsin ki, yanıb  kül olmuş hər hansı ocaq birdəfəlik sönsün, quruca külü qalsın. Taleyin amansız küləkləri sönmüş həmin ocağın soyuq külünü ora-bura səpələyib izini itirsin. həmin ocaqdan əsər-əlamət qalmasınYox, bu hər ocağın başına gələn deyilOcaqlar var ki

Cavanşir ocağının külünü göyə sovurmaq üçün çox çalışıblar. Bəzən buna nail olublar da. Amma anlamayıblar kibu ocaq birdəfəlik sönən ocaqlardan deyil. Çoxdan odu sönmüş, quru, soyuq külün altına əl uzatmağa kamal sahibləri cəsarət etməzlər. Nədən ki, haqdan yanan ocağın külü altda bir çınqı, bir zərrə olsa od parçasıqor olmamış deyil! Od, qor isə türklərdə daha müqəddəsdir. Koroğlu, Qorqud kimi mifik qəhrəman adları, Qorqan, Qoradiz, Goranboy (əslində Qoranboy), Qorçu, Qorçuvan, kimi yer adları da qora tapınan xalqımızın bu müqəddəs nəsnəni uca tutduğuna işarədir

isə, mətləbdən uzağa düşməyək.Məhəmməd bəy özü Ordubadda sürgün həyatı keçirəndə onun Zəngilanda söndürülmüş ocağının külü altda qor qaldığını bir çoxları, xüsusən onun düşmənləri zənn etməmişdilər. O qor isə artıq oda çevrilməkdə, alov saçmadaydı

Məhəmməd bəyin iki (bəzi mənbələrdə üç göstərilir) oğlu vardı: Əbdüssəməd Bəy Teymur Bəy.

Teymur Bəy ağsaqqal bir şəxs olsa da tarixdə elə bir fəaliyyəti olan adam kimi qalmayıb. Əbdüssəməd Bəy isəKül altda alovlanan, «Aşiq»lik mərtəbəsinə, Cavanşirlik rütbəsinə ucalmaq istəyində olan həmin «qor» Əbdüssəməd Bəy idi. Təki içində istək olsun! Bir o istəyə doğru yorulmadan irəliləmək əzmi. Genindən Tanrının hökmündən gələn alın yazısı da bura əlavə olunsa, demək o istəyə çatmağa az qalıb!

HAŞİYƏ:   Əbdüssəməd Bəy haqqında  el arasında bir söhbət dolaşmaqdadır. Deyilənə görə bir gün Əbdüssəməd Bəy başının dəstəsiylə ova çıxıbmış. Qızılquşunu ov üstə buraxarkən qəflətən kolların arasından yoluq bir tülkü çıxıb tərlanı qapır girir meşəyə. Bəy bərk qəzəblənir dəstəsinə əmr verir: nəyin bahasına olursa-olsun tülkü məhv edilməlidir! Özü deyir ki, tülkünü vurana ənam verəcək! Bütün ovçular meşəyə tökülürlər. Bənd-bərə kəsilir uzun axtarışdan sonra ağzında tutduğu tərlanı yeməyə macal tapmamış yoluq tülkünü ovçulardan biri vurub bəyin hüzuruna gətirir. Əbdüssəməd Bəy tülküyə baxıb çox pərişan olur. Qardaşı Teymur bəy soruşur ki, Əbdüssəməd, səndən çıxmaz , bir quşa görə niyə kefsizləyirsən? Əbdüssəməd Bəy qayıdır ki, məni bu quş yandırmır, qardaş! Mənim çoxlu sayda tərlanım varMəni yandıran odur ki, mənim tərlanımı belə yoluq bir tülkü apardı!.. Bax, dağların o üzündəki yoluq tülkülərermənilər belə tülküdülər, girəvə tapan kimi üstümüzə silah çəkirlər, torpaqlarımıza göz dikirlər. Amma axırda aqibətləri bax bu yoluq tülkünün aqibəti kimi olacaq!

Yuxarıdakı əhvalatı mənə söyləmiş Əfrail Hüseynov yaddaşını işə salıb Əbdüssəməd Bəy Aşiqin bir beytini xatırladı çox böyük şövqlə həmin beyti söylədi:

 

                        Gülə aşiq olan bülbül, düşməzmi gülşənin yada?!

                        Bülbül, sənə haram olsun, əbəs cəh-cəh bu dünyada!

 

Ağsaqqal qəzəlin ardını xatırlaya bilmədi. Amma özü bilmədən mənə Əbdüssəməd Bəyin həyat kredosunu andıran misraları verdi. O misraları ki, həmin misralardan Zakirin, Məhəmməd Bəy Aşiqin qoxusu gəlirdi. O misraları ki, onlardan Cavanşirlərin, Otuzikilərin hökmranlıq duyğusu boy verirdi. Sonralar atasının mülkü üstündə bərqərar olan, ağır Zəngilan elinin sayılan-seçilən adamıQarabağda, bütün ətraf əyalətlərdə ehtiramı saxlanılan Əbdüssəməd Bəy ömrü  boyu bu kredoya sadiq qaldı.

Məhəmməd Bəy oğlu Əbdüssəməd Bəy Aşiq 1835-ci ildə Zəngilanda anadan olmuşdur. Farsca, ərəbcə mükəmməl təhsil olan Əbdüssəməd Bəy rusca da bilmiş, oxumuş, hərtərəfli bilik əldə etmişdir. Birinci arvadından olan oğlunun adı Cavad Bəy idi. Şer sənət vurğunu olmuş olsa da, fəqət yaddaşlarda elə bir iz qoymamışdır. El arasında Cavad Bəyin arvadı Dilarabəyim xanımın yaxşı qarmon çalması haqqında söz-söhbətlər dolaşmaqdadır. Vəssalam.

Kitabda şəklini gördüyünüz  Rəfiqə xanım Cavad bəyin qızı Keysu xanımın övladıdır. Cavad bəyin digər bir qızı Dürrə xanım isə Cənubi Azərbaycana ərə getmişdir. Əfrayıl məllim danışır ki, Xudafərindən Üçdibinəcən gəlinin ayağı altına xalı döşəyibmişlər. O, gedib Üçdibində Dürrə xanımın övladları ilə görüşdüyünü danışıb mənə.

Birinci arvadı erkən vəfat etdikdən sonra şair özündən yaşca çox kiçik olan, lakin onun tarixdə yaşamasında az rol oynamamış Zal Bəyin qızı Şirinbəyim xanımla evlənir. Şirinbəyim xanımdan beş uşaq dünyaya gəlirsə, fəqət onların yalnız biri- Xosrov sağ qalır, qalanları uşaqkən vəfat edirlər. Sonrakı söhbətlərimizin əsas mövzusuna çevriləcək Xosrov da atasına eləcə babasına layiq oğul olur

Əbdüssəməd Bəy haqqında, onun yaradıcılığı barədə ilk geniş məlumat Mir Mövsüm Nəvvabın «Təzkireyi-Nəvvab» əsərində verilmişdir. Sonralar müxtəlif cünglərdə,   əlyazmalarında toplanan bu şerlər müxtəlif illərdə dərc olunan icmal kitablarına, toplulara daxil edilmişdir. Təəssüf ki, atası kimi «Aşiq» təxəllüsünü götürmüş Əbdüssəməd Bəyin bəzi əsərləri atasının əsərləri ilə qarışıq düşmüş, onun külliyatı isə birinci erməni-müsəlman davasında Beşdəli kəndində yandırırılmışdır. Bütün bunlara baxmayaraq şairin əsərlərindən nümunələr günümüzə qədər gəlib çatmışdır.

Əbdüssəməd Bəy haqqında ən mükəmməl məlumatı isə zəngilanlı müəllim Tofiq Hacıyevin «Əbdüssəməd Bəy Aşiq Zəngilani» («Kənd həyatı» qəzeti, 27 yanvar, 1990) məqaləsindən öyrənmək olar. Mən həmin qəzetdə işləyərkəq Tofiq müəllimdən həmin mövzuda məqalə yazmağı xahiş etmişdim. Sonralar özüm bu mövzuda bir neçə məqalə yazıb respublika mətbuatında çap etdirdim.

Adını çəkdiyim çəkmədiyim mənbələrə əsasən demək olar ki, Əbdüssəməd Bəy Aşiq dövrünün sayılan simalarından olmuş, şer- sənət məclislərinin ən fəal iştirakçısına çevrilmişdir. Təkcə onu demək kifayətdir ki, şair istər Şuşada təhsil aldığı illərdə, istərsə Zəngilanda yaşadığı dövrlərdə Şuşada fəaliyyət göstərən hər iki ədəbi məclisinhəm «Məclisi-fəramuşan»ın, həm «Məclisi-üns»ün yığıncaqlarında iştirak etmiş, İsgəndər Bəy Rüstəmbəyovla, Mir Mehdi Xəzaniylə yaxın dost olmuş, onlarla şerləşmişdir. İsgəndər Bəyin Əbdüssəməd Bəyə yazdığı məktub bu baxımdan daha maraqlıdır:

 

                        Əbdüssəməd, məktubunuz yetişdi,

                        Oxuyub məzmunun düşdüm halə.

                        Mülaqatın müştaqıyam, vallahi,

                        Yazasan kər mənə yüz min risalə.

 

                        Bir vaxtda yetişdi nameyi-mişkin,

                        Bari-qəmdə könlüm olmuşdu miskin.

                        Hicrində var idim həzini qəmgin,

                        Çəkərdim ciyərdən yüz ahi nalə.

 

                        Görüm xərab olsun belə zəmanə,

                        Leyli-nahar könlüm dönübdü qanə.

                        Məcnunsifət edib məni divanə,

                        Başımı salıbdı qalü məqalə.

 

                        Yazam əgər dərdi-dilim sərbəsər,

                        Mirati-qəlbinə yetişə kədər.

                        Ol səbəbdən mən eylədim müxtəsər,

                        Dərdü qəmlə olmayasan həvalə.

 

                        Çox düşmüşəm dərdü qəmi-hicranə,

                        Qətrə kar eyləməz bəhri-ümmanə.

                        Allaha bax, lənət elə şeytanə,

                        Qulaq ver sözümə, düşmə xəyalə.

 

                        Zülfi pərivəşlər şahimar olur,

                        Dəminə düşən kəs kiriftar olur.

                        Bəxti qara, siyahruzikar olur,

                        Dil bağlama, ömrün gedər zavalə.

 

                        Əvvəli eşqində pəri sevdası,

                        Urubdur başına, çoxdur havası.

                        Var siyah xalının dami-bəlası,

                        Adəmsən, aldanma daneyi-xalə.

 

                        Qılma nəzər dəxi çeşmi-məstanə,

                        Mərdüm gərək özün salmaya qanə.

                        Tiri-müjkanından düzüb kəmanə,

                        Üz qoyar axiri cəngü cidalə.

 

                        Fərhadı Məcnundan sən eylə ibrət,

                        Müddət bari-qəmdə çəkdirər zillət.

                        halə salmışdı onları firqət,

                        Gərçi yetişdilər bir dəm vüsalə.

 

                        Mən bilirəm, bəladır məhəbbət,

                        Bu barədə yoxdur sənə məzəmmət.

                        Pəri zülfün əcdadına min lənət,

                        Pəri doğdu, səni saldı zəvalə.

 

                        Aşiqi ol, bəli, bir gül camalın,

                        Bir müddət xoş keçə bəlkə əhvalın.

                        İsgəndər sən tək pərimisalın,

                        Təşnədir ləlində abi-zülalə.

 

Bu mənzum məktubu bütöv şəkildə təsadüfən misal gətirmədim. Aşiqlik mərtəbəsinə ucalmağın sirləri burada gözəl verilmişdi atasından sonra cəsarət edib «Aşiq» təxəllüsünə yiyələnən Əbdüssəməd Bəyə burada böyük ehtiram diqqət var.

Görkəmli yazıçı Məmməd Səid Ordubadi Əbdüssəməd Bəyin xatrini istəmiş, onun haqqında maraqlı söhbətlər etmişdir. Cəlil Məmmədquluzadə isə Əbdüssəməd Bəylə yaxın dost olmuş, hətta bir neçə dəfə Zəngilanda onun qonağı olmuşdur. Şübhəsiz ki, bu işdə Mirzə Cəlilin həyat yoldaşı Həmidə xanımın Cavanşir nəslindən olması da mühüm rol oynamışdır. Mirzə Cəlil nəinki bəyin qonağı olur, hətta onunla birgə ov etməyi xoşlarmış. Eyni zamanda Zəngilanda Mirzə Cəlilin nəşr etdiyi «Molla Nəsrəddin» jurnalının da daimi oxucusu Əbdüssəməd Bəy idi.

Əbdüssəməd Bəylə Mirzə Cəlilin dostluğu görüşləri barədə ətraflı məlumatı Tofiq Hacıyevin yuxarıda adını çəkdiyim məqaləsində daha aydın görmək, mümkündür. Məqələdən bir parçanı olduğu kimi verirəm:

«Şairin həyat yoldaşı mərhum Şirinbəyim xanım bu dostluq haqqında maraqlı bir xatirə danışmışdır: «Cəlil Məmmədquluzadə 1909-1913- illərdə bir neçə dəfə bizdə qonaq olmuşdu. Bir dəfə  Mirzə Cəlilin bizə qonaq gəlməsini qabaqcadan bilən bəy dərhal hazırlıq görməyə başladı. Bizə tapşırığını verib qurtarandan sonra yenicə yazdığı qəzəlin üzünü köçürdü, sonra ata minib, özü ilə bir neçə adam da götürüb qonağını qarşılamağa getdi. Bəy gedərkən tapşırdı ki, rus dili müəllimi Qulamrza bəyin dalınca adam göndərim. Bundan sonra onlar İçəri Müşlan kəndini keçib İnnablı yoxuşuna çatdılar. Burada onlar bir qədər gözləyib Mirzə Cəlilin Ağdamdan gələn faytonunu qarşıladılar. Bir saatdan sonra Bəy Mirzə Cəlillə geri qayıtdı. Onlar qonaqlar üçün hazırlanmış xüsusi otaqda əyləşdilər. Bir qədər sonra Qulamrza bəylə Məmməd Səid Ordubadinin dostluğunu eşidəndə Mirzə Cəlil çox sevindi. Həmin qonaqlıqda Molla Cavad bəy yeni şerlərini oxudular».

Əbdüssəməd Bəy təkcə görkəmli şair ictimai xadim deyildi, o, həm maarifpərvər bir ziyalı idi. Öz hesabına məktəb açan bəy həmin məktəbdə yoxsul uşaqlarının təhsil almasına da şərait yaratmışdı. Müəllimlərin maaşını bəy özü verirmiş.

Əbdüssəməd Bəy Məmmədəli Sidqi, onun atası Məmmədtağı Sidqi ilə dostluq edir, yazışırdı. Müəllim Qulamrza Məmmədəli Sidqiyə göndərdiyi məktubda yazırdı: «Jurnalı alıram (Söhbət «Molla Nəsrəddin»dən gedir, həmin illərdə jurnala Sidqi redaktorluq edirdi- A.Q) Çox da fəxrində hal oluram, allah nüsrət versin. Əbdüssəməd Bəyə salamınızı yetirdim. O da təvəqqe etdi ki, əvəz yazım. Jurnalı onlar da külfətdə oxuyurlar

Elə burdaca qeyd edək ki, Zəngilanda ilk dünyəvi məktəbi , ilk apteki Əbdüssəməd bəy açdırmışdı.

Şairin Mir Mehdi Xəzani ilə xüsusi münasibətləri olmuşdur ki, bu barədə bir qədər sonra.

Əbdüssəməd Bəy yaradıcılığa erkən yaşlarından başlamışdır. Özü əsasən atası kimi xalq şeri üslubunda daha çox yazıb-yaratmışdır. Zaman keçdikcə şairin qəzəl janrına marağı artmış, daha çox qələmini bu janrda sınamışdır. Lakin təəssüf ki, şairin bu janrda yazdığı nümunələrdən çox az bir qismi saxlanılmışdır. Müasirlərinin dediyinə görə şairin məhəbbət motivli qəzəllərini el arasında müğənni kimi tanınan Abyalı oğlu İsa, eləcə gözəl səs sahibləri Məmmədalı Məmmədov, Rzaqulu Mövsümov başqaları muğam üstə bəlağətli bir tərzdə oxuyarmış.

Şairin şerlərində həyat eşqi güclüdür. Yaşadığı zəmanənin cəhalətlə, xurafatla cuğlaşmasına baxmayaraq şairi behiştin əfsanələri yox, bu dəmlərin nəşələri maraqlandırır:

 

Sənə hurivi-qılmanın behişti qalsın, ey zahid.

Mənə onlardan artıqdır bu dəm mənzur olan yerim

 

Başqa bir qəzəlində şair yarının gəlişini toy-bayram kimi təqdim edir:

 

Bağiban, bağına ver ziynəti, dildar gəlir,

Kuyinə ruhi-rəvanım demə, yar gəlir.

 

Taqi-əbrusuna bax, qibleyi-ünşağı tanı,

Nərgizi-məstinə bax, gör necə üşyar gəlir

 

Füzuli ənənələrindən bəhrələnən şair onun qəzəl üslubundan daha çox yararlanmış, bu səpgili çoxlu şerlər yazmışdır. Füzulinin məşhur «Tutuşdu qəm oduna şad gördüyün könlüm» misrasıyla başlayan qəzəlinin motivləri əsasında yazdığı bir şerində şair dövrün haqsızlıqlarını, zəmanəsinin sitəmlərini qamçılamış, ziyalı kəslərin nəsibi olan təqib təhdidlərin ondan da yan ötmədiyini sezdirmişdir:

 

Əlan, ey daği-dərdi-hicrilə bərbad olan könlüm,

Məgər heç bir görən olmaz, səni abad olan könlüm?

 

Şairin «Bülbül» rədifli qəzəli onun yaradıcılığında mühüm yer tutur. Bülbülün keçirdiyi iztirabları şair öz halıyla müqayisə edir:

 

Nədi bica yerə bu ah ilə zarın, bülbül?

Türfə halətdə sənin böylə şüarın, bülbül?

 

Bir gülün Aşiq kiriftarı sənin tək oldu,

Eylədi cani-dili cümlə nisarı, bülbül?

 

Zəmanəsinin görkəmli şəxsiyyətlərindən olan Mir Mehdi Xəzaninin Əbdüssəməd Bəylə xüsusi yaxınlığı olmuşdur. Tarixçilərin «Kitabi-Tarixi-Qarabağ» adlı elmi əsərin müəllifi kimi tanıdıqları Xəzani həm özünəxas şerlər, incə ruhlu qəzəllər şairi idi. Qubadlıda doğulan, sonra Qarabağa-Füzuli rayonuna köçən Mir Mehdi yaşca Əbdüssəməd Bəydən böyük olsa da şerlərində ona hörmət ehtiramla yanaşmışdır. Onlar bir-biri ilə şerləşmiş, məktublaşmışlar da. (Mir Mehdi Xəzani, Əsərləri, Bakı 1989)

Əbdüssəməd Bəy deyişmə zamanı Xəzaniyə hörmət əlaməti olaraq «ey bəndənin ağası» deyə müraciət etmişdir:

 

                        Bu nədəndir, ey bəndənin ağası,

                        Eşq əhli bəlaya çox düçar olur.

                        Möhnəti çərxindən tapmayıb aman,

                        İşi, gücü daim  ahu-zar olur?

 

Eyni zamanda Xəzani Əbdüssəməd Bəyə «məxtumum» deyə müraciət edir: ( «Məxtum»- ağa, başçı, sahibkar; oğul, hörmətli şəxsin oğlu)

 

                        Ey mənim məxtumum Əbdüssəməd Bəy,

                        Yazmışdın aşiqlər neyçün zar olur?

                        Sən cahilsən məgər bilməzsən bunu,

                        Dost yolunda çovğun olur, qar olur?

 

Əbdüssəməd Bəyin , Xəzaninin qəzəllərində ruh yaxınlığı, dil səlisliyi nəhayət eyni bir suyun, havanın paklığı, təmizliyi duyulmaqdadır:

                                               Xəzani:

                        Heyf, bu dəhr bağında cəfasız bir nigar olmaz,

                        Tanınmaz heç bir gülşən ki, gülzarında xar olmaz.

                                               Əbdüssəməd Bəy:

                        Əzizim, eşq aləmində yəqin eylə, nihan olmaz,

                        Nihani-eşq əgər olsa, bir sirr heç bəyan olmaz.

 

Füzulinin şer çeşməsindən su içən, Vaqif-Zakir ədəbi məktəblərinin davamçıları olan Xəzani Əbdüssəməd Bəy «Gördüm» rədifli şerlərində zəmanənin vəfasızlığından, əhdinə vəfa etməyən yar-yoldaşın inamsızlığından kədərlənir kədəri, dərdi, poeziyanın dili ilə bəşəri səviyyəyə qaldırmağa çalışırlar:

 

                                               Xəzanidə:

                        müddətdir ki, qürbətdə gəzib yaxşı-yaman gördüm,

                        Məhəbbət toxumunu əkdim, cəfa çəkdim, ziyan gördüm.

                        Gözəllər, simbərlər, xalü xətlər damına düşdüm,

                        Əyildim rəngə baxdım, qara bəxtimdə nişan gördüm.

 

                                               Əbdüssəməd Bəy:

 

                        Dolandım aləmi, bir yari həmdəm tapmadım hərgiz,

                        Cəfasın çəkdiyim yari özümə müddəa gördüm.

 

                        Vəfasız məhrular tükətdi Aşiqin ömrün,

                        Keçən aşiqlərin qəbrin açıb matəm-sara gördüm.

 

Əbdüssəməd Bəy Aşiqin nəvəsi Vahid Cavanşirov babası haqqında bir əhvalat danışdı. Şirinbəyim xanımdan eşitdiyi bu əhvalatı mənə söyləyəndə Vahidin necə böyük qürur hissi keçirdiyini duydum. Zarafat deyil, adi bir əhvalatda onun babasının görünməyən tərəfləri üzə çıxırdı. Vahidin dediklərindən: «Babam Məhəmməd Bəy sürgün olunanda onun əlindən bir neçə kəndini alırlar. Qəribə burasıdır ki, bu gün babamın adıyla adlandırılan Məmmədbəyli kəndi babamın əlindən alınmışdı. Babamın oğlu, yəni mənim əsl babam Əbdüssəməd Bəy bu ədalətsizliyə son qoymaq üçün əsrin əvvəllərində Tiflisə gedir ki, canişinlə görüşsün, bu haqsızlığı aradan qaldırsın. Tiflisdə babamı Mirzə Cəlil, Ömər Faiq, Həmidə xanım başqa ziyalılar təmtəraqla qarşılayırlar. Bu elə bir qarşılanma olur ki, yalnız görkəmli dövlət xadimlərini bu cür qarşılayırmışlar. Qarşılanandan sonra Tiflis ziyalıları babamın şərəfinə böyük ziyafət verirlər. Ziyafətin şirin yerində xəbər gəlir ki, bəs Əbdüssəməd Bəyi canişinin hüzuruna çağırırlar. Əbdüssəməd Bəy çiyinlərini çəkib məclis əhlinə üz tutur:

- Əcəbabu şəhərdə elə bir görkəmli adam yoxdur ki, bu ziyafətdə iştirak eləməsin, belə olan surətdə canişin niyə özünü belə bir xoşbəxtliyə çatmaqdan məhrum edir. Mən xahiş edirəm, canişinə çatdırın ki, əgər mənimlə görüşmək istəyirsə, qoy elə bura gəlsin. Yox, əgər bir kəndə görə məni bu dostların əhatəsindən məhrum edəcəksə, onda ona çatdırın ki, mən öz iddiamı geri götürürəm, mənə kənd-filan lazım deyil! (Bu əhvalatın üstündən qırx il ötəndən sonra həmin yolla Əbdüssəməd bəyin oğlu Xosrov da gedəcək, fəqət dustaq kimi!)

Bəlkə bir başqasına adi görünən bu detalda böyük bir həqiqət- Cavanşir həqiqəti gizlənib. Ömrü boyu təqib təhdidlərə düçar olsalar da, özlərindən rütbəcə böyük olanın, xüsusən yadellinin qarşısında əyilməyiblər! Bu Cavanşirlərin  həyat kredosu, amalı idi. İbrahim xan da belə idi, Zakir , Xan qızı Natəvan da, Məhəmməd Bəy , Əbdüssəməd Bəy !

Əbdüssəməd Bəy bu gün zəngilanlılar tərəfindən sevilən ən çox anılan şəxsiyyət şairdir. El arasında məşhur olan bir bayatı da bunu yaxşı sübut edir:

 

                                   Qızım qızlar içində,

                                   Əyrisi yox qıçında.

                                   Qızıma elçi gəlib,

                                   Absəməd Bəy içində.

 

Onu da deyim ki, Zəngilanda bütöv Zəngəzurda Əbdüssəməd Bəyə el arasında Absəməd Bəy deyirlər. Əbdüssəməd Bəyin qəzəlləriniqoşmalarını bu gün xanəndələr məclislərdə oxumaqdan yorulmurlar. Onun «Qara gözlülərə möhtac olur könlüm qocaldıqca» misrasıyla başlanan qəzəlini şer həvəskarları sevə-sevə oxuyurlar.

Bir zamanlar Əbdüssəməd Bəyin uf demədən öldürdüyü yoluq tülkülərin simvolu  olan çörəyi dizinin üstə ermənilər onun yurdunuZəngilan torpağını işğal ediblər. Amma vaxt gələcək ki, həmin çörəkitirənlər, onun özünün atasının naib-nökərləri olan haylar bir gün həmin yoluq tülkü kimi gəbərəcək torpaqlarımız da azad olacaq.

Bu gün sınıq könlümüz yurd həsrətlidir. Amma gün gələcək ki, ana yurdlarımıza dönəcək, Əbdüssəməd Bəy Aşiqin lətafətli misralarını bir ağızdan o torpaqlarda oxuyacaq, oxuyacağıq:

 

            Gəzər tərlan xəyalım guhi səhranı, məsəldir bu,

            Tülək tərlan şikarın artırar hər il dolandıqca.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                              

 

 

 

                                 XOSROV CAVANŞİR

 

 

 

 

 

 

- Müttəhim Cavanşirov Xosrov Əbdüssəməd Bəy oğlu! Siz Sovet hakimiyyətinə qarşı düşmən əhvali-ruhiyyədə olmaqda, 1943-44- illər arasında antisovet təbliğatı aparmaqda, SSRİ zəhmətkeşlərinin maddi-məişət şəraiti haqqında böhtanlar yaymaqda, bunun əksinə olaraq Almaniyadakı həyat tərzini təbliğ etməklə Sovet hökumətinin xarici siyasətinə böhtan atmaqda (üç dövlətin Tehran konfransının materiallarına əsasən) təqsirləndirilərək müqəssir hesab edilirsiniz. Şahidlər Əzimov Nəcəfquluyev bunu təsdiq edirlər. Göstərilən məsələlərdə özünüzü müqəssir bilirsinizmi?

- Xeyr. Mən Sovet hökuməti əleyhinə heç bir təbliğat aparmamışam. Şahidlərin ifadəsi böhtandan başqa bir şey deyil. Özümü müqəssir hesab etmirəm

Bu çək-çevir çox çəkdi. Günlər, həftələr ötdü. Xosrov Cavanşir isə bütün iradları qətiyyətlə rədd edirdi. Onun atasının, babasının bəy, ailələrinin inqilabdan əvvəl böyük mal-mülk sahibi olmasını yada salsalar da, babası Məhəmməd Bəyin Böyük Rusiya dövlətinin əleyhinə aparmasına görə Ordubada sürgün olunduğunu, atası Əbdüssəməd Bəyin erməni xalqının düşməni olub beynəlmiləlçiliyin əleyhinə çıxış etməsini desələr heç bir xeyri olmurdu. Boynuna heç qoya bilmirdilər. Müstəntiqlər çaşıb qalmışdılar. Yüzlərlə belə adamın taleyini troykanın vasitəsiylə yarım saata həll edən bu robortlar  indi adi bir şairin, müəllimin əlində aciz qalmışdılar. Mərkəzdən gəlmiş erməni müstəntiq isə lap əsəbləşmişdi: nəyin bahasına olursa olsun atası anti- erməni təbliğatı aparan bu adam məhv edilməliydi!

Rayonda NKVD-nin sədri olan İbrahim adlı birisi pis vəziyyətdə idi. (Sonralar şair kimi fəaliyyət göstərən bu adam İbrahim Kəbirli idi). Yuxarının tapşırığı təcili yerinə yetirilməliydi-Cavanşir nəslindən olan bu bəy oğlu məhv edilməliydi! Amma gərək dəlil-sübut olsun, onun isə boynuna heç nəyi qoymaq olmur. (Sonralar, çox-çox sonralar mərhum yazıçı Əlfi Qasımov İbrahim Kəbirliyə deyəcək:- Axı sən dövlət adamı olsan da şair idin, bəs şair şairin məhvinə fərmanmı verər?! Necə qıydın onun həyatına?!

O da candərdi belə cavab verəcək: - Bu işdə mənim günahım yoxdur, günah onun həmyerlilərindədir! Əgər yalandan üzünə durmasaydılar, mən onu açıb buraxacaqdım

Əcəb məntiqdir, deyilmi?! Tazıya tut, dovşana qaçKöhnə kekebe priyomu…)

Beləcə, müstəntiqlər Xosrov Cavanşirovun boynuna heç qoya bilmir, özləri   aciz vəziyyətdə qalırlar. Döymək, cəza üsulundan istifadə etmək qadağandır, ona görə ki, bura rayon yeridir, bu bəy törəməsinin (ifadə müstəntiqindir - A.Q) isə rayon camaatı içində, eləcə bütöv Qarabağda hörməti var. Həm Şuşada təhsil aldığından, həm Qarabağda bütün Azərbaycanda məşhur olan Cavanşir nəslindən olduğuna görə onu həm yaxşı tanıyırlar, həm sevirlər. Bəli, bəli, sevirlər! Axı o həm şair idi! Bu xalqda isə şairə böyük hörmət ehtiram var

«Şair», -deyə müstəntiq barmağını dişlədi. –Aha, deyəsən tale üzümə gülür axı! Mən bu sözdən bərk yapışmalıyam, mən onun şairliyindən istifadə eləməliyəm! Axı deyirlər şairlər uşaq kimi olurlar, onları aldatmaq su içmək kimidi! Evrika

Müstəntiq beynində hazırladığı çirkin planı həyata keçirmək üçün əli qanlı peşə yoldaşlarını, eləcə gələcəyin şairi, indilikdə isə rayon NKVD-sini rəisinin yanına çağırdı. (Axı o, Bakıdan göndərilmişdi, səlahiyyətli şəxs idi). Məkrli planı həyata keçirmək üçün uzun məşvərət elədilər

(Burdaca bir haşiyə çıxmaq istəyirəm. Şairlərin təmiz ürəkli olmasından istifada edib onları sındırırlar, sonra da deyirlər ki, filan şair piyanska idi, filan şair əhli-kefdi həkaza! Şair zalım oğlu bəs belə murdar zəmanədə içməsin, neynəsin?! Şair şairin üstünə böhtan atarmı?! Şair şairin qətlinə fərman verərəm?! Allah sənə rəhmət eləsin, Yusif Səmədoğlu!)

Müstəntiq bu dəfə Xosrov müəllimlə bir qədər başqa cür rəftar etdi. Qışqırmadı, acıqlanmadı, sakitcə dedi:

- Cavanşirov! Bax tutalım ki, sənə verilən ittihamları ən yaxın dostun- sənin ondan əziz dostun olmayıb,-təsdiq etsə, bəs onda deyərsən?

Təəssüf ki, 193 saylı cinayət işi əsasında hazırlanmış, mənim əlimdə olan Azərbaycan SSR Ali Məhkəməsinin Qərardadında Xosrov Cavanşirovun «əziz dostunun» kimliyi göstərilməyib. Görünür, o dövrün qəribə istintaq prosesinin bir qəribəliyi elə bundadır. Yəqin repressiya dövrünün istintaq orqanları karlarına gələn belə lazımlı şahidlərin kimliyini bilərəkdən istintaq materiallarına salmayıblar. Necə deyərlər, əl əli yuyar, əl qayıdıb üzü.

Ox deyəsən hədəfə dəymişdi! Xosrov müəllim bir an duruxdu. Uzun illər çörək kəsdiyi, əhd-peyman bağladığı dostunun adını eşidəndə içində bir işıq da şölələndi tərəddüd  etmədən cavab verdi:

- Əgər o təsdiq etsə, demək, siz deyəndir.

Bir az sonra «əziz dost»un öz əlləriylə, zərif xətlə yazdığı (Xosrov bu xətti yüz adamın xəttinin içindən seçərdi) böhtan dolu «donosu» onun qabağına qoydular. Sonra pərdə çəkilir «əziz dost» pərdənin arxasından çıxıb soyuqqanlılıqla «Hər şeyi olduğu kimi» söyləyir

Zəngilanda həmin «əziz dost»un kim olduğunu hamı yaxşı  bilir. Amma cinayət işində həmin adamın adı rəsmən olmadığından mən onun adını burada açıqlamaqdan vaz keçirəm. Bir ki, hamının bildiyi şeyi hamıya bildirməyin mənası? Ən nəhayət isə bu müqəddəs adamların adına bağladığım kitaba elə nacinslərin adının düşməsini istəməzdim

Xosrov onun danışıqlarını da eşitmir. Xəyalı on il əvvələ uçur. Anası Şirinbəyim xanım  muxəşərli plov bişirib. (Bizdə axta zoğala muxəşər deyirlərOnlar  iki dost süfrə başında əyləşib plovun ətrindən məst ola-ola söhbətləşirlər. Bir azdan ana onları süfrəyə dəvət edir. Sağlıqlar əhdi-peyman, qədər şirin sözlər

Şirin sözlər, şirin arzular acı sonluq

Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının hərbi tribunalının 01.10.1944- il tarixli hökmünə əsasən Ə.X.Cavanşirov Azərbaycan SSR cinayət məcəlləsinin (1927-ci il redaksiyası) 72-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla üç il siyasi hüquqlardan məhrum edilməklə islah əmək düşərgəsində saxlamaq şərti ilə 10 il müddətinə azadlıqdan məhrum edilir.

Əslində heç bir günahı olmayan bu istedadlı insan, gözəl ziyalı məhrumiyyətlərə, həbsxana şəraitinin ağırlıqlarına tab gətirməyərək 1946- ildə  Gürcüstanın Rustavi şəhərindəki həbsxanada vəfat etmişdir. Onu da deyim ki, Xosrov Cavanşir haqqındakı ədalətsizlik yalnız 45 il sonra bərpa edilib – 1989-cu  il sentyabr ayının 5- Azərbaycan SSR məhkəmə kollegiyası Z.Həsənovanın sədrliyi ilə protest  əsasında işə təkrar baxaraq Xosrov Cavanşirova aid edilən istintaq işinin cinayət tərkibli olmadığını təsdiq edərək ona bəraət vermişdir.

Görürsənmi, əziz oxucu! Farslar demiş, «Xər həmin xər əst, çuli digər əst». Üsul-idarə elə həmənkidir, əslində adı dəyişib. Çar imperiyasını sovet imperyası əvəz edib. İkisinin siyasəti eynidir: Qafqazda, Azərbaycanda baş tərpədən, ağıllı, bilikli adamları, ən çox da içində qəhrəmanlıq, qorxmazlıq duyğusu yaşayan şəxsləri məhv etmək! Çar çinovniklərinin Məhəmməd bəyin başına açdıqları oyunu sovet çinovnikləri onun nəvəsi Xosrovun başına açırlar.

Yəqin tanıdın Xosrovu, eləmi? Hərəkətlərindən, məhkəmədəki davranışından, şair ürəkli olmasından tanıdın, eləmi, oxucu dost? , düz tapmısanXosrov Cavanşir Əbdüssəməd Bəy Aşiqin oğlu, Məhəmməd Bəy Aşiqin nəvəsidir. Fəqət, o özünə «Aşiq» təxəllüsünü götürməsə əsil Aşiqlərdən idi. El aşiqi, söz aşiqi, sənət aşiqiBir içində böyük bir nəslin, nəcabətli şəcərənin davamçısı olmaq qismətindən doğan Cavanşirlik aşiqliyi

Tərcümeyi halından sətirlər:

Xosrov Cavanşir 1902-ci ildə (bəzi sənədlərdə 1905)  Zəngilan rayonunun Zəngilan kəndində bəy ailəsində anadan olmuşdur. Atası Əbdüssəməd Bəyin açdığı məktəbdə (sonralar həmin məktəbin binası Xosrovun şəxsi əmlakı kimi müsadirə olunur) ilk təhsilini alan Xosrov iyirminci illərdə Şuşa Pedaqoji Məktəbində oxumuş, sonra rayonun Pirçivan, Şayıflı, Müşlan Zəngilan kəndlərində müəllim, direktor müavini, məktəb direktoru işləmişeyni zamanda Azərbaycan Dövlət Universitetində, sonra isə Azərbaycan Qiyabi Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakultəsində təhsilini davam etdirmişdir.

Babası atası kimi güclü poetik istedada malik olan Xosrov müəllim şerlər yazır rayon qəzetində, eləcə respublika mətbuatında çap etdirirdi. Saralmış arxiv sənədləri arasında əlimə keçən bir sənəd bu baxımdan maraqlıdır. «Kommunist» qəzetinin şöbə müdiri V.Zəhranın (sənəddə belə yazılıb) imzaladığı məktubda Xosrov Cavanşirə müraciət edilir: «Məktubunuzu aldıq. Şerlərinizdən görünür ki, sizdə şairlik istedadı var. Bizimlə mütəmadi əlaqə saxlayın. Sizin yaradıcılığınız ümidvericidir».

Xosrov müəllimin əldə etdiyimiz poetik nümunələri göstərir ki, onun satira sahəsində qələmi daha güclü imiş. Müftəxor satıcını kəskin satira atəşinə tutan şair Sabirsayağı yolla tipi öz dili ilə ifşa edir:

 

                        Hələ bir yaxşı malı müştəriyə satmamışam,

                        Amma dəllarların kefini qatmamışam.

                        Çit-mitə əl bulayıb dal tərəfə atmamışam,

                        Markizit aşiqiyəm, sadəcə bezdən çıxar.

                        Ha desinlər, a canım, boş, quru sözdən çıxar?!

 

Bəlkə elə bu kimi qırmanclı misralarına görə onu bəd gözlər götürməyib?!

Xosrovun qələmi dediyim kimi satira sahəsində daha güclü idi. Onun  həcvlərini bir zaman dərs dediyi şagirdləri əzbər söyləyirdi. Yuxarıda gətirdiyimiz satira nümunəsini Mincivan qəsəbə sakini, bir zamanlar Xosrov  müəllimin şagirdi olmuş aptekçi Ələsgər kişidən əldə etmişik. Şəxsiyyətini aydınlaşdıra bilmədiyimiz Manaf adlı birisinə yazdığı kəskin həcvində şair onu necə deyərlər yerlə-yeksan eləyir. Yaxşısı budur həmin mənzum məktubu bütövlükdə oxucuya təqdim edim.

 

                        XOSROVUN MANAFA MƏKTUBU

                                                          

                                      (Həcv)

 

Zəhmət çəkib bica yerə düşmüsən,

O yoxsul başından gümana, Manaf!

Anlaginən, şair adı verməzlər,

Hər sən tək kitaba cumana, Manaf!

 

Şair gərək kamalından yetirə,

Deməzlər şer hər yazılan sətirə.

Gərək əqli ola, başı gətirə,

Səndə ki, yox bundan nişana, Manaf!

 

Çəkirsən həmişə Hüqonun adın,

Şekspir olubdur guya ustadın.

Təmannan çox böyük, kəmdir savadın,

Meyl eyləmə şerə-filana, Manaf!

 

Sözə-bezə qalsa, asıb-kəsənsən,

Həqiqət axtarsaqaya, nəsən sən?!

Sel kimi kükrəyən, yel tək əsənsən,

Bərabərsən dümbək çalana, Manaf!

 

Tutsam nöqsanını, ay kəmfərasət,

Çatmır huşun, əqlin etmir kifayət.

Kəllən müqabildir eylə qənaət,

Bir mərək çürümüş samana, Manaf!

 

Başın olunmasa əsaslı təmir,

Təhsil nöqsanına salmasan səbir.

Kəlləndə sərin var, hərdən tərpənir,

Bənzərsən zənciri qırana, Manaf!

 

Əttar  üçün cəvahir tək söz gərək,

Bir yetkin dərrakə, mahir göz gərək.

Şair sənətində doğru, düz gərək,

Çıxmaya bir sözü yalana, Manaf!

 

Sənin peşən hapdı, gopdu, yalandır,

Lovğalıq təbində kalan-kalandır.

Şerlərin duzsuz, duyğun solandır,

Qərəz, başın gedib talana, Manaf!

 

Özün öz başına gəl açma cəncəl,

Axı dedim: ağır otur, batman gəl.

Sənin tək axmağa qoysaydım məhəl,

Dönərdi varlığın yalana, Manaf!

 

Yoldaşlıqda zarafatdı, keçginən,

İncimisən, bir kasa su içginən.

Yüngüllükdə - anlaginən, seçkinən,

Ki tənha gəlmisən cahana, Manaf!

 

            Qeyd: Xosrov Cavanşirin şerlərini mərhum şer həvəskarı Sultan Səfərovun köçürdüyü dəftərdən əldə etmişik (A.Q.).

Şerin axırında şair əslində zarafat etdiyini anladır. Amma onun həcvi o qədər kəskindir ki, istər-istəməz belələrini sonradan ona düşmən edirdi. Zarafat deyil, həcv yazılan günün sabahı rayonda hamı onu əzbər deyirdi. Elə buna görə Xosrov müəllimi gözü götürməyənlərin sayı artırdı.

Xosrov müəllimin bir «düşməni» var idi. Bu da onun çox  yaraşıqlı adam olması idi. Mərhum jurnalist Yusif Əmirxanov, babam Məmmədqulu kişi, anamın əmisi oğlu İzzət dayı, məşhur Qaçaq Fərzalının oğlu Rəhim dayı deyərdilər ki, Zəngilanda Xosrov yaraşıqda kişi yox idi. O, şəhərin meydanına, bazarına çıxanda qadınlı-kişili, uşaqlı-böyüklü hamı istər-istəməz çevrilib ona  tərəf baxırdılar. Yaraşıqlı olduğu qədər səmimi söhbətcil adammış. Bax, bu yaraşıq səmimiyyət idi onun «düşməni»!

Bir içindəki bəy qüruru, Cavanşir əyilməzliyi onu istəməyənlərin sayını çoxaldırdı. Ən nəhayət, rejimin sərt qayda-qanunlarına boyun əyə bilmirdi. Şax qamətini, yaraşıqlı görkəmini, şirin qoşmalarını acı həcvlərini bəd gözlər götürmədi. beləcə, bir şairin, bir ər oğlu ərin qətlinə fərman verdilər.

Xosrov həbs olunandan sonra  anası Şirinbəyim xanım, ana bir ata ayrı qardaşı Baxış müəllim ailəni təqiblərdən qorumaq üçün Azərbaycanı qarış-qarış dolandılar.

(Bir  məsələni qeyd edim ki, Əbdüssəməd bəyin vəfatından sonra Şirinbəyim xanım xalası oğlu Əli bəy Xuramalıya ərə getmişdir. Əli Bəydən olan oğlu Baxış müəllim idi. Xosrovun oğlu Vahid danışır ki, Baxış əmim bizə qarşı elə mehriban idi ki, mən onun atamın ögey qardaşı olduğunu çox-çox sonralar bildim)

Ailə əvvəl Qubadlıya, ordan Biləsuvara, Cəlilabad nəhayət Şamaxıya gəlib çıxır. Bu, əslində sürgün idi!

Bu ağır illərdə Şirinbəyim xanım da, Xosrovun həyat yoldaşı Dilavuz xanım da, Baxış müəllim ailəni qorumaq üçün var qüvvələrini sərf edirdilər. Vahid danışır ki, biz Biləsuvarda  olarkən 1946- ildə bir gün əmimin ağaca söykənib hönkürtü ilə ağladığını gördüm. Səbəbini soruşdumsa da mənə heç demədi. Sonralar başa düşdüm ki, atam həmin gün vəfat edibmiş

Şirinbəyim xanım fenomenal yaddaşı olan, bir dəfə eşitdiyi qəzəli sonradan əzbərdən söyləyə bilən nadir simalardan imiş.Bir sözlə, Əbdüssəməd bəyə layiq qadın, Xosrova layiq ana imiş. Qaynatası Məhəmməd bəyin, əri Əbdüssəməd Bəyin, oğlu Xosrovun  şerlərini sinəsində qəbrə aparıb.

Şirinbəyim xanım Baxış müəllimlə birgə Rustaviyəcən gedib, Xosrova orada da mənəvi dayaq olub. Hətta bir dəfə Zəngilanda Mir Cəfər Bağırovun maşınının  qabağını kəsib oğlunun günahsız olduğunu ona çatdırmağa çalışıb, amma tiranlar günahsızlıq anlayışı tanımırlar ki!

Oğlu Baxışı Şamaxıda evləndirəndən, Xosrovun oğlu Vahid ali məktəbə qəbul olandan sonra bir qədər toxtayıb. Baxışın Şamaxıda başına yığışan şairlərin, yazıçılarınİslam Cəfərlinin, Nəbi Xəzrinin, Əlfi Qasımovun onun söhbətlərini həvəslə dinləmələrini Vahid yaxşı xatırlayır. O deyir ki, klassik şair yazıçılardan söz düşəndə Şirinbəyim xanım onların mübahisəsinə son qoyan söz deyirdi mübahisə həll olunurdu.

Bir neçə kəlmə Baxış müəllim haqqında. Şamaxıda indi  böyükdən-kiçiyəcən onun haqqında hamı hörmətlə danışır. Uzun illər Şamaxı Pedaqoji məktəbində müəllim işləyən Baxış müəllimə rayonda çox yüksək  səviyyədə hörmət qoyularmış.

Şirinbəyim xanım 1971-ci ildə, Baxış müəllim isə 1981-ci ildə vəfat ediblər. Hər ikisi Şamaxının Şaxəndan qəbristanlığında dəfn olunublar.

Xosrovun oğlu Vahid diş həkimi, qızları Elmira mühəndis, Şükufə isə müəllimdir. Vahidin oğlu babası Xosrovun adını daşıyır.

Baxış müəllimin oğlu Akif isə Şamaxıda ata yurdunda yaşayır. O da atası kimi Şamaxıda sayılan adamlardandır.

, əziz oxucu. Mən söhbətimi bitirmək üzrəyəm. Amma istərdim vərəqin o özünə baxasan. Orada mənim 1997-ci ildə qələmə aldığım bir pyes var. «Nar çiçəyi» adlanan həmin pyesi mən Xosrov Cavanşirə həsr etmişəm.

Onu da deyim ki, həmin pyes Azərbaycan radiosunda səsləndirilib lent yazısı indi radionun fondunda saxlanılır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                              

 

 

                                   NAR ÇİÇƏYİ      

                                         

                                            (radiopyes)

 

(Əsər 1937-ci ilin repressiya qurbanlarının xatirəsinə həsr olunur)

 

                                   İŞTİRAK EDƏNLƏR:

 

  1. Xosrov Cavanşirmüəllim, şair. (Məhəmməd bəy Aşiqin nəvəsi, Əbdüssəməd bəy Aşiqin oğlu)
  2. Dilavuz xanımonun arvadı.
  3. Elmiraonların qızları – 9 yaşında
  4. Şirinbəyim xanım - Xosrovun anası.
  5. Həsən müəllimXosrovun dostu.
  6. Əjdərşagird.
  7. Direktor.
  8. Movsesyan – «Troyka»nın üzvü.
  9. Şagirdlər.

 

Su səsi. Su səsini bülbülün xoş avazı üstələyir.

ŞİRİNBƏYİM XANIM:      -Qırx il bundan irəli elə bu «Bəylik» bağındaca bülbülün xoş avazla nəğmə oxumasına şair baban Əbdüssəməd bəy Aşiq qəzəl qoşmuşdu

ELMİRA:       -Yadında qalmayıb, oxu da babamın qəzəlini.

ŞİRİNBƏYİM XANIM:      - (Xəyali bir səslə)

 

Nədi bica  yerə bu ahilə zarin, bülbül?

Türfə hələtdi sənin böylə şüarın, bülbül.

Bir gülün Aşiq kiriftarı sənin tək oldu,

Eylədi cani-dili cümlə nisarı, bülbül.

 

(Bülbülün səsi zəifləyir. Xorla «oxuyan» qurbağa dəstəsinin qurultusu eşidilir. Bülbülün səsini qurbağaların səsi batırır)

ŞİRİNBƏYİM XANIM:      -(Əlini dizinə çırpır): -Vay, necə mağmun günə qaldıqTəbiət bizə zülm eləyirBir yerdə ki, qurbağa səsi bülbülün səsini üstələdi, həzər, min həzər, ordan!

ELMİRA:       -Nənə, ay nənə, gəl kömək elə dağdağanımızdan asdığım yelləncəyimdə yellənim , olar

ŞİRİNBƏYİM XANIM:      - Yellən, quzum, yellən.

(Yelləncəyin xırçıltısı eşidilir)

 

ELMİRA: -Uraaa! Uçuram, uçuram! Nişanlının adın de, albalının dadın de!

ŞİRİNBƏYİM XANIM:      -Ay aman, heç fikir verməmişdim. Gör bu il dağdağanlar qədər götürüb! Allah sən saxla!

ELMİRA:       -(yelləncəkdə uça-uça): -Nənə, dağdağan çox bar gətirəndə olar ki?

ŞİRİNBƏYİM XANIM:      -Allah göstərməsin, bala. Deyilənə görə dağdağanlar çox bar gətirəndə aclıq olarAclıqdan bir elə qorxmuram. Bu yaşımda həyatda hər cür çətinlik görmüşəm. Amma aclıq olan məmləkətdə hər cür naqisliklər baş alıb gedir. Aclıq bir il, töhmət min il gedər, deyiblərDur çıxaq gedək, bala. Bu günümüz pis başladı

ELMİRA:       - olar, nənəcan, qoy bir az da yellənim, sonra gedərik

 

            (Dəstəynən uçuşan quş səsləri.)

 

ŞİRİNBƏYİM XANIM:      -Allah xeyirə calaBu səs afat quşlarının səsinə oxşayır (boylanır). Dayan, bir yaxşı-yaxşı baxım. Özüdü ki, var! Afat quşlarıdır! Qırılmışlar çoxdandır yoxuydular, indi hardan çıxdılar?! Gör bir qədərdirlər? Allah sən saxla

ELMİRA:       -Afat quşu nədi, nənə?

ŞİRİNBƏYİM XANIM:      -Pis quşlardır onlar, nənə qurban. Afat çəyirtkəsi kimi bir şeydir. Gəldilərmi, bağ-bağçada meyvə-zad qoymazdar qala. Tutu, gilası, gilənarı, əriyi, şaftalını, alçanı lap elə alma-armudu da sovmamış əl çəkməzlər. Yetişmişinə, kalına baxmırlaryediklərini yeyir, yemədiklərini çırpıb tökürlər yerə. Ağacda qurtaran kimi uçuşurlar damların üstündəki qurutları yeməyəÖzü bəd ayaqları var. Onlar gələndə dərd-bəla gəlir ayaqlarıyla

ELMİRA:       -Ay nənə, deyirəm bəlkə daş atıb qovaq onları?

ŞİRİNBƏYİM XANIM:      -Eh, ay bala, qovmaqmı olur? Göyərçinə bir dəfə kiş deməyinən küsüb gedir, amma bunlar elə sırtıqdılar ki, qapıdan qovsan, bacadan girərlər. Tərs kimi ətləri yeyilmir. Qabaqlar evlərdə tüfəng-tapança olardı, kişilər, lap elə arvadlar gülləyə tutardılar bunları, bir az perikərdilər. İndi təklülələri yığıblarKişilərimizi kişilikdən salıblarEh, Allah özü kömək olsun. Yan-yörəmizdə xata gəzir.

ELMİRA:       -Ay nənə, uzaq başı mer-meyvəni yeyəcəklər

ŞİRİNBƏYİM XANIM:      -Yox, bala, meyvədə deyil. Dedim axı, bunlar bəduğurdular. Bir il böyük dəstə ilə gəlmişdilər, rəhmətlik baban Əbdüssəməd bəy dedi ki, ehtiyatlı olun, xata var bu quşlarda. Az keçmədi erməni-müsəlman davası başladı. Bəylər yığışıb əhalini silahlandırdılarermənilərin burnunu ovdular. Sonra da öz hökumətimiz quruldu. Heç bir il keçməmiş urus ordusu gəldi, öz hökumətimizi yıxdı, bəyləri, bilikli kişiləri, say-seçmə adamları tutub əl-qolunu bağlayıb apardı

ELMİRA:       -Hara apardılar, ay nənə?

ŞİRİNBƏYİM XANIM:      -Aparıb güllələdilər, türmələrə saldılar, axır ki, elin-obanın varlı-hallı, boylu-buxunlu kişilərini qırdılar. Sağ qalanlar da qaçıb yad ölkələrə getdilər. Ölkə qaldı keçəl-küçələ, nökər-naibə. Onlardan olanlar da başladılar çuğulçuluğa, satqınlığaEh, ay bala, heç özüm bilmirəm ki, bunları sənə niyə danışıram. Qızışdım dedim, amma yadında saxla, əskisi tüstülü nəsilik, bu hökumət bizi istəmir, ona görə bu sözləri heç yerdə demə.

ELMİRA:       -Yaxşı, nənəcan, demərəm.

 

                        (Musiqi)

ELMİRA:       -Nənə, qabaqlar mənə şirin-şirin nağıllar danışardın, amma axır vaxtlar qorxulu sözlər deyirsən

ŞİRİNBƏYİM XANIM:      -(ah çəkir) Eh, ay bala, işlərimizin elə hamısı nağıldı . Neçə gündü ürəyim səksəkədədi. Göyə baxıram, göy səksəkədə, yerə baxıram, yer səksəkədə, torpaq zahı arvad kimi xəstəhal, suya baxıram, su da elə bil bizdən qaçıb canını qurtarmaq istəyir, daha rahat, daha sakit məkana can atır. Su suluğuynan gələn qada-baladan agah olub elə bil.

ELMİRA:       -Nənə, qada-bala hardan gəlir?

ŞİRİNBƏYİM XANIM:      -Əvvəllər qada göydən gələrdi. İndi nəüzümbillah elə bil Tanrının özü çaş-baş qalıb, qada insanların içindən gəlir. Otuz yeddidən bu yana içimi çəkə-çəkə qalmışam. İki dəfə atanı apardılar, amma Allahın əli üstündə oldu, buraxdılar. Ötən il ilan üstündə təhvil olanda sevindik, dedik dinc heyvandı, işlərimiz yaxşı olaraxırı oldu? Müharibə başladı, nemeslər gəldi, Sovetin qədər torpağını, şəhərini aldı, qədər oğullarımız qırıldı. Bu dəfə atandan yan ötdü xata, bron verdilər, saxladılar yaxşı müəllim kimiAtan Xosrov kitab açdı, baxdı, dedi ki, qırx ikinci il at üstə gəlir! Gəldi, yurdumuzda turp əkildiBir yandan müharibə, bir yandan  tuthatut, bir yandan aclıq, indi bu quşlar gəldi

 

(quşların səsi güclənir)

 

ŞİRİNBƏYİM XANIM:      -Kiş, kiş, kökünüz kəsilsin! Gör  necə darışıblar bağça-bağa! Dur gedək evimizə, qızım, ürəyim tələsidi. Halım pisdi

 

(keçid musiqisi)

 

(Patefonda valla oxudulan qədim musiqi. Kimsə gözəl səslə yanıqlı-yanıqlı oxuyur)

ŞİRİNBƏYİM XANIM:      -Söndür o patefonu, oğul. Bizi xataya salma. Abyalı oğlu İsa tutulandan  sonra mən o valı sındırmaq istəmədim, əlim gəlmədi, atanın  yadigari idi axıDaha demədim ki, sən hər gün onu oxudasan.

XOSROV:      -Ay ana, axı dözə bilmirəm. Mənə tar səsiylə layla çalmısanAbyalı oğlu İsanın mahnıları ilə yuxuya vermisən məni. O İsanın ki, adı bütün Qarabağda, Zəngəzurda məhşur müğənnilərin cərgəsində çəkilirdi. Atamın, babamın, qəzəllərinə, qoşmalarına qoşduğu mahnılar, təsniflər bir vaxtlar dillər əzbəriydi. Atamın puluyla buraxılan bu valı sənin əlin necə gələrdi sındırmağa? Axı bir müğənni neçə xalq düşməni ola bilərdi? Niyə tutdular onu?!

ŞİRİNBƏYİM XANIM:      -Döz oğlum, döz. Baban Məhəmməd bəy Aşiq dözmədi, Ordubada sürgün elədilər, nəslimizin, Cavanşirlərin şair oğlu Qasım bəy Zakir dözmədi, Bakıya sürdülər, atan Əbdüssəməd bəy Aşiq dözmədi, dərdə düşdü. Sən dözməlisən, oğul, ayrı çarən yoxdu. (Səsini alçaldır) Dözməsən bu cəlladlar qurğusunun qurbanı olarsan.

XOSROV:      -Üç gün əvvəl məni raykoma çağırmışdılar. Dedilər ki, səni partiyaya qəbul etmək istəyirik, amma bir şərtimiz var, get familiyanı dəyiş, Cavanşirov familyası cəmiyyətimizə yad olan ünsürlərə xasdır!

ŞİRİNBƏYİM XANIM:      -(Həyəcanla): -Bəs sən neylədin?!

XOSROV:      -Dedim ki, mən ölərəm, amma familiyamı dəyişə bilmərəm. Katib qayıtdı ki, onda get, partbilet görəndə qulağının dalını görərsənİçimdə elə bil ocaq qalamışdılar. Dilimin altında vird elədiyim Zakirin «Rahi müsibətdə keçmişəm candan» misralı şerini güclə geri qaytardım. Zorla özümü boğub çıxdım bayıra.

ŞİRİNBƏYİM XANIM:      -Ay oğul, ay oğul, ehtiyatlı ol! Dünən gəlib Zübeydə arvadı aparıblar.

XOSROV:      -Hansı Zübeydə? O sağıcı deputatı?

ŞİRİNBƏYİM XANIM:      -, .

XOSROV:      -Bəs, axı o onların sağ əli idi. İndi oldu?

ŞİRİNBƏYİM XANIM:      - bilim, ay bala? Bunların dostluğuyla düşmənçiliyi bilinirmi bəyəm? Kimi tutmaq istəyirdilər, Zübeydə arvadı gətirirdilər, dirənirdi üzünə. İndi xalq düşməni çıxdı özüAllah bunların evini yıxsın.

ELMİRA:       -(oxuya-oxuya gəlir):

-Mən sevirəm Lenini.

Böyük Sovet elini.

Allah özü saxlasın,

Atamız Stalini.

XOSROV:      -Görürsən, ay ana, bu sözləri ki, mənim qızım öyrənib, daha bu millətdən gözləyirsən? Onun babaları bütün Azərbaycanda məhşur olan Cavanşir nəslindəndir, İbrahim xanın, Qacarlar sülaləsinin nəslinə mənsub olan mənim qızım deyir ki, «Atamız Stalindir».

ŞİRİNBƏYİM XANIM:      -Ay oğul, ay oğul, uşağın yanında elə sözlər danışmaamanın günüdür.

XOSROV:      -Şirinbəyim xanım, ay mənim əziz  anam, onda götür o bıçağı kəs mənim dilimi! Özün dil verdiyin balana indi başqa dildə danışmaq öyrədirsənMən, mən Xosrov Cavanşir eləsəm mədhiyyə yazmayacağam! Mənim özümü bəylik taxtından düşürə bilsələr , ürəyimi düşürə bilməyiblər!

ŞİRİNBƏYİM XANIM:      -Sən Xostan bəy yox, Xostan müəllimsən. Ağlını başına yığ, din içində din bəslə. Atan danışardı ki, Abbasqulu ağa Bakıxanov işə gedərkən general libasını geyinər, xaç ordenini taxar, hökumətə qulluq göstərərmiş. Axşamlar isə əbasına bürünüb namaz qılarmış.

ELMİRA:       Ucalan elim olsun,

Rus dili dilim olsun.

Moskvanı istəməyən,

Bəylərə ölüm olsun.

           

XOSROV:      -(qəzəblə) Bəsdir baş-beynimizi apardın! Kim öyrədib bunları sənə?!

ŞİRİNBƏYİM XANIM:      -Dəymə, Xostan. Özüm demişəm öyrənsin ki, evimizdə qonaq-qara olanda elə şerlər desin, səndən şübhələnməsinlər. Yoxsa, Allah eləməmiş, səni tutub apararlar, ürəyim partlayar.

XOSROV:      -Onsuz da tutub aparmasalar, elə bir gün mənim ürəyim partlayacaq bu istibdad dünyasında.

ŞİRİNBƏYİM XANIM:        -Hər qaranlıq gecənin bir sabahı var. Bilirəm dediyin bu istibdad dünyasıyla ürəyin barışmayıb, barışmayacaq da. Amma bir şeyi yadında saxla: zülümlə abad olan, ədlnən bərbad olar.

 

XOSROV:      -(vəcdə gəlmiş halda)

 

Zülmün topu var, gülləsi var, qələsi varsa,

Haqqın da bükülməz qolu, dönməz üzü vardır.

Göz yumma günəşdən, qədər rəngi qaralsa.

Solmaz, əbədi, hər gecənin gündüzü vardır.

Millət yoludur, haqq yoludur tutduğumuz yol,

Ey haqq, yaşa! Ey sevgili millət, yaşa, var ol!

 

ELMİRA:       -Ey haqq, yaşa! Ey sevgili millət yaşa, var ol!

ŞİRİNBƏYİM XANIM:      -(qorxmuş halda) Qızım, Elmira, sən bu sözləri yadında saxlama!

ELMİRA:       -Niyə,nənə?

ŞİRİNBƏYİM XANIM:      -Bu sözləri dilindən eşitsələr, atanı tutacaqlar. Qorxulu sözlərdi bunlar.

ELMİRA:       -Mənim qorxulu, qəşəng sözlərim! Nənə, ata, axı mən bu sözləri bərkdən demək istəyirəmEy haqq, yaşa! Ey sevgili millət yaşa, var ol!

 

(keçid-musiqi)

 

(Sinif, uşaqların səs-küyü, məktəb zəngi)

I şagird: - Ə, sakit olun, müəllim gəlir.

II şagird: - Xosrov müəllim gəlir!

III şagird: - Ə, demədilər Xosrov bəy gəlir? Ə təər adamsız ə?!

XOSROV:      -Salam, uşaqlar, əyləşin.

(Uşaqlar qalxıb oturdular. Stol-parta səsləri)

XOSROV: - Kim yoxdu dərsdə?

I şagird: -Müəllim, Səfər gəlməyib.

XOSROV:      -Niyə? O ki, dərsdən qalan deyil?

I şagird: - Müəllim, gəlirdi biznən, paçtalyon məktub verdi, açıb gördü ki, atasından qara kağızdıağlaya-ağlaya qayıtdı evə.

XOSROV:      -(Təəssüflə) Heyf, atası yaxşı adam idi. Neynəmək olar, müharibənin üzü qara olsun. Gün gələr, dava qurtarar, göz yaşlarımız quruyar, yaralarımız sağalar. O aydın, işıqlı sabahda siz başqa cür böyüyəcəksəniz.

II şagird. – Müəllim, məgər biz indi qaranlıq aləmdə yaşayırıq?

XOSROV:      -(diksinir, amma özünü itirmir) Niyə, ölkəmiz güclüdür, böyükdür. Sadəcə, zəhrimar müharibə

III ŞAGİRD: -(pıçıltıyla) Ə, dərsi bilirsiniz?

IV ŞAGİRD: - (pıçıltıyla) Vallah, heç üzünə baxmamışam kitabın. Dünəndən acam. Yeməyə bir şey olmayanda adamın kitabdan da zəhləsi gedir, hələ məktəbdən . Bu Xosrov müəllim elə «dərs, dərs» deyib durubBəlkə tarix dərsində elədiyin oyunu bir eliyəsən

XOSROV:      -(qələmi stola döyəcləyir) Sakit olun, sakit! Ötən dərsimizdə öyrənmişik?

I ŞAGİRD: - Dərsimiz «Koroğlu xalq qəhrəmanıdır». Olar, müəllim, mən gəlim?

XOSROV:      -Yox sən keçən dərsdə danışmısan. Qoy bu dəfə Əjdər danışsın.

ƏJDƏR (III şagird):- (ayağa durub qışqırır) Stalinə eşq olsun! Ura!

(Hamı ayağa durub eyni sözləri təkrar edir.)

ƏJDƏR: -Almanlara ölüm! Ura!

(Yenə uşaqlar ayağa qalxıb Əjdərin dediklərini təkrar edirlər.)

ƏJDƏR:- Yaşasın Lenin!

(Xosrov əlini qeyzlə stola çırpır)

XOSROV:      -Bəsdir! Dərsdəsiniz, ya nümayişdə?! Oturun aşağı!

ƏJDƏR: - (qorxsa da özünü o yerə qoymur) Müəllim, siz Leninin yaşamasını istəmirsiniz? «Stalinə eşq olsun» pis sözdür? «Almanlara ölüm»  demək olmaz?

XOSROV:      -Gəda oğlu, gəda! İndi sən mənə dərs öyrədəcəksən?! Sən yaxşısı budur ki, gəl dərsimizi danış.

ƏJDƏR:         -Müəllim, elə mən dərs danışırdım . Koroğlu da deyirdi ki, «Almanlara ölüm» Mən, mən

XOSROV:      -Bala, boş-boş danışma. Almanları bizim qəhrəman ordumuz darmadağın edəcək onsuz da. Sən gəl dərsimizi danış. Sənin rəhmətlik atan zehnli idi, sən kimə çəkmisən?

ƏJDƏR:         -Müəllimatamla işin olmasın. Sizin atanız bəy olub. Sovet hökumətini istəməyibGör heç atanın adını tuturuq? Ona görə ki, yoldaş Stalin deyib ki, oğul ataya cavabdeh deyilAtanız xalq düşməni olsa da

XOSROV:      -Dur rədd ol sinifdən!

(Əjdər çıxıb qapının ağzında dayanır)

XOSROV:      -Bir özünü belə aparsan, qovduracağam səni məktəbdən! O ki, qaldı mənim atama, o, 15-ci ildə rəhmətə gedib onda heç Sovet hökuməti yox idiBax, dərs keçdiyin bu binanı da mənim atam tikdirib, bildin?!

ƏJDƏR: -(dodağının altında donquldanır) Həm , kulak olub, zülmkar olubçıx deyərsən, çıxaram. Amma gör sənin başına oyun açıram. Zinovyevçi, Trotskiçi oğlu!

(Əjdər qapını çırpıb çıxır)

XOSROV:  - (Sinifdə gəzişə-gəzişə) , uşaqlar, diqqətinizi toplayın. O avaranın dediklərini unudun. Ötən dərsimizdə xalqımızın böyük oğlu, xalq qəhrəmanı Koroğludan danışmışdıq. Bu ağır günlərdə Koroğlu kimi mərdlərin qəhrəmanlığı bizə ibrət dərsi olmalıdırKoroğlunu bizə sevdirən nədir? Koroğlunu Koroğlu eləyən hansı nəsnələrdir? İlk növbədə bilməliyik ki, Koroğlunun igidliyi, dönməzliyi, qoçaqlığı onun mənsub olduğu soykökündən gəlir. Bir ucu Sibir, bir ucu Avropayadək uzanan böyük bir xalqın oğludu Koroğlu

I ŞAGİRD:     -Məllim, Sibirdə, Avropada da azərbaycanlılar var?

XOSROV:      -Gəlin bu sualın cavabını axtarmaqda tələsməyək. Vaxt gələr siz özünüz hər şeyi yaxşı-yaxşı bilərsiniz. , orda qaldıq ki, Koroğlunu Koroğlu eləyən nəsnələrdən biri Misri qılıncdıTanrının göndərdiyi Misri qılınc. Tarixdə Atilla  adlı bir qəhrəman da olub ki, ona «Tanrının qırmancı» deyirmişlər

II ŞAGİRD:   -Müəllim, Atilla da azərbaycanlı olub?

XOSROV:      (Eşitməzliyə vurur. Sonra da üzünü pəncərədən çölə tutub özü-özünə pıçıldayır.) Mən indi bu məsum uşaqlara necə cavab verim? Koroğlunun mənsub olduğu böyük türk soyunu, Atillanın, digər türk qəhrəmanlarının kimliyini, elə bu uşaqların özlərinin mənsub olduğu böyük türk dünyasını açıb töküm, sabah da məni pantürkist kimi damğalayıb salsınlar içəri?! Danışmayım, onda deyim? Axı elə bu sinifdəcə NKVD-nin öyrətdiyi uşaqlar var. Biri elə o bədbəxt Əjdər adlı uşaq

IV ŞAGİRD:  - Ə, görmürsən nemes adına oxşayır? Atilla, AdolfÖzüm ölüm, xalis nemesdi. Hələ bəlkə faşistin biridi!

I ŞAGİRD:     -Mən bir məqalədə oxumuşam ki, Atilla böyük türk sərkərdəsi olub. Türklər  ona Atlıxan, qərblilər isə Atilla deyiblər.

XOSROV:      -Səs salmayın, uşaqlar. Gəlin mövzudan kənara çıxmayaq. Dedik ki, Koroğlunu Koroğlu eləyən bir Azərbaycanın gözəl təbiəti Qoşabulağın suyu olub. Bir ana yurdumuzun yetirdiyi Qırat. (Vəcdə gəlir.) Bir ən ümdəsi Koroğlunun könül dostu, gözəllər gözəli Xotkar qızı Nigar xanım! Yadınızda saxlayın: insan o zaman xoşbəxt olur ki, bir könül anlayan, qəlb duyan, dünyasına vaqif olan yarı olur. Əslində insan dünyaya gələndə bütöv olmur. Nədən ki, onun yarısı, bədəninin ruhunun parası sonradan qovuşduğu yarıdır

(Şux bir musiqi. Xosrovun xəyalı on beş il əvvələ pərvazlanır.)

XOSROV:      -Dilavuz, bir nar bağımıza bax. Gör bir bəxtəvər-bəxtəvər çiçəkləyiblər

DİLAVUZ:    -Xosrov, sən hardan bildin ki, mən nar çiçəyini çox sevirəm?

XOSROV:      -Diliş, mən sənin ürəyini oxuyuram axı. Sənin ürəyin nar çiçəyi kimidiparlaq, təzətər.

DİLAVUZ:    -Aşiq oğlu, deyirlər axı nar çiçəyinin ətri olmur?

XOSROV:      -Elə demə, bəy qızı. Hər deyilənə inansaq, yaşamağa dəyməz ki! Nar çiçəyinin ətrini yalnız o çiçəyi sevənlər bilər. Hələ bir bax, gör bal arıları necə daraşıb bu çiçəklərə. Ətri olmasa, bal arısı qonmaz onlara.

 

(Arı vızıltısı eşidilir.)

 

DİLAVUZ:      - Uy, Xosrov, budağı tərpətdin, gəldilər üstümə istəyir bu arılar məndən?

XOSROV:      -(Şaqqa çəkib gülür.) Sən çiçək kimi ətirlisən axı. Neynəsin o yazıq həşarat? Ətrini çəkmək istəyir

DİLAVUZ:    -Ay Xosrov, qoyma, indicə çalacaq məni!

XOSROV:      -Qorxma, çalmaz.Hələ bir qulaq as gör sənə şer oxuyacam?

 

                        Təzədən bir eşqə düşmüşəm yenə,

                        Ala gözlü bir şux gəlin sevmişəm.

                        Mina gərdənini, tər sinəsini,

                        Rəna qəddin, qulac qolun sevmişəm.

 

DİLAVUZ:    - (Pərt halda) Çox sağ ol, mən vaxtdan gəlin oldum?!

XOSROV:      -Dayan, ay qız, bu babam Məhəmməd bəy Aşiqindi. Özümünkünü sonra oxuyacam:

                        Qədrü qiymət bilən bir əsilzadə,

                        Nami-nişanlını demərəm yadə.

                        Sərasər əndamı oxşar şümşadə,

                        Nazik ayaqların, əlin sevmişəm.

 

                        Mişki kakilinin sərgəştəsiyəm,

                        Navki müjganının dil xəstəsiyəm.

                        Aşiqəm, zülfünün pabəstəsiyəm,

                        Uzun saçın, incə belin sevmişəm

 

DİLAVUZ:    -Ay Xosrov, gözəl şerdir.

XOSROV:      -Bir müəllimimiz varBəkir Çobanzadə. Biləndə ki, Məhəmməd bəy Aşiqin nəvəsiyəm, basdı məni bağrına. Möhkəm-möhkəm tapşırdı ki, babanın, atanın əsərlərini tap, topla, kömək edim, çap olunsun.

DİLAVUZ:    -Ay Xosrov, bəs mənə yazdığın şeri niyə oxumursan?

XOSROV:      Oxuyacam, bəy qızı, oxuyacam, səbrin olsun, dayan gör bir deyirəm. Bax, bu il yeddi illiyi qurtarırsan. Gəl səni aparım Bakıya, gir pedməktəbə, birlikdə qayıdıb gələk kəndimizə, müəllimlik eləyək

DİLAVUZ:    -(Ürkək) danışırsan, Xosrov? Heç məni tək buraxarlar? Atamın necə ağır xasiyyətli olduğunu bilirsənmi?

         XOSROV: -Mənim ürkək ceyranım,mənim ürkək quzum!Hələ bir qulaq as:

                        Bağçada çırtlayan nar çiçəyisən,

                        Arılar darışan yar çiçəyisən.

                        Dövlət çiçəyisən, var çiçəyisən,

                        Olum ala gözün qurbanı, quzum.

 

                        Yanıq torpaq qar istəyər, gözəlim,

                        Xəstə könlü nar istəyər, gözəlim.

                        Yar yarından bar istəyər, gözəlim,

                        Qaytarma qapından mehmanı, quzum.

 

                        Sevgilim paltarın sarı boyayıb,

                        Nar dodağın, dodaq narı boyayıb.

                        Dünyanı Xosrovun yarı boyayıb,

                        Olum nar bağının bağbanı, quzum1.

 

DİLAVUZ:    -Quzu

XOSROV:      -, quzuCeyranın balasına da quzu deyirlər axıCeyran quzusu!

DİLAVUZ:    -Xosrov, Xosrov! Sözlərinə, o sözləri yazan barmaqlarına mən qurban! Sən mənə quzum demisən! Sən mənə, sən mənəQışqırmağım gəlir, istəyirəm bütün aləmə hay salam ki, mən Xosrovun quzusuyam!.. Yaxşı, bəy oğlu, əcəb bəs  bu şeri çap elətdirməmisən?

----------------------------------------------------------------------------------------

1.      Xosrovun dilindən verilmiş bu qoşma kitabın müəllifi Azad

Qaradərəliyə məxsusdur. (Redaktorun qeydi)

XOSROV:      -Əvvəla, istəməzdim ki, məxsusən yazdığım adamdan qabaq  bu şeri kimlərsə oxusunİkincisi

DİLAVUZ:    - oldu, Xosrov, niyə kefin pozuldu? Sən allah, heylə baxma mənə. Sənin o qalın qaşların gözlərinin üstünə enəndə düzü-dünya gözümdən düşür

XOSROV:      -Bilirsən, Dilavuz, düzü mən indi öz imzamdanXosrov Cavanşir imzasından qorxuram. Təbiətcə qorxaq adam olmasam da zaman, namərd dövran  məni qorxmağa məcbur edir. Gündə tələbə  yoldaşlarımızdan birini tutub aparırlar

DİLAVUZ:    -(Həyəcanlanmış halda) Niyə, ay Xosrov, bu tuthatut üçündür?

XOSROV:      - bilim. Hamı qalıb əliqoynunda. Heç kim heç bilmir. Elə hamı gözünü yumub səhərin açılmağını gözləyir. İş ondadır ki, hamı, hamı ondan qorxur. Hər kəs sakitcə əyləşib öz növbəsinin vaxt çatacağını düşünürBir onu bilirəm ki, bu quruluşun axırı yoxdu. Öz adamlarına etibar eləməyən dövlət bir gün çökməlidir. Xalçanı güvə yeyən kimi bu dövlət öz-özünü yeyib dağıdacaq.

DİLAVUZ:    -(pıçıltıyla) Yavaş, Xosrov, yerin qulağı var.

XOSROV:      -Tək sən deyilsən, indi hamı pıçhapıçla danışır. Heç kim ürəkdən gülmür. Heç kim ürəyi istəyəni geymir. Ürəyi istəyəni yeyib içmir.. Xof, dəhşətli bir xof var camaatın içindəBir may nümayişində bilirsən olmuşdu? Məni eşidirsən, fikrin hardadı, Diliş?

DİLAVUZ:    -Danış, danış, Xosrov, qulağım səndədi.

XOSROV:      -Bir tələbə qəfildən asqıranda ağzından bir damcı tüpürcək sıçrayıb Stalinin şəklinin üstünə düşmüşdü.

DİLAVUZ:    -Vay-vay

XOSROV:      -Bədbəxti troykanın qərarı ilə güllələdilər!

DİLAVUZ:    - danışırsan?! YazıqBəs niyə yanındakılar demədilər ki, o qəsdən eləməyib.

XOSROV:      -Eh, ay Diliş, kim bilirdi ki, bu əhvalatı?! Elə yanındakı uşaqlardan biri, özü bir tələbə qız axşam düşən kimi bu məlumatı qoymuşdu NKVD-nin ovcuna. İndi adamlar satqınlıq  eləməyi qəhrəmanlıq bilirlər

DİLAVUZ:    -Gör bir sən Allah

XOSROV:      -Dəhşət orasındadır ki, istintaq zamanı həmin oğlanın sevdiyi qız gör demişdi: «Mən xalqımızın böyük rəhbərinin üzünə tüpürən bir əclafa nifrət edirəm! Onu güllələmək azdır

DİLAVUZ:    -Necə, sevdiyi qız demişdi bunu?!

XOSROV:      -, sevdiyi tələbə yoldaşı. Axı onlar nümayişdə bir yerdə olmuşdular

DİLAVUZ:    -Ay Xosrov, danışma daha, halım pis olurDanışma belə sözləriDanışma, danışma

Mən, mənMənim igidim, mənim Xosrovum!

XOSROV:      -Mənim gözəlim, mənim nar çiçəyim! Mən bunları danışdım ki, biləsən həyatda belə-belə imtahanlar var. Biz bu ağır zamanın sınaqlarından gələcəkdə birgə çıxmalıyıqOna görə sən belə-belə şeyləri bilməlisən. Mənim ceyranım, mənim quzum, mənim nar çiçəyim

(ağır musiqi)

(Məktəb zənginin səsi. Uşaqların hay-küyü, Xosrov xatirələr  aləmindən ayılır)

I ŞAGİRD:     -Müəllim yatıb ki

II ŞAGİRD:  -Yatmayıb ə, gözləri açıqdı, nəsə fikirləşir.

XOSROV:      -Yaxşı, uşaqlar, tənəffüsə çıxırıq. Gələn dərsdə  «Koroğlu» eposundan inşa yazacağıq. Hazır gələrsiniz.

(keçid musiqisi)

(Məktəbin iclas zalında dərs ilinin başa çatması münasibətilə yığıncaq keçirilir. Uşaqların pıçhapıçı eşidilir.)

DİREKTOR:   - Əziz müəllimlər şagirdlər! Bir dərs ilini başa vururuq. Ölkəmizdə gedən ağır çətin müharibəyə baxmayaraq, bir çıra şəhər kəndlərimizin düşmən əlinə keçməsinə baxmayaraq, şagirdlərimiz hünərlə elmlərə yiyələniblər. Nədən ki, biz qələbəyə inanırıq, biz böyük rəhbərimiz Stalinə inanırıq! Yaşasın İosif Vissarionoviç Stalin!

(Ura alqış sədaları)

DİREKTOR:   - İndi isə dil-ədəbiyyat müəllimiz Xosrov Cavanşirovun rəhbərliyi ilə məktəbimizin bədii özfəaliyyət dərnəyinin çıxışına qulaq asın.

(əzəmətli musiqi eşidilir)

I ŞAGİRD:     -İstəyirsən  artsın, gücün qüdrətin,

                        Heyrət etsin dünyaları şöhrətin.

                        Daim qalsın yer üzündə sənətin,

                        Stalinə, xilaskara səs verək!

(alqış sədaları)

II ŞAGİRD: (qız):      Stalin, o böyük rəhbərlərin səsi,

                                   Dünya xalqlarının birgə səsidir.

                                   Aləmə can verir onun nəfəsi,

                                   O sülhün ən böyük sərkərdəsidir.

(alqış sədaları)

I ŞAGİRD:     -Stalin! Onunkudur bu təntənə, bu büsat,

                        O verdi bu şərəfi bizə, güldü könüllər.

                        Stalin Moskva! Bu iki müqəddəs ad,

                        Yaşayır qəlbimizdə min illər, milyon illər.

(alqış sədaları)

XOSROV:      -İndi dərnək üzvlərinin ifasında Qasım bəy Zakirin şerlərindən ibarət məzəli bir  kompozisiyaya baxacaqsınız.

 

(məzəli, gülüş doğuran musiqi)

 

I ŞAGİRD:     -Fisqü-ficur həddən aşıb Şişədə,

                        Erkəyi-dişisi yaman peşədə.

                        Mənəm qalan həmən bu əndişədə,

                        Zamanə dolaşıb, qovğaya bir bax.

 

II ŞAGİRD: - Vaiz bizə söylə şəri Mustafa,

                        Harama mürtəkib olmayın əsla.

                        Özü lüm-lüm udur, batində amma,

                        Zahirdə dediyi mənaya bir bax.

 

I ŞAGİRD:     -Kimdi baxan peyğəmbərə, imama,

                                   Bu dağılmış düşən deyil nizama,

                                   Orucluqda şürbi-meyi külfəma,

                                   Mahi-məhərrəmdə zinayə bir bax.

 

            II ŞAGİRD:- Baqqal tərəziyə qoyar imanın,

                                   Əcəl qiymətinə satar ayranın,

                                   Qudurmuş it kimi tutar hər yanın,

                                   Deyən yoxdur Ali-Əbaya bir bax!

 

            I ŞAGİRD:- Haramilər kimi yol üstə yatar,

                                   Tomojnda nökər olub mal tutar,

                                   Dünbək çalar, şərab içər, çırt atar,

                                   Feli-bəyzadəyi-tərsayə bir bax.

 

            II ŞAGİRD:- Dolanır bazarı darğa, kvartal,

                                   Döyülür sifətlər, yolunur saqqal,

                                   Gecə get cibinə beş-on manat sal,

                                   Gündüz gəlib nırxı bəhayə bir bax.

 

            I ŞAGİRD:- Həddən aşıb bu halidə şərarət,

                                   Hər kim görəpuluna minnət,

                                   Bu qədəri yoxdur ədlü ədalət,

                                   lakin şöhrəti-bicayə bir bax.

            (alqış səsləri, məzəli musiqi, get-gedə məzəli musiqinin ciddi musiqi əvəz edir)

 

            (Qurbağa «xor»unun aramsız gurultusu. Pıçhapıç səsləri. Elə pıçıltıdır ki, heç anlaşılmır. Sonra pıçhapıç səslərini qorxunc musiqi əvəz edir. Bir az sonra birdən qapı döyülür).

KİŞİ SƏSİ:- (vahiməli səslə):- Xosrov Əbdüssəməd bəy oğlu Cavanşirov! Siz bizimlə getməlisiniz.

XOSROV: - Bağışlayın, hara getməliyəm?

KİŞİ SƏSİ: - Bir az yavaş danışın. Səs-küy salmayın. Tez paltarınızı geyinin, orda bilərsiniz.

XOSROV:      -Olmazdı ki, qoyaydınız səhər açılaydı? Axı gecənin bu vaxtı

KİŞİ SƏSİ: - Uzunçuluq eləməyin. Geyinin!

DİLAVUZ:    -(yuxulu, qorxunc səslə): - Xosrov, bu kişi kimdi belə? Gecənin bu vaxtı bizim evdə gəzir bu?

XOSROV:- Dilavuz! Sən narahat olma. Sənə həyəcanlanmaq olmazKeç o biri otağa… (pıçıltıyla) Oğlumuz olsa Əmin, qızımız olsa Şüküfə qoyarsan adını. Mən bəlkə

KİŞİ SƏSİ: - Siz məni məcbur eləyirsiniz ki!...

XOSROV: - Yox, yox, çıxıram, narahat olmayın.

(qapı səsi, həyəcanlı musiqi)

DİLAVUZ:    (qışqırır): - Xosrov, ay Xosrov!

(keçid musiqisi)

MOVSESYAN:- Müttəhim Xosrov Əbdülssəməd bəy oğlu Cavanşirov! Siz Sovet hökuməti əleyhinə gizli təşkilat yaratmaqda, faşist Almaniyasının agenti olmaqda, əhali arasında, habelə məktəblərdə şagirdlər içərisində antisovet təbliğat aparmaqda günahlandırılırsınız. Özünüzü günahkar bilirsinizmi?

XOSROV:      -Xeyr.

MOVSESYAN:- Müttəhim, Cavanşirov, «Atilla» ləqəbi təşkilatın hansı üzvünün adıdır?

XOSROV:- Mən bu adda, bu ləqəbdə adam tanımıram.

MOVSESYAN: -Şahidi içəri çağırın.

(qapı səsi)

MOVSESYAN: - Əjdər Əli oğlu Seyfullayev! Sizin müəlliminiz sizə öyrədirdi?

ƏJDƏR: - Xosrov müəllim özü bəy oğludur. O deyirdi ki, Sovet Hökuməti pis hökumətdir, biz qaranlıq aləmdə yaşayırıq. Atilla tanrının qamçısı əlində Almaniyadan gəlib bizi bu hökumətin əlindən qurtaracaq. O, qohumu Qasım bəy Zakirin Sovet hökumətinin əleyhinə yazılmış şerlərini bizə əzbərlədib, səhnədə söylədirdi.

MOVSESYAN:- Sonra?

ƏJDƏR:- O həmişə Leninə, Stalinə böhtanlar atırdı. Mən bir  dəfə dərsdə dedim ki, «Yaşasın Stalin!», o mənim üstümə qışqırdı, hətta məni dərsdən qovdu.

MOVSESYAN:- Müttəhim, belə bir fakt olubmu?

XOSROV:      - Bəli, olub. Amma

MOVSESYAN: - Amması lazım deyil. Əsas odu ki, belə bir fakt olub.

- Şahid gedə bilərsiniz.

(ayaq səsi, qapı açılıb-örtülür)

MOVSESYAN: - Müttəhim, siz Həsən Ələkbər oğlu Kazımov adlı adam tanıyırsınızmı? Deyəsən, institutda da bir oxumusunuz?

XOSROV:- Bəli, biz həm dost olmuşuq.

MOVSESYAN:- O sizə böhtan atmaz ki?

XOSROV:      (qətiyyətlə):- Yox!

MOVSESYAN:- İkinci şahidi çağırın!

(qapı səsi)

MOVSESYAN:- Şahid Həsən Ələkbər oğlu Kazımov, siz Xosrov Cavanşirovla bir ali məktəbdə oxumuş, sonra bir məktəbdə müəllim işləmisiniz. Hətta dostluq da etmisiniz. Danışın, Xosrov Cavanşirov sizi gizli təşkilata necə cəlb etdi?

HƏSƏN MÜƏLLİM:- Bir dəfə, hələ tələbə vaxtı mənə bir şer oxudu. Orada belə misralar vardı: «Xəstə könlü nar istəyir» sairə. Sonra da dedi ki, bizim cəmiyyət xəstədir, onu yıxıb təzədən qurmaq lazımdır. Sonra da o məni təşkilatın digər üzvləri ilə tanış elədi.

MOVSESYAN:- Kimlər idi onlar?

HƏSƏN MÜƏLLİM:- Biri indi həbsdə olan məşhur müğənni Abyalı oğlu İsa idi. O birilərinin adı yadımda deyil.

XOSROV:- Həsən! Sənin vicdanın var?! Namərd dost! Heç olmasa, o şerə toxunmayaydın. Axı sən bilirsən ki, mən onu kimə yazmışam? Əgər Allah varsa, o nar ağacını çiçəklədən tanrı sənin çiçəyini töksün!

MOVSESYAN:- Müttəhim! Mən sizə söz verməmişəm! Kəsin səsinizi! Şahid siz isə gedə bilərsiniz.

(Ağır, qəmli darıxdırıcı musiqi)

MOVSESYAN:- Müttəhim Xosrov Əbdüssəməd bəy oğlu Cavanşirov! Əmlakınız müsadirə olunmaqda, möhkəm rejimli kaloniyada saxlanılmaqla on il müddətinə azadlıqdan məhrum edilirsiniz, sözünüz varmı?

XOSROV:- Var. Üzümü gələcək nəsillərə tuturam: mən bu hökumətə qulluq elədiyim üçün bərk peşmanam. Heç bir gizli təşkilat yaratmadığıma görə, bu çürük ağac kimi laxlayan, bir gün özünü yıxası cəmiyyətə qarşı açıq mübarizə aparmadığıma görə özümü qınayıram. Mənə təzədən yaşamaq imkanı verilsəydi, bu dediklərimi edərdim. Bir istərdim, gələcək nəsillər bilsinlər: mən mənsub olduğum nəslin- Cavanşirlərin adına ləkə gətirəsi bir görməmişəm. bu nəslə mənsub olduğumla fəxr edirəm. Bir gün olacaq ki, siz Movsesyanlar belə bir məhkəmə qarşısında duracaqsınız. Mən buna əminəm!

(keçid musiqisi)

(Çağa səsi. Qadınlar səs-küylə danışırlar)

ŞİRİNBƏYİM XANIM:- Elmira, qızım! Bura gəl, bacın  olub. Atan demişdi ki, adını Şükufə qoyarsınız. Allah Xosdandan sonra onun oğlu Vahidə, qızı Elmiraya bir bacı da verdi. Adını Şükufə qoyuruq. Eh, Xosrov çiçəkləri çox sevirdi.

DİLAVUZ:- Anacan, bir bağçamıza bax, gör narlar çiçək açıbmı?

ŞİRİNBƏYİM XANIM:- Çiçəkləyib qızım, çiçəkləyib. Özü elə çiçəkləyib ki, elə bil ki, düzü-dünya nar çiçəyinə bələnib.

DİLAVUZ:- Xosrov, dünyaya sənin təzə nəfəsli balan gəlib. Sən dünyanı nar çiçəyi rəngində görürdün, görə bilmədin. Mən dünyaya sənin gözlərinlə baxıram, görürəm o dünyanı. Qulaq as, səni öz şerinlə çağırıram:

 

                        Sevgilim paltarın sarı boyayıb,

                        Nar dodağın, dodaq narı boyayıb,

                        Dünyanı Xosrovun yarı boyayıb,

                        Olum nar bağının bağbanı, quzum.

 

/Həyatayaşamağa çağıran musiqi/.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                           B A C A

 

 

Kitabı «Qapı»yla başlamışdım, «Baca»yla bitirirəm.

Baca qədim evlərdə, dam deyilən tikililərdə evin yuxarı hissəsində qoyulan nəfəslikdir. Baca həm damın ortasında qalanan orta ocağın tüstüsünün bayıra çıxmasından ötrü idi. Ən əsas isə damın, evin işıq düşən yeri idi baca, yəni indiki pəncərəni əvəz edirdi.

Bilmirəm, kitabı oxuyanda nəfəsiniz darıxmadı ki? Yaxud amansız tarixin tüstüləri gözlərinizi yaşartmadı ki? Yaxud qaranlıq səhifələrlə rastlaşmadınız ki? Hər ehtimala qarşı kitabın sonunda «baca» yerini elə buna görə qoymuşam. bu «baca»dan sizi bu kitabda adı anılan KİŞİLƏRİN işıqlı misralarıyla tanışlıq gözləyir. Xahiş edirəm, əgər yorulmamısınızsa onda vərəqi çevirin «Əlavələr» bölməsindəki parçaları oxuyun.

Bacanızdan işıq  əskik olmasın!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                            ƏLAVƏLƏR

 

 

 

 

         MƏHƏMMƏD BƏY CAVANŞİR (AŞİQ)

                                  

                                              

                                   Qəzəl

 

 

Yenə asudə ikən uğradım bir şuxi zibayə,

Üzü gül, arizi mülzülfü sünbül, çeşmi şəhlayə.

 

Üzü sahir, özü zahir, gözü can almağa mahir,

Görən bir baxışın verməz onun dünyəvü üqbayə.

 

Dəhanın var-yox sirrini bilmək xeyli müşküldür,

Əcəb mahirdir ol əyyar hər elmi-müəmmaya.

 

Baxanlar qamətindən rəmzlər anlar qiyamətdən,

Görənlər şəkli-əbrusin dəxi baxmaz yenə ayə.

 

Yer üzrə durmadı, getdi, səmavatı məqam etdi,

Ləbi ecaz rəmzin göstərən dəmdə Məsihayə.

 

Götürsə gün cəmalından bulud kimi qara zülfün,

Sərasima Züleyxa tək çıxar Yusif  tamaşayə.

 

Dodağından soruşdum mən ağzının var-yox sirrin,

Bu nazik nöqtəni sorma, düşər qan, -dedi- ortayə.

 

Alır feyzi-nəzər bəhrini Aşiq tutsa damanın,

Tapar səriştəsin, yetsə əli zülfi-çəlipayə.

 

                        *          *          *

Aldım qələmi namə yazam, yarə könüldən,

Ya rəb, ola bir məhrəmi aparə könüldən.

 

Ol qönçə dəhən dilbərə yetkəc dil uzadıb,

Bülbül kimi hər dəm gələ köftarə könüldən.

 

Tez-tez qoyub ol sərvi-qədim payinə başın,

Tabus qılıb icz ilə yalvarə könüldən.

 

Əvvəl alıb nitqi-Məsihadən icazət,

Axır edə hər ərzimi sərdarə könüldən.

 

Xunbarlığın dideyi-giryanımı bir-bir,

Təqrir edə ol gözləri xunxarə könüldən.

 

Pərvanə sifət düşdügümü vadiyi-hicrə,

Hər ləhzə deyə atəşi rüxsarə könüldən.

 

Naçarlığım ərzi edə ol şahi-cəhanə,

Rəhm eyləyibən bəlkə  edə çarə könüldən.

 

Keyfiyyəti-əhvalı həm qisseyi-hicri,

Ərz eyləyə, bilgi verə dildarə könüldən.

 

Aşiq, qəmi-hicranı yazıb eyləydim irsal,

Ol zülfi siyahə bu üzü qarə könüldən.

 

                                  

   

AŞIQ PƏRİYƏ

                                    

 Müxəmməs

 

Ey Pəri, dəhrdə yox sən kimi bir canənə,

Tən edər mehri-rüxün göydə məhi-tabanə,

Gərçi bihəd görürəm lütfünü hər insanə,

Piri-biqaidədir, uyma Məlik Aslanə,

Olgilən yar yenə mən təki bir oğlanə.

 

Həm sənin qədrini Fərhad ilə Şirin bilməz,

Mirzəcan bilsə yüzdən o da birin bilməz,

Mirzə Məmməd dəxi o fəthəvü zirin bilməz,

Kim ki, məşuq ola, o, zülfi-əsirin bilməz,

Rəng ilə sən  salma buları böhtanə.

 

Mən sənə hər desəm mehr məhəbbət sözüdür,

Sən mənə yazdığın əfsanəvü möhnət sözüdür,

Gər desəm həmdən olaq, bil ki, məvəddət sözüdür,

Bir zaman ərzim eşit, gör necə ülfət sözüdür,

Tövsəni-əqlini fikr ilə gətir cövlanə.

 

Sən təki şüx münasibdi ki, məstanə gələ,

Əldə sazü məzəvü sağərü peymanə gələ,

Aşiqi-məst görüb din ilə imanə gələ-

Kim, gərək doqquz ola başı bu meydanə gələ,

Özünə qürrələnib girmə bu meydanə!

 

Sənə şayəstə odur kim, tapasan əhli-vəfa,

Canü dildən  edəsən eşq təriqin rifa,

Olasan yar ona, etməyəsən cövrü cəfa,

Dövri-fanidə sürüb bir neçə gün zövqi səfa,

Əhli-haldan özünü tutmayasan biganə.

 

            QASIM BƏY ZAKİRƏ

 

Mat qalmışam bu dövranın işinə,

Heyranam vallahı, billahı, Qasım!

Gah saz ilə nasaz, nasaz ilə saz,

Gah olur naəhlin həmrahı, Qasım!

 

Gah görürsən birin sərəfraz eylər,

Gah birilə çəm-xəm qılar, naz eylər,

Gah birin götürüb biniyaz eylər,

Yoluna gətirər kəmrahı, Qasım!

 

Görürsən ki, gahi acı tox eylər,

Məhvəşlər zülfü tək azı çox eylər,

Bir ağız ucuya varı yox eylər,

Yoluna gətirər gəmrahı, Qasım!

 

Neylərik, biz onu çox axtarmağı,

Çünki varıq beş on günün qonağı,

Gəl oturaq, duraq bu bahar çağı,

Qüdrətə eyləyək nigahı, Qasım!

 

Aşiqi zar etmiş bir ənbərgeysu,

Salıbdı canına bir qara qayğu,

Yandırır, öldürür bir gözü cadu,

Heç bilməz ki, nədi gühanı, Qasım!

 

            AŞIQ PƏRİYƏ

 

Təxəllüf lazım, ey Aşıq Pəri,

Bir kəs ki, mehrdən xəbərdar ola?

Könüldən könülə yollar görünür,

Əlavə, hacət, aşikar ola?

 

Xoş yaradıb səni ustadi-əzəl,

Hüsnü vəcahətdə yekta, bibədəl,

Dızaq mahalında sənin tək gözəl,

Həqdən istəmişəm bərqərar ola.

 

Əhli-halı görmək istər əhli-hal,

Müzayiqə etmə, gər olsa macal.

Sənin tək dərdmənd olmayan mahal,

Görüm ki, dağılıb tarümar ola.

 

Belə işin ləzzəti, dadı,

Xublar bilə gərək aşnanı-yadı,

Çəkəsən ağuşa bala Fərhadı,

Şirin didarına intizar ola.

 

Ağlını cəm eylə, olma sərsəri,

Səndə yoxdur eşqbazlıq əsəri,

Fəhmü fərasətdə yüz sən tək Pəri,

Gərəkdir Məmmədə xidmətkar ola.

 

Məlik Aslan- məşhur tuğlu Məlik Aslan bəydən ibarətdir ki, əhli-hal bir vücud imiş. (Firudun bəyin qeydiA.Q)

 

           

 

         AŞIQ PƏRİNİN

MƏHƏMMƏD BƏYƏ CAVABI

 

Şayəstədir, ey mürşidi kamilim,

Dostlar arasında etibar ola.

Şair odur ustadından dərs ala,

Ziddü cinsi rədifi-pərgar ola.

 

Cavabi-xəttindən olmuşam xoşhal,

Ərz edirəm qulluğunda vəsvi-hal,

Şan ilə şövkətin olsun bizəval,

Gərək xidmətində xidmətkar ola.

 

Pəri idim eşq içində aşikar,

Aralıqda yaxşı olur səbəbkar,

Bu cəng meydanında eylərəm şikar,

Əgər Məhəmməd tək səd həzar ola.

 

 

             MƏHƏMMƏD BƏYİN

AŞIQ PƏRİYƏ CAVABI

 

Ustadi-əzəldən dərsim almışam,

Mailəm hər yerdə qovğayə, Pəri!

Ziddü cinsi-rədif sözün danışma,

Mən desəm, düşərsən ah-vayə, Pəri!

 

Əlindəki badə olsun, saz olsun,

Hərəkətin işvə olsun, naz olsun,

Yekə yerdən danışmağın az olsun,

Düşərsən bir dərin dəryayə, Pəri!

 

Müəşşərin hər bəndində naçarsan,

Mən açmaram, yenə özün açarsan,

Bu işindən yəqinimdir qaçarsan,

Axırda Məlikə, Mirzəyə, Pəri!

 

Qafiyə gərəkdir ola dilpəsənd,

ki, belə məxşuş ola dərdmənd,

Bilmirəm ki, sənə eləyim rişxənd,

Yoxsa onu yazan mollayə, Pəri!

 

Ləblərinin müsəffası Aşiqi,

Dəhanının müəmması Aşiqi,

Siyah zülfün təmənnası Aşiqi,

Salıbdır bir uzun sövdayə, Pəri!

                                   Məlik Mirzə-Məlik Aslan bəydən

                        Mirzəcan bəydən ibarətdir. (Firudun bəyin qeydiA.Q)

 

           

 

         TƏCNİS

 

müddətdi həsrətini çəkirəm,

Bircə üzün görüm, ay ağa Sənəm!

Hicranın əlindən xəstə düşmüşəm,

Daha dura bilməm ayağa, Sənəm!

 

Cavan ömrüm necə verdin bada gör,

Firqətindən xətt, qəddim bada gör,

Ləlin ilə bəhs eləmiş bada gör,

Onunçün tez düşər ayağa, Sənəm!

 

Cadu gözlü, oxşar üzün səhr  aya,

Xalü-xəttu-zülfü-ruyin səhr, aya,

Yüz naz ilə sən çıxanda səhraya,

Gün gizlənir, olur ay ağa, Sənəm!

 

Gör nələr xəlq edib tarı zülfündə,

Görməyibdi eyni, tarı zülfündə,

Mürği-dil bağlanıb tari-zülfündə,

Qoymagilən düşsün a yağa, Sənəm!

 

Aşiqəm, hüsnünə ay aman, gözəl!

Baxmaram zərrəcə aya mən, gözəl!

Ləblərin şəhdindən ay əmən gözəl,

Meyl eləməz qəndə, bal, yağa, Sənəm!

 

                        QOŞMA

 

Səni Tarı, məndən olma mükəddər,

İncimə, bu dilin viranı sənsən.

Neylərəm dünyanı, əzizim, sənsiz,

Bilirəm, dərdimin dərmanı sənsən.

 

Gözəldir camalın, hüsnündür cəmil,

Ölmədim hicrində, qalmışam xəcil,

Başın üçün, ey gül, dolanım  yüz il,

Könlümün mülkünün sultanı sənsən.

 

Vamiqin Əzraya var idi meyli,

Onunçun axardı gözündən seyli,

Yusifin Züleyxa, Məcnunun Leyli,

Mənim canımın cananı sənsən.

 

Hər ki, ərz etdin, ona yetmədin,

Şad eləyib bizi gəlib-getmədin,

Könlüm alıb bir yol qəbul etmədin,

Bu qədər çəkdiyim amanı sənsən.

 

Pünhanı baxışın alıbdır canı,

Cadu qəmzələrin verməz amanı,

Tarı hifz eləsin nuki-müjganı,

Aşiqin qatili-pünhanı sənsən!

 

            QOŞMA

 

Səndən ayrı işim mənim, ay dilbər,

Gecə-gündüz ahu fəğan olubdur.

Təğafül rəhmindən zülmü sitəmin,

Bizim barəmizdə ehsan olubdur.

 

Ləhzə-ləhzə halın sorduğun könlüm,

Gündə min təsəlli verdiyin könlüm,

Daim şadü xürrəm gördüyün könlüm,

İndi dərd əlindən viran olubdur.

 

Haçan almamısan ağlımı sərdən,

Oxurdum müshəfi-hüsnün əzbərdən,

O gündən ki, saldın gözdən, nəzərdən,

Mənim halım çox-çox yaman olubdur.

 

Heç yada salmazsan mən dilfikarı,

Səni bimürüvvət yaradıb tarı,

Dəhanın şövqündən Aşiqi-zarı,

Öldürən bir daği-pünhan olubdur.

 

GƏRAYLI

 

Aşiqinəm sənin axı,

Əzəl qadasın aldığım.

Cana vurub məhəbbətin,

Çəngəl, qadasın aldığım.

 

Can çıxır, könül neyləsin,

Dərdini kimə söyləsin,

İstər sədaqət eyləsin,

Tez gəl, qadasın aldığım.

 

Salma könlün iztiraba,

Zülfün içrə picü taba,

Sataşma xanəxəraba,

Dincəl, qadasın aldığım.

 

Seyrəqibdən iba qıllam,

Kuyində görmüşəm, ölləm,

Rəşkdən sayəni billəm,

En gəl, qadasın aldığım.

 

Qulum deyib ey şahzadə,

Salmadın Aşiqi yada,

Olurmu sən tək dünyada,

Gözəl, qadasın aldığım!?

 

TÖVBƏNAMƏ

 

Ey Xuda, sənə əyandır ki, vəfadaram mən,

Tutduğum işləri yad eyləyib ağlaram mən.

Leyk bu nəfsin əlindən həməvəqt zaram mən,

Əliboş, üzüqara, bəndəyi-biaram mən.

Hər tənbeh eyləsən, ona səzavaram mən.

Gəlmişəm dərgahinə, labüdi naçaram mən.

Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən,

Asiyü bədəməlü rüsiyəhü xaram mən.

 

Gərçi dünyaya gəlib getdim biçiz,

Vermədi xeyrü şərə zərrəcə təşxüsü təmiz.

Artdı hirsim mərəzi, etmədim əsla pəhriz,

Dəxi bundan sora yoxdur mənə bir rahi-küriz.

əməl riştəsi var əldə, bir dəstaviz,

Eylədim xəlq ilə nahəq yerə pərxaşü sitiz.

Rəhm qıl, bari-xudaya ki, günahkaram mən,

Asiyü bədəməlü-rüsiyəhü xaram mən.

 

Hər tutdum isə, cümlə bədü bədhərəkət,

Etmədim şükri-həyat, eyləmədim fikri-məmat,

Bu dəni dəhrdə bihudə keçirdim övqat,

Şimdi rehlət dəmidir, qalmişam avarəvü mat,

Şərmisari-günahəm, ah, əlim bisövqat,

Yetməyim məqsədə bu vəch ilə heyhat, heyhat!

Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən,

Asiyü bədəməlü-rüsiyəhü xaram mən.

 

Ya rəb, indi mən öz əhvalıma heyranam çox,

Qəzəbün qəhrin edib fikr, hərasanam çox,

Bilib etdiklərim əfalə peşimanam çox,

Bilməyib səhvü qələt işlərə giryanəm çox.

Kərəmü lütfünü çox izz ilə cuyanam, çox,

Qüssədən şamü səhər zarü pərişanam çox,

Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən,

Asiyü bədəməlü-rüsiyəhü xaram mən.

 

Tövbə, ya rəb, bu qədər bəd əməlimdən tövbə!

Məsiyyət rahinə həm get gəlimdən tövbə!

Hər xilaf olmuş isə sınmış əlimdən, tövbə!

Dəxi bundan sora məkrü dəğəlimdən tövbə!

Eylərəm sidq ilə mən piş əz-ölümdən tövbə!

Hər xəta çıxmış isə bir dilimdən tövbə!

Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən,

Asiyü bədəməlü-rüsiyəhü xaram mən.

 

Bilməz idim ki, bu aləmdə olur zar olmaq,

ölüm var, qocalıq, bimar olmaq,

Adətim hər xəmi gisuyə nigunsar olmaq,

Mayili-ləli-ləbü aşiqi-rüxsar olmaq,

Valehi-xalü xətü heyrəti-dadar olmaq,

Yar əğyar olub, əğyarım ilə yar olmaq,

Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən,

Asiyü bədəməlü-rüsiyəhü xaram mən.

 

Bəli, məsdud olub şimdi mənə rahi-xilas,

Çünki lazım düşüb üsyanə şəriətdə qisas.

Qüdrətü hikmət-həqdən görünür böylə xəvas,-

Kim, görə ruzi-cəza hər kişi felinə xilas,

Sən özün dadə yet, ol gündə ki, amü xas,

kərəm əhli yetər dadə, əhli-xilas.

Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən,

Asiyü bədəməlü-rüsiyəhü xaram mən.

 

Nəfsi-əmmareyi-sərkeş gətirib əqlimə zur,

Cism ilə canı tutub mərhəbeyi-kibrü qürur.

Əməlim ləğv, işim məzləmə, şüğlüm şərü şur,

Gəlmişəm dərgahə bainhəmeyi-eybü qüsur,

Dəxi, ya rəb, dərindən məni söy, eyləmə dur,

Qoymadı hirs, tamah gərdi dəxi didədə nur,

Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən,

Asiyü bədəməlü-rüsiyəhü xaram mən.

 

Müxtəsər, hər əməl eylədim oldum nadim,

Hirs qıldı məni hər nakəsi-duna xadim.

Nəfs ucundan bəla çəkdi dili-pürbadim.

Şimdi bir əməlim əldə, var bir zadim,

Tapmadım bir kərəm əhli ki, edə imdadim,

Sən özün dadimə yet, bari eşit fəryadim,

Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən,

Asiyü bədəməlü-rüsiyəhü xaram mən.

 

dilim var ki, səni cürət edib yad qılım,

üzüm var sənə sarı tutuban dad qılım.

sözüm var özümü ol söz ilə şad qılım,

Dili-bərbadı ümmid ilə abad qılım?

edim canımı bu vərtədən azad qılım,

Çarə oldur ki, yenə bu sözü övrad qılım,

Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən,

Asiyü bədəməlü-rüsiyəhü xaram mən.

 

Bir neçə il özümü eşqə müqəyyəd qıldım,

Gahi Aşiq adımı, gah Məhəmməd qıldım,

Məşqi-əbruyi-xətü xal ilə mürtəd qıldım,

Şiveyi-mehrü məhəbbətdə böyük səd qıldım,

Rövşəni-eşqdə Məcnunə dəxi rədd qıldım,

Hər tutdum isə, cümləsini bəd qıldım,

Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən,

Asiyü bədəməlü-rüsiyəhü xaram mən.

 

Tövbə, ya rəb, bu qədər bəd əməlimdən tövbə!

Məsiyt rahinə həm bu get  gəlimdən tövbə!

Hər xilaf olmuş isə sınmış əlimdən, tövbə!

Eylərəm sidq ilə mən piş əz ölümdən tövbə!

Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən,

Asiyü bədəməlü-rüsiyəhü xaram mən.

 

 

 

 

 

 

ƏBDÜSSƏMƏD BƏY AŞİQ

 

     İSKƏNDƏR BƏYƏ

 

Eşqi-dildar edib aşiqi-divanə məni,

Yandırıb şöleyi-rüxsarı çü pərvanə məni,

Xasə, şimdi qəmi-dilbər, dili-divanə məni,

Eyləyib çərxi, salıb çün qəmi-hicranə məni.

 

Var idim qəbl bərin bir neçə gün mehmani,

Söhbəti-nazik urub, gülər idik pünhani,

Salsalar istəməzəm, canın üçün, qılmani,

Yardan ayrı əgər cənnəti-rizvanə məni.

 

Çeşmi-şəhlası alıb əldən imani dinimi,

Tar edib zülfü-siyahı, yəqin eylə, günümi,

Daima xeyir-duadan sənə kəsməm dilimi,

Çünki sənsən yetirən bir belə cananə məni.

 

Gərdənim silsileyi-zülfdə zəncirə düşüb,

Könlüm ol həlqeyi-kakilidə təsxirə  düşüb,

Şükr kim, yaxşı kəməndində könül girə düşüb,

Gəzdirir Qeyssifətlər bu hər yanə məni.

 

Qan töküb Qanlıcada təşneyi-didar varam,

Ol səbəbdən gecələr sübhə qədər zar varam,

Leyk hicrani-siyəhçeşmilə bimar varam,

Yetiribdir qəmi qüssə, yəqin et, canə məni.

 

Əfv qıl, çünki bəsi şimdi pərişanəm mən,

Yadi ləlin edibən daima giryanəm mən.

Hamıdan qəti-nəzər, kudəki-padanəm mən,

Bir siyəhdağə salıb çahi-zənəxdanə məni.

 

deyim züfi-piçü arizi gülnari üçün,

Tarını üzsün onun badi-səba tari üçün,

Çün o kafər yaranıbdır könül azəri üçün,

Oldu daim ki, edib aşiqi-nalənə məni.

 

                        QƏZƏL

 

Qara gözlülərə möhtac olur könlüm qocaldıqca,

Bəli, əfsun olur nabi-hərarət od aldıqca.

 

Gəzər tərlan xəyalım kuhi səhranı, bir məsəldir bu,

Tülək tərlan şikarın artırar hər il dolandıqca.

 

Baxanda şaxi-lumiyə, əzizim, heç məlahət yox,

Lətafət görsənir şaxində lumilər saraldıqca.

 

Könül, gülzarə meyl etmə, vəli biar olarsan sən,

Gülü əldən gedən bülbül olur rahət usanlıqca.

 

Sənubər qəddinə mail olan Aşiq, mailsən,

Düşüb sərkərdan gəzər sən hər ucaldıqca.

 

              

 

 

 

 

 

 

 

 

XOSROV CAVANŞİR

 

 

XOSROVUN ŞİRİNƏ CAVABI

                       

     (Həcv)

 

Məndən salam deyin bizim Şirinə,

Ki uymasın deyilənlərin birinə.

O olsaydı əgər mənim  yerimə,

Çoxdan uya idi şeytana gərək!

 

Sataşmasın deyin bizim bostana,

Bostanı salmasın sözə, dastana.

Sınıq düşüb yalvarmasın Xostana,

İndidən düşməsin gümana gərək!

 

Yemiş desə karvan ilə göndərim,

Evin qarpız anbarına döndərim.

Vadar olsam digər…… ……..

Üz çevirsin ayrı məkana gərək!

 

Bir nəzərdə tutsun dostluq, sədaqət,

Ondan gərək baş verməsin xəyanət.

Bax sözümə, eyləginən qənaət,

Bir ayaq götürsün bu yana gərək.

 

Sürsün o da bu gülşənin səfasın,

Dinləsin  bülbülün həzin nəvasın.

Əhli-halam, bağışlaram xətasın,

Riyadan görəməm nişana gərək!

 

I- Xostan şairin şerlərində işlətdiyi təxəllüs, Xosrovun qısaldılmış formasıdır.

 

                        BOSTAN

 

Bir bostanın xəyalına düşmüşəm,

Şöhrəti yayılsın cahana gərək.

Bu hüsndə, təravətdə bir gülşən,

Yetirməmiş olsun zəmanə gərək.

 

Hər yanı güllükdür, ətraf laləzar,

Çox basəfa yerdə tutmuşdur qərar.

Axtarsan içində can dərmanı var,

Kişinin hər işi yeganə gərək.

 

Suyun kəsin, havaladın başını,

Təpcək ilə bel olmuşdur maşını.

Atacağam kasıblığın daşını,

Bir azdan eylərəm əyana gərək.

 

Şammaması düyələkdən iridir,

Qoyun-quzu kimi sürü-sürüdür.

Bir məclisi bir dənəsi kiridir,

Çatsın ondan bütün ümmana gərək.

 

Burda gəzmək haqqı çatar o cana,

Əyilib qaşları dönüb kamana.

Gözəllikdə var o qədər nişana,

Vursun hamısını tamama gərək.

 

Zəngilanda baği-cənnət qurmuşam,

Bütün bostanları yerə vurmuşam.

Sözümdə sadiqəm, möhkəm durmuşam,

Kim yarışır çıxsın meydana gərək.

 

Müxtəsər ki, bir bəzəkli gəlindir,

Çardağının altı xeyli sərindir.

Bostan demə, bir behişti-zəmindir,

Yazılsın tərifi dastana gərək.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

            «AŞİQLƏR» KİTABININ İLK NƏŞRİNƏ SON SÖZ ƏVƏZİ

                                   «ULARTI»YA QƏDƏR YOLDA

 

Qiyabi tanışlığımız onun qaçqın kimi Bakıya üz tutmasından sonra əyaniləşdi. O, daxilən qədər sentimental olsa da, həyatın cəmiyyətin hər üzünü görmüşdü fəhmnən olsa gerçəkliyin nəbzindən baş çıxaran adamdı. Azad təkcə yazıçı deyil, həm mənalı-mənasız adamların barometri, müəllim kimi çoxlarını heçlik-yoxluq körpüsündən varlığa adladan bələdçi idi.

Yazıçılıq, görünür, ömür deyilən bir faytonun keçdiyi yol üzərində qalxan-qalınlaşan bir söz tozudu! Azad o qəribə toza «boz-bulanıq» yaşında «Dumduru su» kitabını həkk elədi. Düzü, bir kənd yazıçısının /Azada mənim qaçqın dediyim kimi, kənd yazıçısı deməyim qəribə gəlir, hətta özümü təhqir olunmuş kimi hiss eləyirəm/ o vaxtkı ölgün bir dövrdə dünyanın çətin üzünü görmüş ağır xarakterli kənd adamlarının, əliçi kənd göyünün təsviri olan o kitabı mən çox istəsəm , nədənsə onun haqqında elə öz-özümə olsa söz deyə bilməmişdim. Ancaq aydınlıq olan sudan başlayan nurlu Tanrı yolunun başlanğıcından /ətyeyən quş dimdiyindən bəllənər/ mənasızlar içində mənaya yükləndiyini duymuşdum.

«Ulartı»ya qədər /Azadın hekayəsidir/ yolda Azad özündən qabağa baxa bildiyi kimi, özündən əvvəli görə bilmiş, AŞİQLƏRİmizi tapmışdı!

«Duracaq yer» olmayan dünyada üzü Tanrıya öz içindən boylanan Azadın ayaq altındakı daşların çopuru da, çay daşı kimi sürüşkəni olub. Ancaq ən əsası odur ki, mənalı əqidəli yolda Tanrısına asi olanlar içərisində üzü dost qapısı Tanrı dərgahına bir yazıçı kimi gedə biləsən!

AŞİQLƏR özləri-özlərinə oddan don biçdikləri kimi, onlara od heykəli qoymaq da Azad Qaradərəliyə nəsib olubFərhad külüngüylə dağları çapıb AŞİQLƏRƏ abidə  qoyan Azada bir sözüm var, SÖZ yaman şeydi, qardaşımo adamı boz-bulanıq sudan dumduru suya da, od içərisində yanan Simurq aşiqliyinə , Tanrıyaxas nura da, yalquzaq kimi gur ün-səs olan ulartıya da çevirə bilər.

«Aşiqlər»ə AŞİQLİYİN mübarək!

                                                                                                          Teyfur Çələbi.

                                                                                              10 sentyabır, 1998-ci il.

 

                                   MƏKTUBLAR

 

Əzizim Azad, salamlar.

Kitabını aldım. Göndərdiyin üçün çox sağ ol!

Kitabı bir nəfəsə oxudum. Aşiqlərin aşiqi böyük ürəyinə heyran oldum. Kitab oxunaqlı maraqlı çıxmışdır. Bunun üçün səni ürəkdən təbrik edirəm. Kitabı yenidən oxumaq yaxşı bir yazı ilə qəzetlərin birində çıxış etmək fikrindəyəm.

Məncə  kitabın ən böyük dəyəri ondadır ki, zamanın toz-torpağı içində üstünü toz-torpaq basmış qızıl kimi itib-batmaqda olan Aşiqlərimizi Azərbaycana tanıdırsan. Kitab həcmcə kiçik olsa da, böyük mahiyyət kəsb edir. Sən bu kitabla son dərəcə xeyirxah bir görmüş, xalqımızın unudulmuş üç böyük oğlunu özünə qaytarmışsan. Bunun üçün Aşiqlərin xeyirxah ruhu, xalqımızın xeyir-duası həmişə səninlə olsun!

Azad, mənə elə gəlir ki, hər bir qələm sahibi, birinci növbədə, öz kəndinin, öz elinin, öz obasının yazıçısıdır. Əgər zəngilanlı qələm sahibinin yazılarında Həkərinin, Oxçunun, Bəsitçayın zümzüməsi, Süsənin pıçıltısı, Şükratazın nəfəsi duyulmasa, öz həmyerlilərinin qəlbinə yol tapmasa, o, heç başqalarının da qəlbinə yol tapmayacaq. Öz elinin sevgisini qazanan sənətkarı isə hamı sevəcək.

                        Bir el sevgisinə güvənmişəm mən,

                        Elimin taleyi nur ilə dolsun.

                        Bir elin şairi ola bilməyən

                        Çətin ki, bir xalqın şairi olsun.

Mən sənin bu kitabında Həkərinin şırıltısını eşitdim. Süsənin ətrini duydum, doğma Zəngilanıana Zəngilanı bir daha qarış-qarış gəzdim. Sağ ol, qardaş! Hər şeydən əvvəl, mən bir zəngilanlı kimi, bu kitabı yazdığın üçün sənə çox sağ ol deyirəm!

                                                                      

                                                                                              Vaqif Qüdrət.

                                                                                              29.03.1999

 

 

 

 

Çox hörmətli «Aşiqlər»in müəllifi Azad müəllim!

            Salam!

şairlik, nasirlik, dramaturqluq mənim sənətim deyil. Adi bir Azərbaycan dili ədəbiyyat müəllimiyəm. 1941-1942-ci dərs ilindən indiyə kimi (Böyük Vətən müharibəsi illəri istisna olmaqla) müxtəlif məktəblərdə cərgəvi müəllim, dərs hissə müdiri, direktor işləmişəm. Özüm Zəngilan rayonunun Nüvədi kəndindənəm. Bəziləri Nüvədinin Zəngilana aidiyyatını qəbul etmirlərsə , ancaq mən həmişə «haralısansualına «Zəngilanın Nüvədi kəndindənəm» cavabını verirəm. Adım Əhmədəli, atamın adı İsmayıl, soyadım Əlidir.

Atam daim Zəngilan onun kəndləri ilə əlaqəli adam olmuş, Zəngilan bazarında özünün nar, üzüm əncirini satıb ailənin çörəyini Zəngilanın kəndlərindən gətirmişdi. Demək olar ki, o, Zəngilanın bütün kəndlərini əsil zəngilanlı kimi tanıyırdı.

Mən kiçik yaşlarımda onun Məhəmməd bəy Aşiq haqda yox, Əbdüssəməd bəy onun şirinxanımı Şirinbəyim xanım haqda, çoxu da dəqiq aydın olmayan (eşitdikləri əsasında) söhbətlərini eşitmişəm. Hətta kişi Əbdüssəməd bəyin «Qara gözlülərə möhtac olur könlüm qocaldıqca» mətləli qəzəlinin ilk misrasını da 1930-1931-ci illərdə deməsi indiki kimi yadımdadır, ancaq qəzəlin ikinci misra son beytlərini deyə bilmirdi. Bir sözlə, kişinin cümləsinin mübtədası da, xəbəri Əbdüssəməd bəy Şirinbəyim xanım idi.

Feyzulla Qasımzadə mənim ədəbiyyat müəllimim olmuşdu. Onun XIX əsr Azərbaycan ədəbiyyatı ədibləri haqqında, xüsusən S.Ə.Şirvani haqda şirin söhbətləri yadımdan çıxmamışdır. «Aşiqlər» publisistik- elmi əsərinizi onun xatirəsinə ithaf etməniz çox yerinə düşmüşdür.

Mən müəllim işlədiyim bütün illərdə XIX əsr ədəbiyyatını tədris edərkən, həmin əsrdə yazılı ədəbiyyatda aşıq şerinin nümayəndələri Q.Zakir, Aşıq Pəri, M.Mədədov, K. Ağa Salik, M.Qurban, Ə.Qaracadaği, Ə.Nəbati ilə yanaşı, Məhəmməd bəy Aşiqin adını çəkir, ancaq onun haqqında geniş məlumat verə bilmirdim şairin az da olmuş olsa tədqiq olunmamasına heyfsilənirdim. Bir ədəbiyyat müəllimi kimi eloğlularımızın üzərindən qara buludları, qara pərdələri götürüb, onlara rentgen şüaları, projektor işığı saldığınız üçün sizi alqışlayır bundan sonrakı yaradıcılığınızda sizə müvəffəqiyyətlər, uğurlar arzulayıram. Zəngilanın bu dəyərli qiymətli şəxslərinin tədqiqi dar mənada Zəngilan ziyalılarına, geniş mənada isə Azərbaycan xalqına gözəl əvəzsiz töhfədir.

Mən arzu edirəm, siz qaradərəli Fərzəli, öz oğluna tüfəng çövürüb ölümünə heyfsilənməyən: «Ağacdır, özüm bitirmişdim, özüm kəsdim», - deyən bartazlı Kərbəlayı Bəşir, rəzdərəli Nəriman bəy, Rzaoğlu yüzbaşı onun oğlanları Cəbrayıl pristavla İbadullanın faciəli həyatını əks etdirən oçerklər yazasınız, onların igidlik, qocaqlıq, ağsaqqallıq, ermənilərə amansızlıqlarını, mərdanıliklərini işığa çıxarıb Zəngilan gəncliyi üçün yadigar qoyasınız.

Azad müəllim, bu işlə əlaqəli başqa bir məsələyə toxunmaq istəyirəm. Mən qaçqınam, hal-hazırda Zəngilanın 35 saylı orta məktəbində işləyirəm. 78 yaşım var. 1998-ci ilin dekabr ayının ortalarında direktorumuz kabinetində sizin «Aşiqlər» kitabınızdan bir neçəsini stol üstünə qoyub dedi:

-Əhmədəli müəllim, ədəbiyyat müəllimisiniz, bu kitablardan birini siz alın.

Mən kitabın cildi üzərindəki «Aşiqlər» sözünün mənasına görə             kitabı götürəndə tərəddüd etdim. Xəyalımdan «Mənim aşiqlərlə maraqlanmaq vaxtım keçib» fikrini keçirdim. İkinci gün kitabı vərəqləyəndə yazının Zəngilana aid olduğunu bilib, könülsüz olaraq bir nüsxə aldım. Evdə yazı şəkillərə baxanda kitab məni özünə cəlb etdi. Kitabı iki dəfə oxudum, hətta bəzi abzas səhifələri dəfələrlə oxudum. Sonra bir dəftər vərəqində Məhəmməd bəy Aşiqin (Əbdüssəməd bəyin Məhəmməd bəy Aşiqin oğlu olduğunu bilmirdim) ailə qrafikasını tərtib edib son cildin önünə yapışdırdım.

Bundan belə ömür vəfa etsə XIX əsr yazılı əbədiyyatda aşiq şerini tədris etsəm, yəqin ki, səngərdə silahsız əsgər kimi yox, əlində top, tüfəng olan əsgər kimi dayanaram.

Yenə sizə ikinci dəfə yaradıcılığınızda müvəffəqiyyət uğurlar arzulayıram.

 Çox hörmətlə sizin əlaçı oxucunuz Əhmədəli müəllim.

                                                                                  2.01.1999-cu il

 

 

 

 

Zəngilan rayonunun ziyalısı

Camal əminin nəvəsi Azad Qaradərəliyə-

ədib övladımıza aşağıdakıları bildirmək istəyirəm.

 

«Aşiqlər»inizi oxudum. Dərin təhlilə malikdir. Dolğun araşdırmalar məhsuludur. Mənim Cavanşir bəyləri haqqında vaxtında Zəngilan piranlarından eşitdiklərim yadımda qalanı belədir.

1. İçəri müşülanlı Kalba Niftalı, yüzdən artıq yaşamış, hüsyar adam idi, mənimlə söhbətlərində Məhəmməd bəy Aşiqin sürgün edildiyini, amma sonralar Qasım bəy Zakirin vasitəsilə qaytarıldığını (Zəngilana) söyləmişdir. M.S. Ordubadinin hər dəfə doğulduğu şəhərə istirahətə gedərkən Məhəmməd bəy Aşiqin qəbrini ziyarət etdiyi qızılgül dəstəsilə onun qəbrini  örtdüyünü deyərdi. Mən Ordubadda təxminən bir il dörd ay müddətində işlədiyim vaxtlarda böyük şairin qəbrini (1951-52-ci illər arası) dəfələrlə ziyarət etmişəm apardığım gül dəstələrini şairin qəbri üstünə düzmüşəm.

2. Əbu Səməd bəy Beşdəli dağlarındakı təbii qızılgül talasına  mövcudiyyətinə görə onu Əsgülüm dağı adlandırıb. Köhnə Zəngilan ziyalıları ona Keçikli, Beşdəli dağları deyil, Əsgülüm dağları demişlər. Qızılgül  vaxtı Əbu Səməd bəy orda olur, xəfif yellər əsdikcə qızılgüllərin taxıl zəmisi kimi dalğalandığını, öz aralarında öpüşdüklərini görüb, oranı Əsgülüm adlandırmağı təklif edir.

3. Əbu Səməd bəyə sağlığında hamı «Ağa» ləqəbi ilə müraciət etmişlər. Oğlu Xosrov da həmişə «Ağamın goru haqqı» deyərdi. Xosrov mənim müddərrisim olmuşdur. Mən dördüncü sinifdə oxuyarkən gözləri  ağrıyırdı. Ona görə 5-6 dəfə məni evlərinə aparıb qəzetlərdən bəzi parçaları oxudardı. Yadımdadır ki, günəbaxan yağında bişirilmiş isti piroşkini ilk dəfə onların evində yemişəm. Utanırdım özgə evində yemək yeməyi uşaqlığımda, Xosrov müəllim ürək-dirək verib piroşkilərdən hərdən birini mənə yedirdərdi. Özü yadımdadır ki, arvadı neftlə işləyən iki piltəli maşınkada bişirərdi. İndi anlayıram ki, o vaxt Xosrov müəllimin gözləri konyuktivit xəstəliyinə tululmuşdu. Tezliklə sağaldı getdi ortalıqdan xəstəliyi. Burası da yadımdadır ki, Şirinbəyim xanım Xosrov müəllimə Xosdan deyərdi. Bu ailə haqqında çoxlu əfsanələr, rəvayətlər dolaşardı. Xosrovu guya Şirinbəyim xanım doğmamışdı. Guya ki, Xosrov Əbu Səməd bəyin Şirinbəyim xanımdan əvvəlki arvadından doğulmuşdur. Həmin arvadın kimliyini bilmirəm. Lakin bir dəfə Məlikli kənd sakini Xanməmmədov Xanməmməd Məşədi İskəndər oğluna (onun birinci arvadı bəy qızı olmuşdur, Zəngilan bəylərini yaxşı tanıyırdı, hüşyar adam idi) Şirinbəyim xanımla Xosrovun yaşları arasında az fərq olduğu şübhələrinə cavab olaraq Xanməmməd dayı ilıq-ilıq gülümsədi mənə dedi: - Əbu Səməd bəy  can üstə düşəndə Şirinbəyim xanımın qardaşını yanına çağırtdırıb ona deyir ki, səndən əmanət aldığım bacın Şirinbəyim xanımı səndən təhvil götürdüyüm kimi sənə qaytarıram. Sənin əmanətinə əl vurmamışam. Mən, Əbu Səməd bəy Şirinrbəyim xanımın camalına baxmaqdan zövq almışam, onun gözəlliyindən ilham alıb şerlərimi, qəzəllərimi yazmışam. Bunları deyib, əbədən gözlərini yumub.

            Bunların əfsanəmi, həqiqətmi olduğunu bilmirəm. Əbu Səməd bəydən sonra məlumdur ki, Şirinbəyim xanım xuramalı Əli bəyə ərə getmişdir. Əli bəydən Baxış müəllim doğulmuşdur. Baxış mənim yaxın dostum idi. Doğrudan bəyzadə adam idi. Dvoryan əfkarını təbii olaraq bütün davranışlarında daimə gözə çarpdırardı. Təmkinli idi. Qondarma ədabazlıqdan iraq idi.

Lakin Şirinbəyim xanım zənnimcə özünün dili ilə desək, Xosdanı Baxışdan çox istəyirdi. Bunu da təbii sayıram. Xosrov Şirinbəyimə , Baxışa da himayədarlıq edərdi. Baxış o zaman velosipedini sürməklə məşğul gənc ikən Xosrov Azərbaycan miqyasında tanınmış ziyalı şair idi. Gərək ki, görkəmli alim Cəfər Xəndanla ali məktəbi birlikdə bitirmişlər.

Bəlkə Şirinbəyim xanımla Əbu Səməd bəy əfsanəsi Bibixanla Əmir Teymur dastanından götürülmüşdür.

4. Əbu Səməd bəy metxordəm olmuşdur. Lakin qətiyyən əyyaş olmamışdır. Başına bəyzadə qonaqları yığışanda süfrəsinə şərab da gətirmişlər, şərbət .

Şərab, şərbət, məsrub ərəbcədir. İçməyin ismi-faili məfuludurlar. Lakin anlamıram ki, üçün şərbətdəki -mərbutə onu halal edib? Şərab içmi-faili, məşrub ismi məfhulunun işarət etdikləri məhsullar, mayelər isə haram sayılmalıdır? Zülfü Adıgözəlov II Cahan hərbindən əvvəl oxuyardı ki, «dovşan ətin məkrub buyurdun, daldada çəkərsən kababı molla».

Deyilənlərə görə Cavad bəy qardaşı Əbu Səməd bəyin təşkil etdiyi ziyafətin birinə kecikir. Əhli-məclisin yeyib içdiklərinin qızğın vaxtıymış ki, Cavad bəy təşrif gətirir. Əbu Səməd bəy şəxsən qapı tərəfə yeriyib Cavad bəylə salamlaşır, qucaqlaşır. Həm Əbu Səməd bəy Cavad bəyi öpmək istəyir. Qəzəblənmiş Cavad bəy tapançasını belindən açıb Əbu Səməd bəyi qətlə yetirmək istəyir.

Əbu Səməd bəy məclisdəkilərə müraciətlə: «Ay camaat mən Cavad bəyi qaynar busə ilə qarşılayıram. Cavad bəy isə məni yanar qurşunla qarşılamaq niyyətindədir. Soyuq mislə (dəmirlə) isti busə arasında nisbət varmı?»-deyir. Cavad bəydən üzr istəyib keçir masa arxasına.

O zamanlar  kişilər arasında öpüşmək məən idi, yəni qadağan idi.

Əfrayıl müəllim səhv edir. Görünür yaş öz işini görüb! Cavad bəy Əbdüssəməd bəyin qardaşı deyil, oğlu idi. (Müəllifin qeydi)

5. Əbu Səməd bəyin tərlanını tülkünün oyuqda yeməsi əhvalatından müfəssəl məlumatın var. Təkrar etmək istəmirəm.

6. Kənd zəngilanlı Hacı Muradxan İçəri müşülanlı Kərbalayı Niftalının bacısı Bahar xanımla evlənib toyunu qurduğu məclisə Cabbar Qaryağdı oğlunu da çağırır. Cabbar əmi Zəngilana gəlir, Bahar xanımın toy mərasimində xanəndəlik edir. Muğam üstündəki avazının bir nöqtəsində  Füzulinin qəzəlini oxuyarkən kiçik təhrifə yol verir. Məclisdə olan Əbu Səməd bəy böyük xanəndənin ifasını əlinin işarəsilə dayandırır. Xanəndəni yanına çağırır, qələtə yol verdiyini ona başa salır. Cabbar Qaryağdı oğlu «Ağa, bağışla, diqqətli olaram» deyib ifasını davam etdirir.

7. Danışırlar ki, XX əsrin əvvəllərində təzə qurulmuş müstəqil  hökümətin xarici düşmənlər qarşısında duruş gətirməsinə dua edən Şirinbəyim xanım bədahətən belə bir beyt söyləyib.

                        İlahi, rəhm eylə millətə

                        Bəlkə bizim hökmət gələ qeyrətə.

Beyt  əyan-əşrəf, əsnaf içərisində geniş yayılır. Mənim atam usta Paşa Hüseyn oğlu tərəfdən həmin beytə cavab  kimi deyilmiş misralar dillərə düşür.

            Zəngilan bazarı  dair olubdur,

            İndi…  da şair olubdur.

Beytin II misrasındakı sözlər qələmə yatan söz olmadığı üçün əvəzində nöqtələr qoymaqla kifayətləndim.

8. Bürünlü İsa Məmmədov mənim xahişimlə 1952-ci ildə ərəb qrafikasında öz dəsti-xətti ilə Əbu Səməd bəyin məşhur «Qara Gözlülərə möhtac olur könlüm qocaldıqca» mətləli qəzəlinin tam mətnini mənim üçün Ordubada göndərmişdi. Məmnuniyyətlə sizin ixtiyarınıza verərəm. Ta ki, siz «Aşiqlər»i tamamlayın. Özü ki, İsa dayının məktubu da sizdə yadigar qalar. Tədqiqatçı haqqınız, kəramətiniz məndən belə bir lütfə layiqdir. Onu da bilin ki, Bürünlü İsa Məmmədov dəmirçi Rzaqulu dayının oğlu Qıraq Müşlanlı Hacıyev Tofiqin qayınatasıdır. Rzaqulu dayı indiki Qafanın Qaraçimən kəndində doğulmuşdur. Qurani-Kərimi yaxşı bilirdi.

9. Abu Səməd bəyin qəzəllərini vaxtilə xanəndəlik etmiş Abyəli oğlu İsa əzbərdən bilərdi. Heyf ki, onun bildiklərini o zaman yazıya almamışam. Bunu özümə bağışlaya bilmirəm.

10. Mincivanda doğlumuş, özü rus dili müəlliməsi olan Səfurə adlı bir xanım vardı. Gərək ki, qardaşının adı İbrahim idi. Gərək ki?! Əri Astaradandır. Səfurənin qardaşı qızının adı Rozadır. Xarici dilləri bitirib. Olduqca səbatlı həyalı, xurma saçlı gözəl bir qız idi. Səfurə Roza ailəmlə tanış idilər. Səfurənin anası iranlı qız olmuş, Zəngilanda xanəndəlik etmiş, məlahətli səsi varmış. Əbu Səməd bəyin qəzəllərini əzbərdən bilirdi. Onunla maraqlansan, pis olmaz.

(Müəllifin əlavəsi: Əfrayıl müəllim səhv edir. Rozanın atasının adı Həsən idi. Suğra oğlu Həsən deyərdilər.)

11. Demişdim ki, bu ailə, yəni Əbu Səməd bəygilin  ailəsi əfsanəyə büründüyündən nəyin düz, nəyin yanlış olduğunu ayırd eləmək çox çətindir. Məsələn, 1960- ilin yazında Qırax Müşan kəndində Məhəmmədhəsən dayının Nəbi oğlu Məmmədin (el arasında Ət Məmməd kimi tanınır- uzun zaman ət hazırlığında işlədiyi üçün) dilindən bir qıfılbənd qələmə almışam. Guya ki, Əbu Səməd bəyin «Qara gözlülərə möhtac olur könlüm qocaldıqca…» mətləli qəzəli təkcə onun öz məhsulu deyil, Cahangirbəyli kənd sakini ali ruhani təhsili olan Firidun bəylə deyişməsindən yaranan qıfılbənddir. Onu da deyim ki, əsli Sarıl kəndindən olan Məhəmmədhəsən kişi köhnə xanəndə, çayçı bərk qumarbaz olmuşdu. Məclis-mərəkə adamı idi. Bir-birinin yaddaşına arxa-kömək dura-dura qıfılbəndi dedilər, mən yazdım.

Diqqət edin ki, İsa Məmmədovun versiyasında

            Qara gözlülərə möhtac olur könlüm qocaldıqca,

            Vəli əfsun olur hərarət ocaqda köz qızardıqca

kimi, Məhəmmədhəsənlə Ət Məmmədin birgə bəyanladıqlarında isə «Bəli, əfsun olur təbi-hərarət od qızardıqca» şəklində verilib.

Onu da deyim ki, SSRİ EA Azərbaycan filialının 40- illərdə jurnal şəklində çapdan çıxmış «Xəbərlər»ində (ya 1943, ya da 44-45-ci illər idi) Əbu Səməd bəyə istinad edilən həmin məşhur qəzəl çap olunmuşdu. Təəssüf ki, həmin mətni o vaxt yazıya köçürməmişəm.

Məmməd Nəbi oğlu ilə Məhəmmədhəsən Əsəd oğlundan yazıya aldığım qıfılbənd belə idi. Əbu Səməd bəy: -Qara gözlülərə möhtac olur könlüm qocaldıqca,

FİRUDİN BƏY: -Bəli, əfsun olur təbi-hərarət od qızardıqca.

 

 

 

ƏBU SƏMƏD BƏY: -Gəzər tərlan xəyallı könlüm kuyi-səhrada məsəldir bu.

FİRUDUN BƏY: -Tülək tərlan, şikarın axtarır hər il dolandıqca.

ƏBU SƏMƏD BƏY:- Baxırsan şaxi-lumiyə, əzizim, bir lətafət yox.

FİRUDUN BƏY:      -Lətafət görsəniz şaxində lumulər saraldıqca.

Nəhayət, yenə həmin mənbədən (Məhəmməd Nəbi oğlu Məhəmmədhəsən kişi) yazıya aldığım, yekdilliklə Əbu Səməd bəyin olduğunu dedikləri qəzəli-şərifi diqqətinizə çatdırıram:

Dün gördüm ki, bir bülbül gəzir  avarə gülşəndə,

Özün vurur bir güldən ötrü min xarə gülşəndə.

Dolanır bir gülün ətrafın, hərdən çəkir nalə,

Vüsala yetmək istəyir yalvara-yalvara gülşəndə.

Gözüm görcək bu əhvalı gəlib dərdi-gəmim cüşə,

Tutuldum əbr kimi əyyamım oldu qarə gülşəndə.

Aşiqin öz diyarında gülü, həm gülşəni var,

Düşübdür öz gülüm yada, gəlir gülzarə gülşəndə.

12. Xüsusi təkidlə qeyd etmək istəyirəm ki, «Qara gözlülərə möhtac olur könlüm qocaldıqca» qıfılbəndinin təkcə Əbu Səməd bəyə aid olmadığını, qəzəlin Firudun bəylə deyişmə zamanı yarandığını başqaları da təsdiq etmişlər. Əsli Qaraçiməndən olan, uzun illər Şayıflıda müəllimlik etmiş, mənim müdərrisim olmuş Qəzənfər müəllim (Xosrovun yaxın dostu idi), Baharlının ağsaqqalı Atəş Rəsulovun yaxın dostu, mənim müəllimim olmuş Budaq müəllim digərləri bu fikirdə idilər.

            Vaxtınız olsa, imkan tapsanız Firudun bəyi araşdırın, görün nəyi var, nəyi yox? Bəlkə yeni yazılarını əldə edə bildiniz.

13. Xosrov Cavanşirov yazmaq düzgün deyil, Xosrov Cavanşirli getmişdir bütün sənədlərdə. Hər halda mənə dərs deyəndə məktəbin dərs cədvəlində «Xosrov Cavanşirli» yazılardı.

14. Xosrov müəllimin həbsində Zəngilanın Məlikli kəndindən olan bir el gözəlinin «rolu» olub. (Üstündən çox zaman keçsə Əfrayıl müəllimin adını çəkdiyi o el gözəlinin adını mən gizli saxladımAzad Qaradərəli) O el gözəli doğrudan da, əlahiddə  gözəl idi. «İdi» deyəndə ki, yaşı səksəni keçsə o gözəlliyin nişanələri hələ bu xanım-xatın qadında qalmaqdadır. Nəysə, həmin gözəlin əri müharibədə idi Xosrov müəllimlə aralarında bir roman  yaşanmışdı. Digər məsələlər (Sizin «Aşiqlər» kitabınızda bunlar var deyən, təkrarlamaq istəmirəm) əlavə olunmaqla Xosrovu bu «romana» görə həbs edirlər

Zəngilan naməlum sivilizasiyalar məskənidir, tədqiqatçılarını gözləyir.

P.S.

13-ün davamı: Adını çəkdiyim xanımla Xosrovun eşq macərasını verərkən xanımın adını çəkməsəniz yaxşı olar.

Xosrov müəllim özfəaliyyət dram dərnəyi yaratmışdı. Bayramlarda dərnək üzvləri tamaşalar, konsertlər verirdi. Qıraq Müşlanlı  İsfəndiyar bəyin oğlu Ələskər bəy (60-80- illərdə Mincivan qəsəbəsində  əczaçı idi) «İrəvanda xal qalmadı» mahnısını yanıqlı bir səslə oxuyardı. Habelə Qırax Müşlanlı Məşədi Qasım oğlu Eyvaz Vəliyevin qızı, Əsədov Mahmud Məhəmmədhəsən oğlunun arvadı Məstan xanım gözəl səslə «Sona bülbüllər», «Ay qız, çölə çıxma səni görərlər», «Aman ovçu vurma məni» sair mahnıları oxuyardı.

Eləcə C.Cabbarlının «1905-ci ildə» pyesindən səhnələr göstərilərdi. Xosrov müəllim İmamverdini, Qəzənfər müəllim isə Allahverdini oynayardı. Beləcə Zəngilanda teatrın əsasını Xosrov müəllim qoymuş oldu. O, təkcə şair, ictimai xadim deyil, həm böyük maarifçi idi.

 

                                               Əfrayıl Hüseynov, istefada olan polkovnik.

                                                                                                          25.IX.98

 

           

 

 

 

Hörmətli Azad müəllim!

          

           Salam!

            Kitabınızı dönə-dönə oxudum. Vətənimizin çox istedadlı  övladlarının başına gətirilən bu müsibətlər məni çox mütəəssir etdi. Bildiyiniz kimi mən QubadlıdanamZəngilanın hər xeyiri-şəri Qubadlı ilə bir olubDeməyim odu ki, Mir Mehdi Xəzani ilə Əbdüssəməd bəyin dostluğu əslində Zəngilanla Qubadlının dostluğunun rəmzidir.

Mən sizin kitabınızı oxuyana qədər Məhəmməd bəyin yaradıcılığı ilə tanış deyildim. Amma Əbdüssəməd bəy haqqında eşitmişdim. Xüsusilə onun oğlu Xosrov Cavanşirin başına gətirilən müsibətlər ruhumu incitdiMəhəmməd bəyin qəbrinin Ordubadda, Əbdüssəməd bəyin qəbrinin Zəngilanda, Xosrov Cavanşirin qəbrinin Rustavidə, Şirinbəyim xanımın qəbrinin Şamaxıda olmağı, bu dərbədər olmuş ailənin qərib ruhları mənə  bu misraları yazdırdı:

                        Ayrılığı qismət bilib

                        Bağrına basdı qəriblər.

                        Dərdi-qəmi bülövlənmiş,

                        Sevinci paslı qəriblər.

Hər ahdan kiçildi belə,

Yol oldu keçildli belə!

Hamıdan seçildi belə

Yaralı, yaslı qəriblər!

                        Alışdı içindən yandı,

                        Quru qəfəs, quru candı,

                        Qəriblik      bir nişandı,

                        Gözündən asdı qəriblər.

 

Hacı Mirhəsən Hadi

            Şair-hüquqşünas, 11 mart 2008

 

 

Salam, Azad bəy

 

(məktub əvəzi)

 

Müqəddəs kitabların birində deyilir ki, «əvvəl söz olub». Söz sahibi, söz əhli isə nadir adamlardı. Sözsüz ki, mən əsl söz adamlarını, qüdrətli şəxsləri nəzərdə tuturam. Hardasa mən , müəyyən mənada, söz əhliyəm, qələm sahibiyəm. Ona görə bir-iki kəlmə deməyə ixtiyarım çatır. İndi deyəcəyim söz bəlkə sənə qəribə gəldi! Amma inanmıram! Çünki burda qəribə heç yoxdur

«Mən CavanşirəmQəribə görünmədi ki?.. Belə bir qənaətə gəlməyimin səbəbi sənə aydındır; «Aşiqlər» sənədli filmini bir yerdə işlədiyimizə görə bu iddianın mənası məlumdur. Amma fikrimi bir az açıqlamaq istərdim

Cavanşirlər! 32-qol! Qarabağ xanlığının əsasını qoyan nəsil! Bir xalq üçün qürur sayılası nəsil! Zamanın müxtəlif dönəmlərində dövlətçilik, mədəniyyət, mənəviyyat, qürur simvolu zamanın müxtəlif dönəmlərində təqiblərə, əzablara, sürgünlərə, ölümə məhkum edilmişlər!!!

Biz hamımız, sözün həqiqi mənasında, Qarabağlıyıq! Daha böyük mənada azərbaycanlıyıq! Daha böyük bəşəri mənadatürkük!

Türk isə özünə qayıdanda böyük olur, əzəmətli olur, qürurlu olur. Cavanşirlər kimi! Cavanşirlərin varisi olmaq isə şərəfdihər bir azərbaycanlı üçün, hər bir türk üçün!

Şəcərə baxımından götürsək, birbaşa qohumluq əlaqəsi bəlkə görünmür. Amma onu nəzərə alsaq ki, mən məhşur Qaramanlar nəslindənəm Qaramanların da 32-i qolla, Cavanşirlərlə qan qohumluğu var, deməli, mənim bioloji baxımdan özümü Cavanşirlərdən saymağa haqqım çatır. Bu, məsələnin bir üzü! İkinci tərəfdən, bu gün mən özümü, daha çox Cavanşirlərin mənəvi  varisi sayıram. Əminəm ki, o varislərdən biri sənsən! Yoxsa «Aşiqlər» kitabını qələmə almazdın, qan yaddaşımızı oyatmazdın, özümüzü özümüzə qaytarmazdın! biz, bu filmi ərsəyə gətirməzdik.

Filmin çəkiliş prosesində biz pərən-pərən salınmış Cavanşirlərin birbaşa varislərinin müəyyən qismiylə görüşdük. Əzab-əziyyətlərdən keçmiş, didərgin salınmış bu adamların mənliklərini, qürurlarını saxlamalarının şahidi olduq. Aralarında naqislər tapıldı; nəslinə, adına laqeyd qalanlar. Amma qəm! Belələri olmasaydı qəribə görünərdiOnları buraxaq allahın vicdanlarının ixtiyarına!.. Elələriylə böyük Cavanşirlər heç itirmir, itirsə əvəzinə biz gəldikCavanşirlərin mənəvi varisliyini boynuna çəkənlər, onların adını, şərəfini, qürurunu hamıya tanıtmağı özünə mənəvi borc bilənlər!..

Film artıq ekrandadır!

Bu isə  bizim eləyə bildiyimizin cüzi qismidi. Biz buna görə heç kimdən heç unmuruq. Bu bizim borcumuz idi. Unutmayaq ki, hər birimizin bir Vətən borcu, şərəf borcu, xidmət borcu var!..

                                                                                              Camal Yusifzadə

                                                                                                          01.03.2008

 

 

 

 

 

 

 

 

 

 

                                               ANNOTASİYA

 

«Aşiqlər» Azad Qaradərəlinin eyni adlı kitabının (1998) yenidən işlənmiş, təkmilləşdirilmiş ikinci nəşridir. Müəllif kitabında Qarabağda, Azərbaycanda bütün türk dünyasında öz adı öz yeri olan Cavanşir sülaləsininotuz iki qolun ləyaqətli üzvü olan Məhəmməd bəy Aşiq Zəngilani, Əbdüssəməd bəy Aşiq, eləcə Xosrov Cavanşirin həyat yaradıcılıq yoluna işıq tutur. Gözəl şair əsil ziyalı olan bu üç şəxsinbaba, ata oğlun başına gətirilən müsibətlər, sürgünlər, təqiblər digər rəzalətlər kitabda geniş işıqlandırılıb.

_________________________________________________________________

 

Rəyçilər:

                        Ramin Əhmədov

                        filologiya elmləri namizədi.

                        Məmməd Elli

                        tədqiqatçı-alim.

Redaktoru:

                        Məhsəti Azadqızı

Yığıcı:

                        Vəfa Telmanqızı

_________________________________________________________________

 

                                 

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ