AZAD QARADƏRƏLİ QIZININ “YANAQLARINDAN ÇİYƏLƏK TOPLAYAN” ŞAİRLƏ TANIŞLIQ (Günay Ümidin şeirləri üzərinə birnəfəsə oxunmuş esse)

AZAD QARADƏRƏLİ QIZININ “YANAQLARINDAN ÇİYƏLƏK TOPLAYAN” ŞAİRLƏ TANIŞLIQ (Günay Ümidin şeirləri üzərinə birnəfəsə oxunmuş esse) Hər dəfə bir poeziya nümunəsi ilə rastlaşanda cəmi iki, yaxud üç misrayacan oxuyuram; varsa, var, yoxsa, vərəqi çevirirəm. Bə nədi?! Sürət, internet əsridir. Zaman elə sürətlə ötüb keçir ki, boşuna vaxt itirmək zamanın təkərinin altına düşmək kimidir... “Bu gün bir şairin keçdim yanından” deyən şairə min rəhmət! Mən də bu gün bir şairin – Günay Ümidin şeirinin yanından ötürdüm ki... Ötə bilmədim. Elə ilk misralar əlimi tutub saxladı, getmə dedi. Mən də dayanıb, bir nəfəs dərdim: Bu səhər Alma qoxulu qızımın Yanaqlarından Çiyələk topladım dodağımla, Yuxusundan öpdüm , Ü stünü örtdüm…...