Kayıtlar

Kasım, 2025 tarihine ait yayınlar gösteriliyor

AZAD QARADƏRƏLİ GENERALIN ATI hekayə General Məhəmməd Əsədovun xatirəsinə

Resim
                                     AZAD QARADƏRƏLİ                             GENERALIN ATI                                        hekayə                                            General Məhəmməd Əsədovun xatirəsinə   - Duuu! Çər səni öldürsün! Ana tərs-tərs oğlunu süzdü və sonra da acıladı: - Sənə neçə dəfə deyiblər ki, o ata yük yükləmə! Yaşı əllini keçsə də anasının bir sözünü iki eləməyən oğlu deyindi: - İki səbət üzüm nə vaxtdan yük olub axı?! Sonra da özü-özü ilə danışırmış kimi səbətləri çox çətinlikl...

AZAD QARADƏRƏLİ MANASIN DASTANI, TÜRKÜN BOSTANI (Qırğız xalqının əzəmətli dastanı “Manas” haqqında qeydlər)

Resim
                                 AZAD QARADƏRƏLİ                           MANASIN DASTANI, TÜRKÜN BOSTANI                   (Qırğız xalqının əzəmətli dastanı “Manas” haqqında qeydlər)                    "Lap qədim əyyamlarda - karvan dövründə, kəmərini çıxarmadan at üstündə quş yuxusu yatan ərlər zamanında ac aslanlara bənzəyən sifətilə düşmənə dov gələn, bayrağı göy üzündə dalğalanan, şöhrəti aləmə yayılan, başından ağ qalpağı çıxmayan, atı kişnəyən, coşquyla yaşayan qırğız deyilən çox əski bir millət vardı."   "Manas" belə başlayır.    ...

AZAD QARADƏRƏLİNİN ƏSƏRLƏRİNİN 10-CU CİLDİ ÇAPDAN ÇIXMIŞDIR

Resim
          AZAD QARADƏRƏLİNİN ƏSƏRLƏRİNİN 10-CU CİLDİ ÇAPDAN ÇIXMIŞDIR              Yazıçı Azad Qaradərəlinin əsərlərinin 10-cu cildi çapdan çıxmışdır.          Bu cildə müəllifin “Erməni doktorun gündəliyi və Qarabağın qara hekayətləri” romanı, bəzi hekayələri daxil edilmişdir. Kitabın annotasiya hissəsində yazılanlardan: “Romanda rastlaşacağınız insan surətlərini sizin tanıdığınız adamlarla eyniləşdirmək və bənzəyiş fərqinin az və ya çoxluğu   fikrindən vaz keçin. Unutmayın: fakt, sənəd, tarixi mənbə və ən başlıcası bir Suriya ermənisi olan doktorun yazdıqlarına əsaslanan müəllif, bir də öz baxış bucağını burada sərgiləmişdir. Məsələn, əsərdəki həqiqi adlarıyla verilən döyüşçülər – Baloğlan, Filman, yaxud Yaqub kişi (gündəlikdə adı həm də Mehdi kimi keçir) nə qədər realdırsa, Eldar, onun oğlu Yusif, əsirlikdə erməni polkovnikin tənasül alətini kəsən Az...