AZAD QARADƏRƏLİNİN ƏSƏRLƏRİNİN 10-CU CİLDİ ÇAPDAN ÇIXMIŞDIR
AZAD
QARADƏRƏLİNİN ƏSƏRLƏRİNİN 10-CU CİLDİ ÇAPDAN ÇIXMIŞDIR
Yazıçı Azad
Qaradərəlinin əsərlərinin 10-cu cildi çapdan çıxmışdır.
Bu
cildə müəllifin “Erməni doktorun gündəliyi və Qarabağın qara hekayətləri” romanı,
bəzi hekayələri daxil edilmişdir. Kitabın annotasiya hissəsində yazılanlardan: “Romanda
rastlaşacağınız insan surətlərini sizin tanıdığınız adamlarla eyniləşdirmək və
bənzəyiş fərqinin az və ya çoxluğu
fikrindən vaz keçin. Unutmayın: fakt, sənəd, tarixi mənbə və ən
başlıcası bir Suriya ermənisi olan doktorun yazdıqlarına əsaslanan müəllif, bir
də öz baxış bucağını burada sərgiləmişdir. Məsələn, əsərdəki həqiqi adlarıyla
verilən döyüşçülər – Baloğlan, Filman, yaxud Yaqub kişi (gündəlikdə adı həm də
Mehdi kimi keçir) nə qədər realdırsa, Eldar, onun oğlu Yusif, əsirlikdə erməni
polkovnikin tənasül alətini kəsən Azərbaycanlı qız, özünü şalı ilə asan ana bir
o qədər reala qarışmış irrealdır.
Romandakı
gündəliyin yazarı, əli qanlı doktor Avanes Minasyan, daşnaksütunun liderlərindən
Artaş, fransalı erməni qızı Alita, Qafanın
erməni “axçisi” Seda həm həyati
obrazlardır, həm müəllif təxəyyülünün məhsuldur.
Və
nəhayət, bu romanda gedən hekayətlər barədə. Romanın müəllifi nə qədər
yazıçıdırsa, bir o qədər rayonu, kəndi, ev-eşiyi, məktəbi, kitabxanası
dağıdılmış, yandırılmış bir tərəfdir, obrazdır həm də. Ona görə də, o sanki belə
bir roman yazacağını fəhmlə bilb, qabaqcadan o qara hekayətləri qələmə alıb.
Bu
sətirlər və ümumən roman özü 44 günlük Vətən Müharibəmizdən əvvəl qələmə
alınıb.
Və
cilddə bir neçə hekayə də verilmişdir ki, 44 günlük müharibənin ağrılarını və
sevinclərini özündə birləşdirir. Ağrı və sevincin doğurduğu hekayələr...”
Qanun
nəşriyyatında işıq üzü görən yeni cildin ön sözünün müəllifi filologiya elnləri
doktoru, professor Bədirxan Əhmədli, redaktorları Lətif Şüküroğlu, tərtibçisi
Türkan Azadqızıdır.
Kitabı
yaxın günlərdə M.F.Axundov adına Milli Kitabxanadan, AMEA-nın, ADPU-nun (əski
APİ), Zəngilan rayonunun kitabxanalarından əldə edib oxumaq olar.
.jpg)
Yorumlar
Yorum Gönder