AZAD QARADƏRƏLİ MƏN 38 İL SONRA NECƏ AYB ÜZVÜ OLDUM?
AZAD QARADƏRƏLİ MƏN 38 İL SONRA NECƏ AYB ÜZVÜ OLDUM? Yazılarımda “niyə AYB üzvü olmamışam?” sualına yetərincə cavab vermişəm. Və son zamanlar AYB-la bağlı verilən suallara ya cavab verməkdən imtina edir (axı üzvü olmadığın bir təşkilat haqqında nə danışasan?), ya da mümkün qədər subyektivizmə yol verməməyə çalışırdım. Atəşkəsi yenə AYB pozdu. Bu yaxınlarda üzvülük haqqı vermədiyinə görə Birlikdən xaric olunacaq şəxslərin adını açıqladılar və o siyahıda Vəliyev Azad Vəli oğlu adlı birisi də vardı. Anadolulu qardaşlarımız demiş, bu şaka kimi olaya reaksiya verməməkmi olardı? ...