AZAD QARADƏRƏLİNİN ƏSƏRLƏRİNİN 11-Cİ CİLDİ ÇAPDAN ÇIXMIŞDIR
AZAD
QARADƏRƏLİNİN ƏSƏRLƏRİNİN 11-Cİ CİLDİ ÇAPDAN ÇIXMIŞDIR
Yazıçı
Azad Qaradərəlinin əsərlərinin 11-ci cildi çapdan çıxmışdır.
Bu
cildə müəllifin “Ucubuluq” romanı, “Demokratiya ağıları” silsilə hekayələri,
“Özündən əmin bəy və Avropa gözəli Vanda xanım” uzun hekayəsi, habelə
“Qarabağın ağca günləri” səfər qeydləri daxil edilmişdir.
“Ucubuluq”
romanı “Dədə Qorqud” motivləri əsasında yazılıb və əslində dastanın itmiş
boylarından biri kimi müəllifin yaşadığı bölgədə – Zəngəzur mahalında, ora
yaxın Qaradağda və Təbriz ətrafında hələ də dildə-ağızdadır. Müəllif romanda
dastanın üslubunu, dilini qorumağa çalışmış, modern romançılıqla klassik
dastançılıq ənənələrindən istifadə edərək yeni bir roman-dastan qələmə almışdır.
“Demokratiya ağıları” silsiləsinə daxil olan hekayələr bəzi
hallarda fəhmlə, bəzən isə müəllifin müşahidələri və tarixi sənədlərə əsaslanması
ilə qələmə alınıb. Bu mətnlərdəki
hansısa fikirlər kimlər üçünsə
mübahisəli görünə bilər. (Yazı prosesində,
sənədlərə istinad edilsə də, bunlar bədii yazılardır və müəllif qəhrəmanlarına bəzən
öz ampluasından yanaşıb.) Amma sərt bir həqiqət var – tarix və onun
amansızlığı. O insanlar ki, artıq tarixə qovuşmuşlar və özləri də tarixdirlər,
onlardan yazmaq həm çətin olur, həm də
ağrılı... Elçibəy kimi...
Silsiləyə daxil olan “Özündən əmuin bəy və Avropa gözəli Vanda xanım”
uzun hekayəsində isə Şərqdə ilk cümhuriyyətin qurucusu M.Ə.Rəsulzadənin mühacirətdəki
ömür yoluna işıq tutulmuş, ona bu yolda həm yol yoldaşı, həm də ömür-gün
yoldaşı olmuş polyak qızı Vanda xanımın obrazı bədii detallarla verilmişdir.
Habelə
kitabda müəllifin ən qısa hekayələri, bir də işğaldan azad olunmuş torpaqlardan
bəhs edən “Qarabağın ağca günləri” adlı yol qeydləri daxil edilmişdir
Qanun
nəşriyyatında işıq üzü görən yeni cildin elmi redaktoru və ön sözünün müəllifi filologiya
elnləri doktoru, professor İsmayıl Kazımov, redaktoru Mübariz Örən, tərtibçisi
Türkan Azadqızıdır.
Kitabı
yaxın günlərdə Milli Kitabxanadan (köhnə M.F.Axundov adına kitabxana), AMEA-nın,
ADPU-nun (əski APİ), Folklor İnstitunun, Zəngilan rayonunun mərkəzi kitabxanalarından
əldə edib oxumaq olar.

Yorumlar
Yorum Gönder