SABİR ƏHMƏDLİ HAQQINDA KİTAB
ƏBƏDİYYƏTİN
MÜBARƏK, USTAD!
Ön
söz əvəzi
2020-ci
il yaddaşlarda dünyanı sarsıdan covid-19 pandemiyasının tüğyan etdiyi il kimi
qalacaq. Amma bu təbiət hadisəsi olaraq belədir. 2020-ci il bir çox cəhətlərinə
görə həm də işıq və ümid ili kimi də insanlığın ədəbi düşüncə tarixinə həkk
olunacaq. Bu ümidin və işığın daşıyıcıları isə hər xalqın ədəbiyyat və mədəniyyət
tarixindəki əvəzsiz sənətkarlardır. Bu bizim üçün ilk növbədə böyük Azərbaycan ədibi
Sabir Əhmədlinin 90 illik yubileyi ilə xarakterizə oluna bilər. Böyük ustad ədəbiyyatımıza
bir romançı kimi daxil oldu. Eyni zamanda onu həqiqət axtarışçısı kimi də dəyərləndirmək
olar.
2020-ci il, Azərbaycanda Sabir Əhmədli ili elan olunmalı idi. Dediyimiz
kimi, bu il onun yubiley ilidir. Amma
bunu görməzdən gəldilər. Sabir Əhmədliyə yaraşan sözü yenə onun ailəsi, tələbələri,
bir də bu günkü ədəbi gənclik deyir. Tam əminliklə söyləyə bilərik ki, gələcək
onundur! Kim gələcəkdə yer almaq istəyirsə, bu böyük ədibin yanında olmalıdır.
Ondan uzaq qaçan gələcəkdən məhrumdur.
Bu kitabı sənin adına bağladım, ustad!
Qolumdan tutdun, yolumu açdın, sözün sehrinə saldın məni.
Neçə illər sənə layiq sözlər seçdim, adına layiq söz axtardım – bu
topluda ərsəyə gələnlər sənin adına layiq oldumu, bilmirəm...
... Sabir Əhmədli sözünün sehrinə baxın:”Dan üzünün mehindən süzülən bir
qiymə ağ bulud başsız dağın boynuna sarınırdı”. On illərin qadağasından
sıyrılıb çıxan “Dünyanın arşını” romanındandır bu cümlə. Sabir Əhmədli də,
“Dünyanın arşını” da repressiyanın cəngindən çıxıb öz əbədiyyətinə qovuşdu.
Əbədiyyətin
mübarək, ustad!
Azad
Qaradərəli
05.05.2020
Yorumlar
Yorum Gönder