AZƏR ABDULLANIN “QƏMƏRLİDƏN KEÇƏN QATAR” HEKAYƏSİNİN İSMARICLARI
AZAD QARADƏRƏLİ
AZƏR
ABDULLANIN “QƏMƏRLİDƏN KEÇƏN
QATAR” HEKAYƏSİNİN İSMARICLARI
Azər Abdullanın
"Qəmərlidən keçən qatar" hekayəsini ürək ağrısı oxudum. Deyim ki,
adına Ermənistan deyilən yerdə yaşayan Azərbaycan türklərinin zaman-zaman
başına açılan oyunlar, "papaqlarının vurulub başlarından salınması",
şərəf və ləyaqətinin alçaldılması erməni faşizminin təkcə Ermənistanı türksüz
ölkəyə çevirməsi ilə sonuclanmadı, Qarabağın və ona bitişik ərazilərin də
işğalı ilə nəticələnmiş oldu. Rus şovnistləri bizi ermənilərin əli ilə belə
susdurmağa çalışırlar. Bu dedikələrim hekayədə (əslində bu, uzun hekayədir)
tünd boyalarla verilib. Ağəli adlı gəncin, onun xanımının, körpə qızının
qatarda az qala girov götürülməsi, qoca atasının alçaldılması, təhqir olunması
hekayənin ən ağır səhifələridir. İş o yerə çatır ki, qatarda türk ailənin yerləşdiyi
kupenin qapısını kəsən erməni dığaları onların çölə çıxmasına mane olurlar və nəticədə
balaca qızcığaz həm qorxusundan, həm də tualetə gedə bilməməsi səbəbindən
yerini isladır.
Hekayədə üç detal oxucuya
mühüm mesajdır: bir, əsərdə təsvir olunan soğan ləklərində (deyim ki, bu mətndə
yeganə yerinə düşməyən "soğan zəmisi" ifadəsidir, soğan zəmisi yox, soğan
ləkləri olmalıdır) soğanın həmin il bol olması - soğan acılıqdır, 90-cı illər
ölkəmiz müstəqil olsa da, çox acılar da yaşadıq; iki, Ağəlinin atasının
papağının başından salınması – bu bir Azərbaycan türkü kimi bizim şərəfimizə,
namusumuza ruslara arxalanan (işə bax ki, bu hadisələr qatardakı rus sərhədçilərinin
gözü qarşısında baş verir) erməni daşnaklarının ləkə vurması, bir milyonacan
türkün dədə-baba yurdu Qərbi Azərbaycandan qovulmasına işarədir; üç, qatarda az
qala girov götürülən bir türk ailəsinin Ordubadda Azərbaycan hərbçiləri tərəfindən
azad edilməsi – zənnimcə, sonuncu ismarıc daha önəmlidir! Biz bu günə qədər dığalara
çox güzəştə getdik. İrəvanı, Qərbi Azərbaycanı, sonda Qarabağı!
Əsərdən çıxan nəticə
budur: biz, azərbaycan türkləri mənliyimizi, şərəfimizi, qeyrətimizi qorumaq
üçün yarımız belə qırılmağa qalsa, silaha qurşanıb torpaqlarımızı azad etməliyik...
Onda torpaqlarımızda
soğan bolluğundan başqa üzüm, ərik, şəftəli, hülü bolluğu da olar. (Əsərdə
hadisələrin cərəyan etdiyi yerlərdə Azərbaycan
türkləri bağ-bağatlarında cənnət yaradaraq, üzüm, şaftalı, ərik kimi əvəzsiz
dada malik meyvələr yetişdirirdilər ki, bunlara da yazıda işarələr var.) Bəlkə
onda xalqımız üstünə çökmüş bu bişərəf adından, torpaqlarımız isə yağı
işğalından xilas olar.
Azər Abdullanı təbrik
edirəm! Yazıçının borcu nədir? Yazmaq. Nəticəni xalq və onun əsgəri
çıxartmalıdır. Əlimizdən əsamızı, başımızdan papağımızı alanlarla onların öz
dilində danışmağın zamanı çatıb artıq...
S.A.1. (Söz Ardı.)
Mən “Erməni doktorun
gündəliyi və Qarabağın qara hekayətləri” adlı romanımı bitirib çapa təqdim
etmişəm. O roman müharibə romanından çox, müharibəyə çağrış romanıdır. Qələm
dostumun, tale qardaşımın bu kiçik həcmli, amma dərin mənalı əsərindən də elə o
çağrışı duyduğum üçün arxayın oldum. Başımızdan götürülüb atılan papağımızı
qaytarıb yerinə qoymağın zamanıdır...
S.A.2.
Təsadüfə baxın ki,
bu yazı iyunun 26-da qələmə alınıb. Qoy bu da mənim Azərbaycan əsgərinə bir
ismarıcım olsun.
26.06.2020
Yorumlar
Yorum Gönder