MÜBARİZ İBRAHİMOVUN YAZISI

                           AZAD  QARADƏRƏLİ

 

                     MÜBARİZ  İBRAHİMOVUN YAZISI




 

            Mübariz İbrahimovu çox düşünmüşəm. O şəhid olanda radioda işləyirdim. Haqqında dönə-dönə radio verilişləri hazırladım...

            Fəqət gör neçə il keçib, onun haqqında bədii yazı yazmağa cəsarət etməmişəm.

            Niyə? O vaxtdan bəri mən axı neçə-neçə kitab yazmışam? Neçə-neçə hekayə, uzun hekayə,  roman...

            Bəs niyə Mübariz haqqında yazmağa cəsarət etməmişəm?

            Mübariz gözgörəti şəhidliyə addımlamışdı. Və onun haqqında yazmaq da təxminən eyni şey olmalı idi. Yəni ölümün ən azı qoxusunu duymalı idim. Ölümü hiss etməli idim...

            Özü də söhbət adi ölümdən getmir axı. Söhbət şəhidlikdən gedir. Ölüm  enməkdirsə (qəbirə enmək kimi), şəhidlik qalxmaqdır – ora, yuxarılara, Tanrıya doğru...

            Mən şəhidliyin fəlsəfəsinə aşina ola bilmədiyim üçün hələ ki, istədiyim o yazını yaza bilməmişəm.

            Ulu Yaradandan bir arzum var: neçə ki, həyatdayam, O YAZINI yaza bilməyimə mənə imkan tanısın. Bu dünyadan köçməyimə bir ay qalsa belə, o yazını yazmadan canımı almasın... Mübarizin yazısını yaza bilim. O yazı mənim yazım olsun.

            O YAZI məni neçə vaxtdır tərpədir, laxladır, incidir, əzir, sıxıb suyumu çıxardır. Və anlayıram ki, o yazıya doğru yol getmədəyəm. Tanrı yolumu qısa eləsin...

            Əzizim Mübarizə isə ulu Tanrıdan rəhmət diləyirəm. Yerin pərqu olsun, şəhidim!

 

                                                                                                                      18.06.2020.


Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə