TƏRƏQQİ
AZAD
QARADƏRƏLİ
TƏRƏQQİ
(Bir daha renessans həsrəti barədə)
Bilənlər
bilir ki, mən ağlım kəsəndən renessans aşiqiyəm. Bu adda iki kitabım* da çap
olunub. Xalqımın, ölkəmin və hələ dövlət olub dövlətlərə tam qoşula bilməkdə əziyyət
çəkən gənc dövlətimin onunla (oxu: rebessansla) qol-boyun olmasını nə qədər istəyirəm.
Biz bir dəfə bunun lap beş addımlığında olmuşduq: 1918-20-ci ilərdə!
Nə
yazıqlar ki, bizi istəməyənlər və elə renessansı da istəməyənlər o zamankı gənc
dövlətimizi renessans qarışıq beşiyində boğdular. Və 70 il rusların əmri ilə
“şaqat” elədik, amma “Bir addım irəli iki addım geri” yazan kişinin və onun
bığlı həmfikirinin əli ilə bir addım irəli atsaq da, on addım dünyadan geri
düşdük...
Böyük Göte yazırdı:” Təbiət, xəyallarla
bəslənir. Kim ki özündə və başqalarında o xəyalları puça çıxarır, onu ən yaman
suçlunun timsalında cəzalandırır. Kim ki, etibarla onun yolu ilə gedir, o da
onu istəkli balası kimi bağrına basır.”
Nə
yazıqlar ki, biz yenə də irəliləmək əvəzinə geri gedirik. Korrupsiya və rüşvət
zənciri dövlətin iç strukturlarını zədələyir, nəinki renessansa, yüngülvari tərəqqiyə
də həsrət qoyur insanımızı...
(Tərəqqi
barədə az sonra ətraflı yazacağam. Hələlik, antitərəqqidən söz açım.)
Renessansın
ilk böyük zənciri olan iqtisadiyyatımız neftdən asılı olduqca bizim irəliləyişimiz
mümkün deyil. Neft amilini gerçək iqtisadi tərəqqiyə çevirmək ən ümdə işimiz
olmalıdır. Onda hərbi sənayeimiz də, elmmimiz, texnikamız və mədəniyyətimiz də
inkişaf etmiş olar. Təhsilimiz də qabağa gedər.
Mədəniyyətimizi
Əbülfəs adlı bir qaraguruh adamı on illərdir talayırdı. Amma onun bu talanına nədənsə
göz yumulurdu. Təhsilimiz bir kurikulum adlı əjdahanın ağzına atılıb, hələ də
orada boğulmaqdadır. Ədəbiyyatımız AYB deyilən başqa bir timsahın çəngindədir –
yalnız özlərinə sədaqətli adamları yazıçı hesab edirlər, halbuki artıq uşaqlar
da bilir ki, AYB-dan kənarda böyük bir yazıçı ordusu yetişməkdədir...
Bizim
tərəqqiyə çox ehtiyacımız var.
Cəbhədə
bir zərbə ilə Qordi düyününü çözməklə – Qarabağı azad etməklə!
Kimlərəsə
sədaqətli deyil, daha savadlı, daha bacarılı gəncləri irəli çəkməklə!
Elmə,
təhsilə və mədəniyyətə böyük yatrımlar qoymaqla!
İçimizdə
düşmən axtarmaqla deyil, böyük barış elan etməklə!
...Hə,
tərəqqiyə çox ehtiyacımız var. “Tərəqqi” medalına deyil, tərəqqinin özünə...
Tərəqqi
edən millətin yolu bir gün hökmə renessansla kəsişəcək...
23.07.2020
-----------------------------------------------------------------------------------------------------------------
*Söhbət müəllifin “Renessans həsrəti”
adlı iki cildlik esselər, müsahibələr kitabından gedir.
Yorumlar
Yorum Gönder