NİCAT HƏŞİMZADƏ AZAD QARADƏRƏLİNİN “UCUBULUQ” ROMANI HAQQINDA
NİCAT HƏŞİMZADƏ
AZAD
QARADƏRƏLİNİN “UCUBULUQ” ROMANI HAQQINDA*
Mən həmişə
belə düşünmüşəm ki, yazıçı 100 kitab yazsa da tarixdə bir kitabı qalır. Məsələn,
Daniel Defonu "Robinzon Kruzo" ya görə tanıyırıq, başqa əsərini
bilirikmi? Conatan Svifti "Qulliverin səyahəti" nə görə tanıyırıq,
başqa əsərini bilirikmi? Cek London neçə kitab yazdı, amma heç biri
"Martin İden" olmadı. Hüqo neçə kitab yazdı, amma heç biri "Səfillər"
olmadı. Stendal deyəndə ancaq "Qırmızı və qara" yada düşmürmü?
Azad
Qaradereli hocam çox kitablar yazıb. Bu
zamana qədər düşünürdüm ki, ən möhtəşəm əsəri "Əllidən bir kəm"
romanıdır. Ancaq "Ucubuluq" romanı daha möhtəşəm alınıb. Postmodern
roman oxumaq istəyirsiniz, buyurun oxuyun. "Azərbaycan dili ədəbi dil
deyil" deyən adamlar mütləq oxusun bu əsəri. Mənə elə gəlir ki, Azad müəllimin
həmin "bir" əsəri elə "Ucubuluq" romanıdır. Dastan
üslubunda müasir roman. Formaca keçmiş dil, mahiyyətcə yeni mətn, formaca
keçmiş, mahiyyətcə yeni hadisələr. Formaca keşmiş, mahiyyətcə yeni və həllini
tapmayan ictimai-sosial, siyasi problemlər. Formaca keçmiş, mahiyyətcə daim
yenilənməyə məhkum dünya və onun dəyişməyən oyunları. Bu oyunlarda sadəcə zaman
və oyunçular dəyişir. Necə deyərlər, dünya köhnə dünyadır, oyunçuları yenidir.
Mən formaca keçmiş, mahiyyətcə yeni dedim, bəlkə elə dünya formaca yeni, mahiyyətcə
köhnədir. Bunlar çətin suallardır.
Azad müəllim,
bu əsərini oxuyanda bilinir ki, romana böyük zəka, böyük zəhmət, uzun zaman sərf
olunub. Məncə, istədiyiniz nəticəni əldə etmisiniz. Mənim kimi kaprizli oxucu
bu mətni zövqlə oxudu.
Roman bizə izah edir ki, Ağcanın, Qaragünənin, ağın,
qaranın dünyalarında, talelərinin mərkəzində istəsələr də, istəməsələr də,
başqa adamlar, başqa rənglər var. Zira elə zənn edirəm ki, Azad müəllim bu
kitabı başqaları üçün yox, məhz özü üçün yazıb. Ondan ötrü ki, bu kitab əllidən
bir kəm deyil, mənim dediyim yüzdən biridir.
Əbədi və ədəbi
eşq!
--------------------------------------------------------------------------------------
*Kitab hələ çap olunmayıb. Müəllifin xahişi ilə bir neçə tanınmış ədəbiyyatşünas, dilçi və usta yazıçı əsəri əlyazması halında oxuyub, fikir bildiriblər. Onlardan biri də gənc qələm Nicat Həşimzadədir. Yazını Nicat bəyin facebook səhifəsindən alıb yayımlayırıq.
**Bu tip yazılardan parçalarla kitabın arxa qapaq hissəsində tanış ola biləcəksiniz.
Yorumlar
Yorum Gönder